Icma.az
close
up
RU
Elektromobillərin satış həcmi rekord səviyyəyə 2,1 milyon ədədə çatıb

Elektromobillərin satış həcmi rekord səviyyəyə 2,1 milyon ədədə çatıb

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tam elektriklə işləyən və plug-in hibrid avtomobillərin qlobal satışları sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq rekord səviyyə olan 2,1 milyon ədədə çatıb. Bu artım Çində yüksək tələbat və ABŞ-da vergi güzəştlərinin genişləndirilməsi ilə izah olunur.

Avtosfer.az xəbər verir ki, bu barədə “Rho Motion” adlı tədqiqat şirkəti çərşənbə günü məlumat yayıb.

Şirkətin məlumat meneceri Çarlz Lesterin sözlərinə görə, dünya üzrə satışların təqribən üçdə ikisi, yəni 1,3 milyon ədədi Çinin payına düşüb. Şimali Amerikada da satışlar rekord həddə çatıb. “Reuters”in yazdığına görə, ABŞ alıcıları vergi güzəştləri qüvvədən düşməzdən əvvəl bu fürsətdən yararlanmağa çalışıblar.

Çin hazırda dünyanın ən böyük avtomobil bazarıdır və qlobal elektromobil satışlarının yarıdan çoxu bu ölkənin payına düşür. “Rho Motion”un məlumatına əsasən, hesabatda elektromobillər və plug-in hibridlər birlikdə nəzərə alınıb.

Çində avtomobil satışlarının ən aktiv dövrü sayılan sentyabr ayında köhnə avtomobillərin dəyişdirilməsinə dair subsidiyalardan maksimum istifadə etmək istəyən alıcıların fəallığı nəticəsində satışlar daha da artıb. Bəzi regionlar həmin subsidiyaları mərhələli şəkildə ləğv etməyə başladıqdan sonra tələbin daha da yüksəldiyi bildirilir.

ABŞ-da da tələbat kəskin artıb, çünki alıcılar 7 500 ABŞ dolları məbləğində elektromobillər üçün vergi güzəştlərinin başa çatmasından əvvəl bu imkandan istifadə etməyə tələsiblər. Bununla belə, “Rho Motion”un açıqlamasına görə, dördüncü rübdə satışların azalacağı gözlənilir, çünki həm istehlakçılar, həm də biznes strukturları elektromobil alışını stimullaşdıran federal güzəştlərdən məhrum olacaqlar.

Avropada da satışlar yeni maksimuma çatıb, bu isə Almaniyada tətbiq olunan güzəştlər və Böyük Britaniyada artan tələbat sayəsində mümkün olub. Şirkət bildirir ki, “Tesla”nın Avropada daha ucuz “Model Y” avtomobilini satışa çıxarması yaxın aylarda bazarda rəqabəti daha da gücləndirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Noyabr 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri