Icma.az
close
up
RU
Elektrikli maşınlara keçid məcburiləşdi Yanacaq tapılmır

Elektrikli maşınlara keçid məcburiləşdi Yanacaq tapılmır

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya yenə çalxalanır, barıt qoxusu hər tərəfi bürüyüb. Biz elə bilirik ki, müharibə ancaq ekranlardadır, uzaqlardadır. Amma yanılıırıq. Cəbhədə atılan hər mərmi, dənizdə vurulan hər tanker birbaşa bizim cibimizə, gündəlik həyatımıza, hətta, birbaşa avtomobilimizin yanacaq çəninə hədəflənib. Müharibə tək qan və göz yaşı deyil, həm də boşalan yanacaqdoldurma məntəqələridir.
Bu gün qlobal bazarlarda enerji xərcləri kəllə-çarxa çıxır. Çoxları bu sual ətrafında baş sındırır: Sabah yanacaq tapılacaq, yoxsa tapılmayacaq? Əgər tapsaq belə, hansı qiymətə? Artıq "az yandırır" deyib aldığımız o dizel mühərrikli maşınlar belə dəbdən düşür. İnsanlar qorxu içindədir, çünki yanacaq qıtlığı zəncirvari reaksiya deməkdir. Maşın dayanarsa, həyat dayanar.
Baxın, statistika da yalan demir. Son bir ildə hibrid və elektrikli avtomobillərə tələbatın 40 faiz artması sadəcə "ekologiya sevgisi" deyil. Bu, bir növ sağ qalma instinktidir. İnsanlar anlayırlar ki, neft kranlarının kiminsə əlində oyuncağa çevrildiyi bir dövrdə elektrik ən azından ümid işığıdır. Təkcə şəhər içi rahatlıq üçün yox, həm də sabahın qeyri-müəyyənliyindən sığortalanmaq üçün bu keçid sürətlənir.
İkinci əl bazarında da vəziyyət eynidir. Kiminsə aksesuarları, maşının rəngi və ya markası artıq heç kimi maraqlandırmır. İlanlarda ilk baxılan yer "100 kilometrə nə qədər işlədir?" sualının cavabıdır. Çünki yanacaq tapmaq müşkülə çevriləndə o bahalı maşınlar sadəcə qapıda qalan dəmir parçasına çevriləcək.
Ekspertlər 2030-cu ilə qədər böyük dəyişiklik proqnozlaşdırırlar. Amma reallıq budur ki, bu çevrilmə proqnozla yox, məcburiyyətlə gəlir. Markaların dizel istehsalını dayandırması, dövlətlərin vergi güzəştləri, hamısı bizi bir nöqtəyə gətirir. Müharibə şəraiti bu prosesi daha da qaçılmaz edir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Mart 2026 06:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri