Elektromobil batareyaları üçün hansı zireh daha etibarlıdır: taxta, yoxsa alüminium? FOTO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sual bəlkə də qəribə gələ bilər. Hörmətli oxucu haqlı olaraq deyə bilər ki, avtomobildə taxta dövrü ötən əsrin 30-cu illərində başa çatıb. Yenidən köhnəyə qayıtmağın mənası nədir?
Avtosfer.az xəbər verir elektromobil batareyaları bir qayda olaraq avtomobilin alt hissəsində yerləşdirilir və alüminium zirehlə örtülür. Alüminium yüngüldür, emalı asandır, utilizasiyası isə ümumiyyətlə çətinlik yaratmır. Obrazlı desək, əridilib başqa formaya salınır.
Avstriyanın Qrats Universitetinin əməkdaşları elektromobil batareyaları üçün taxta əsaslı zireh hazırlayıblar. Bu zireh xüsusi maddə hopdurulmuş nazik taxta təbəqədən ibarətdir. Təbəqənin üzəri isə nazik polad vərəqlə örtülür.
Kraş test zamanı məlum olub ki, bu zirehin zərbəni söndürmə qabiliyyəti alüminiumdan 98 faiz daha çoxdur. 1300 dərəcə qızma zamanı taxta zirehli qutunun içində temperatur 100 dərəcə Selsi aşağı oldu. Bu da yanma rsiki çox olan elektromobillər üçün çox yaxşı göstəricidir.
Taxta zirehin digər üstünlüyü isə təbiətə zərər verməməsidir. Hazırda bu tip sipərlərin sənaye üsulu ilə hazırlanması üzərində iş gedir.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 07 Avqust 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















