Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Psixoloqların seans qiymətləri niyə yüksəkdir? Ekspertlər AÇIQLADI

Psixoloqların seans qiymətləri niyə yüksəkdir? Ekspertlər AÇIQLADI

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Psixoloji xidmətlər son illərdə cəmiyyətdə daha çox diqqət çəkən və ehtiyac duyulan sahələrdən birinə çevrilib. İnsanlar stress, narahatlıq, münasibət problemləri və digər psixoloji çətinliklər yaşadıqları üçün psixoloqlara müraciət edənlərin sayı artır. Buna görə də psixoloq seanslarının təşkili, keyfiyyəti və qiyməti tez-tez müzakirə olunur.

Bu gün demək olar ki, istənilən qiymətə psixoloq tapmaq mümkündür. Bəzi mütəxəssislərin seans qiymətləri münasib və daha əlçatan olduğu halda, digərlərinin xidmət haqqı xeyli yüksək olur. Hətta elə psixoloqlar var ki, onların bir seans üçün tələb etdiyi məbləğ 300, 400, 500 AZN və ya daha çox ola bilər. Bu da cəmiyyətdə psixoloji xidmətlərin qiymətləri ilə bağlı maraq və müzakirələrin yaranmasına səbəb olur. Bu səbəbdən psixoloji xidmətlərin inkişafı, keyfiyyəti və insanlar üçün əlçatan olması cəmiyyət üçün vacib məsələlərdən biri hesab olunur.

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumilikdə hesabladıqda, psixoloqun bir seansdan qazandığı məbləğin təxminən üçd-biri onun özünə çatır:

“Psixoloqlar əsasən özəl klinikalarda və ya özəl psixoloji mərkəzlərdə çalışırlar. Özəl psixoloji mərkəzlərdə qiymətlər müəyyən edilərkən çox vaxt qazanc 50/50 prinsipi ilə bölünür. Bəzi klinikalarda isə fərqli şərtlər olur. Məsələn, klinika yalnız otaq üçün icarə tələb edir və deyir ki, gəlirin 70 faizi psixoloqa, 30 faizi isə klinikaya qalmalıdır. Bundan əlavə, psixoloq həmin 30 faizdən ayrıca vergi də ödəməli olur. Azərbaycan reallığında psixoloqa müraciət edən insanlar bəzən bir dəfə ödəniş etdikdən sonra 24 saat ərzində də yenidən əlaqə saxlayırlar. Bu hallarda fərdi xüsusiyyətlər və empatiya çox böyük rol oynayır. Xüsusilə kognitiv-davranış terapiyası ilə işləyən psixoloqlar müxtəlif riskli vəziyyətlərlə də üzləşə bilirlər. Bəzən gecə saatlarında belə müraciətlər olur. Hətta elə hallar yaşanıb ki, gecə saat üçdə bir pasiyentin ailə üzvləri zəng edib təcili kömək istəyiblər və bildiriblər ki, onu sakitləşdirə bilmirlər. Bu kimi hallar psixoloji xidmətlərin məsuliyyətini və çətinliyini göstərir. Ona görə də xidmətlərin qiyməti bəzən bu amillərə görə dəyişə bilir. Sadə konsultasiya bir qiymətə ola bilər, lakin daha mürəkkəb prosedurlara keçildikdə qiymət də fərqli olur. Məsələn, psixodiaqnostika və ya psixoanaliz zamanı mütəxəssis insanı dərindən analiz etməli olur. Bu proses qısa müddətdə baş vermir. Ən azı bir neçə görüşdən sonra insanın psixoloji vəziyyəti haqqında daha dolğun nəticə əldə etmək mümkün olur. Bu baxımdan qiymətlərin dəyişməsi müəyyən qədər ola bilir. Bununla yanaşı, hər psixoloqun empatiya qurmaq bacarığı və pasiyentlə işləmə üsulu da fərqli olur”.

Sosioloq Naib Niftəliyev isə deyib ki, psixoloqların əməyinin dəyəri heç də aşağı deyil, amma bunun xidmət qarşılığının şişirdilmiş qiymət olması doğru hesab edilmir:

“Təbii ki, psixologiyada bahalı xidmətlər müəyyən mərhələlərdə effektiv ola bilər. Amma reklam nəticəsində öz qiymətini qaldıran, belə desək, süni şəkildə 1 saatlıq seansı yüksək məbləğə qədər yüksəldən psixoloqlar da var. Düşünürəm ki, bu məsələlər həm hüquqi, həm maddi, həm də siyasi-sosioloji baxımdan ciddi şəkildə araşdırılmalıdır. Yəni bəzi xidmətlər çərçivəsində müəyyən məbləğlər tələb etmək olar. Məsələn, əgər 500 manatlıq xidmət göstərilirsə və onun vergisi də ödənilirsə, bu zaman onun real xidmət olub-olmaması da araşdırılmalıdır. Əks halda, bu xidmətin adı sadəcə soyğunçuluq kimi qiymətləndirilə bilər. Elə xidmətlər də var ki, onları bəzən təmənnasız şəkildə həyata keçirmək mümkündür. Bir seansın qiymətinin yüksək məbləğdə olması, məsələn 300-500 AZN isə kifayət qədər şişirdilmiş və böyük bir məbləğdir. Belə qiymət bəzən insanı problemdən xilas etmək əvəzinə daha çox stresə sala bilər.  Ola bilər ki, bəzi insanların maddi imkanı var və onlar bu qədər yüksək xidmət haqqını ödəyə bilirlər. Amma insanların böyük əksəriyyətinin büdcəsində belə bir imkan yoxdur. İstənilən halda, gəlir qazanmaq normaldır və insan öz əməyini yüksək dəyərləndirməlidir”.
Nurcan Babək

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Mart 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri