Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Elektromobildə uzun müddət yol gedənlərdə niyə ürəkbulanma yaranır? Ekspertlər AÇIQLADI

Elektromobildə uzun müddət yol gedənlərdə niyə ürəkbulanma yaranır? Ekspertlər AÇIQLADI

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elektrikli avtomobillər səssiz və vibrasiyasız işləməsi ilə seçilsələr də, bəzi sərnişinlərdə ürəkbulanma və başgicəllənmə kimi narahatlıqlar yarada bilirlər. Mütəxəssislər bu problemin əsas səbəbini elektrikli avtomobillərin daxili yanma mühərrikli avtomobillərdən fərqli olaraq demək olar ki, səssiz və vibrasiyasız işləməsi ilə izah edirlər.

Belə ki, beyin hərəkəti yalnız vizual olaraq deyil, həm də mühərrikin səsi və titrəmələri vasitəsilə qəbul edir. Elektrikli avtomobillərdə isə bu əlavə siqnallar demək olar ki, yoxdur və nəticədə sərnişinlərdə sensor dissonans yaranaraq narahatlıq, ürəkbulanma və başgicəllənmə müşahidə olunur.

Avtosfer.az xəbər verir ki, elektromobillərin insanların səhhətinə yan təsirləri ilə bağlı bir çox ölkələrdə faktlar qeydə alınıb. Məsələn, Çində həkimə müraciət edənlər saç tökülməsindən şikayət ediblər. Lakin araşdırmalarda insanlardakı kütlvi saç tökülməsinin səbəbi müəyyənləşməyib. Daha sonra saçı tökülən insanlarla söhbət zamanı onlara həyatlarında ən son dəyişikliyin nə olduğu soruşub. Cavabıbnda isə həmin şəxslər yeni elektromobil aldıqlarını bildiriblər. Bundan sonra Çin həkimləri həmin şəxslərin elektromobil sürücüsü olduğunu və uzun müddət elektromaqnit dalğalarına məruz qaldığını müəyyənləşdirib.

Bənzər hallar digər inkişaf etmiş ölkələrdə də yaşanıb. Bəs, elektrikli avtomobillərin sərnişinlər üçün potensial zərərləri nələrdir?

Mövzu ilə bağlı tibbi ekspert Adil Qeybulla Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, bu elektrik avadanlıqları, məişət texnikası və s. insan üçün yaratdığı əsas problem elektromaqnit sahəsi ola bilər:


“Əslində, elektromaqnit dalğalarının müəyyən səviyyədə müalicəvi effekti də var, orqanizmə müəyyən intervallarda müsbət təsir göstərir. Amma bunun həddindən artıq və uzunmüddətli təsirləri zamanı orqanizmin ritmi pozula bilər.

Elektrik avtomobilləri ilə bağlı birmənalı fikir demək çətindir. Çünki onların istifadəsi hələlik bu cür qəti nəticəyə gəlməyə imkan vermir. Düzdür, bu mövzuda iradlar var. Bizdə, bilirsiniz, şayiələr tez yayılır. Sürücülər bütün gün avtomobildə olurlar və bəziləri orqanizmdə yaranan hər hansı problemi buna bağlaya bilirlər. Mən də bunu sürücülərdən eşidirəm, özüm də təhlil edirəm.

Amma ümumilikdə bizim məişətimiz dəyişir. Siz heç mobil telefonu demirsiniz. Mobil rabitədə olan şüalanma əslində ən təhlükəlilərindən hesab olunur. Amma bu gün uşaqlar da ondan istifadə edir. Körpə, anadan olan uşağın da əlinə mobil telefon verirlər ki, baxsın, yaxınına qoyurlar, nəsə göstərirlər. Yəni ümumilikdə həyat tərzimiz dəyişib.

Təbii ki, insan növ kimi də dəyişir və buna uyğunlaşır. Bu gün həm rəqəmsal rabitənin, həm də ümumilikdə elm və texnikanın inkişafı ilə bağlı bir çox məsələlər var ki, onların sağlamlığa təsiri hələ də müzakirə mövzusudur. Məsələn, mobil telefonlardan artıq 30 ildən çoxdur istifadə edirik. Amma bununla bağlı dünyanın aparıcı xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin ortaq, qəti bir rəyi hələ də yoxdur”.

Tibbi ekspert əlavə edib ki, müxtəlif fikirlər səsləndirilir, amma konkret nəticə yoxdur:

“Bu baxımdan, düşünürəm ki, bu şübhələr tam əsasız deyil, amma onlara kor-koranə inanmaq da düzgün olmaz. İnsanın uyğunlaşma imkanları var və hazırda mövcud olan bu imkanlardan insan imtina edə bilmir. Təəssüf ki, köhnə həyat tərzinə qayıtmaq da mümkün deyil. Əvvəlki rejimə, sistemə məcbur etsələr belə, demək olar ki, geri dönüş olmaz.

Biz artıq bu yolla getməliyik. Amma bir məsələ var ki, bu mövzu ilə bağlı nüfuzlu elmi mərkəzlərin açıqlamaları, ciddi tədqiqatlar və sübutlar ortaya qoyması çox vacibdir. Əks halda, deyilənlər şayiə səviyyəsində qalacaq”.

Avtomobil mütəxəssisi Elçin Abbasovun fikrincə isə, bəzən insanlarda belə bir fikir formalaşır ki, elektromobillərdə radiasiya var:


“Amma radiasiya yalnız o halda olur ki, avtomobildə hansısa radioaktiv element mövcud olsun. Əgər heç bir radioaktiv element yoxdursa, burada radioaktiv şüalanmadan danışmaq düzgün deyil.

Bəs elektromobillərdə nə var? Elektromobillərdə elektromaqnit dalğalarının intensivliyi və maqnit sahəsi ola bilər. Çünki mühərrikin hərəkətə gəlməsi məhz maqnit sahəsinin intensivliyinin artması hesabına baş verir. Lakin mən özüm bu sahədə ölçmələr aparmışam və həmin ölçmələr göstərir ki, insan orqanizminə zərər verəcək səviyyədə hər hansı dəyişiklik müşahidə olunmur.

Nəzərə alsaq ki, digər avtomobillərdə də elektrik cərəyanı ilə işləyən qurğular mövcuddur, orada da maqnit sahəsinin intensivliyində dəyişikliklər olur. Məsələn, ksenon lampalarda yüksək gərginlik var, alışma sistemində, alışma şamlarında da yüksək gərginlik mövcuddur və bütün bunlar müəyyən elektromaqnit şüalanması yaradır.
Müqayisəli şəkildə baxdıqda, elektromobillərdə bu göstəricilər daha aşağıdır. Son araşdırmalar da göstərir ki, elektromobillərin elektriklə işləməsi nəticəsində insan orqanizminə hər hansı bir zərər dəymir”.

Bərpa olunan enerji, enerji bazarı və yaşıl enerji həlləri üzrə mütəxəssis Toğrul Əzizin sözlərinə görə, elektromobillərin istifadəsi zamanı yaranan şüalanma insan sağlamlığı üçün təhlükə hesab edilmir:


“Elektromobillərdə mövcud olan elektromaqnit sahələri qeyri-ionlaşdırıcı şüalanma kateqoriyasına daxildir. Bu tip şüalanma rentgen və ya radioaktiv şüalarla eyni səviyyədə deyil və insan orqanizminə hüceyrə səviyyəsində zərər verəcək gücə malik deyil.

Beynəlxalq təşkilatların — xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının (WHO) və Avropa Birliyinin müvafiq qurumlarının apardığı araşdırmalar göstərir ki, elektromobillərdə ölçülən elektromaqnit sahələrinin səviyyəsi mövcud təhlükəsizlik normalarından xeyli aşağıdır. Batareyalar və yüksək gərginlikli elektrik xətləri avtomobilin konstruksiyası daxilində izolyasiya olunur və metal qoruyucu qatlarla əhatə edilir.

Müqayisə üçün qeyd etmək olar ki, elektromobildə yaranan elektromaqnit sahəsinin səviyyəsi gündəlik istifadə etdiyimiz bir çox məişət cihazlarından — mobil telefonlar, Wi-Fi routerlər, mikrodalğalı sobalar və hətta saçqurutma cihazlarından belə aşağıdır. Bu baxımdan elektromobillə uzun müddət təmasda olmaq əlavə risk yaratmır.

Eyni zamanda qeyd edilməlidir ki, elektromobillər daxili yanma mühərrikli avtomobillərlə müqayisədə qaz buraxmır. Bu isə xüsusilə şəhər mühitində hava keyfiyyətinin yaxşılaşmasına və tənəffüs sistemi ilə bağlı risklərin azalmasına səbəb olur. Bir çox tədqiqatlar göstərir ki, sağlamlıq baxımından real təhlükə elektromaqnit sahələrindən deyil, məhz ənənəvi avtomobillərin yaratdığı hava çirkliliyindən qaynaqlanır.

Nəticə etibarilə, mövcud elmi araşdırmalar elektromobillərin yaratdığı şüalanmanın insan sağlamlığına mənfi təsir göstərdiyini təsdiqləmir. Bu mövzuda yayılan qorxular daha çox elmi əsaslara deyil, yanlış məlumatlara və miflərə söykənir. Elektromobillər hazırda bir çox inkişaf etmiş ölkələrdə geniş istifadə olunur və onların sağlamlıq üçün təhlükəli olması ilə bağlı etibarlı faktlar mövcud deyil”.

Həkim-terapevt Nəbi Absalamovun fikrincə, elektromobillər güclü elektromaqnit dalğaları yayaraq insanlarda baş ağrısı, baş gicələnmə və mədə bulantısı yarada bilər:


“Lakin bu, onların mədə-bağırsağa birbaşa zərər verdiyi demək deyil. Elektromobillərin mədə-bağırsağa birbaşa zərəri ilə bağlı təsdiqlənmiş heç bir məlumat yoxdur. Sadəcə olaraq, bəzi insanlar elektromobil dalğalarına qarşı həssasdır və bunun nəticəsində baş gicələnmə, mədə bulantısı kimi diskomfort əlamətləri yaşaya bilirlər”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Dekabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri