Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

5 ilə nələr dəyişdi? Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Elektron bazalarda vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi və uyğunluğu yoxlanılıb

Elektron bazalarda vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi və uyğunluğu yoxlanılıb

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Elm və Təhsil Nazirliyi (ETN) və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi məlumat bazaları əsasında məlumatların dürüstləşdirilməsi prosesi həyata keçirilib. Bu təşəbbüs, dövlət informasiya sistemlərindəki məlumat kirliliyinin aradan qaldırılması, rəqəmsal xidmətlərin dəqiqliyinin artırılması və vətəndaşlara daha etibarlı və düzgün təhsil məlumatlarının təqdim olunması məqsədini daşıyır.

"APA-Economics" xəbər verir ki, Rəqəmsal İnkişaf Konsepsiyasının Tədbirlər Planının 1.1.4-cü bəndinə uyğun olaraq, ilkin mərhələdə son 15 ilə aid diplom məlumatlarının dürüstləşdirilməsi istiqamətində İRİA-nın iştirakı ilə genişmiqyaslı texniki və analitik işlər həyata keçirilir. Növbəti mərhələdə əsas hədəf bütün mövcud diplom məlumatlarının mərhələli şəkildə dürüstləşdirilməsidir ki, bu istiqamətdə də hazırda planlaşdırma işləri aparılır.

Məlumata görə, dürüstləşdirmə prosesi – yəni dövlət qurumları tərəfindən saxlanılan məlumatların reallığa uyğunluğunun yoxlanılması, qeyri-dəqiq və ya təkrar məlumatların ayırd edilməsi və onların etibarlı mənbələrlə dəqiqləşdirilməsi – bu layihənin əsas hissəsidir.

İRİA-nın həyata keçirdiyi texniki təhlil nəticəsində ETN və DİM tərəfindən təqdim edilmiş 1,6 milyondan artıq diplom və FİN məlumatı analiz edilib. Diplom məlumatları üzərində həyata keçirilən dürüstləşdirmə və zənginləşdirmə işləri nəticəsində ETN-də diplom məlumatlarının keyfiyyət göstəricisi 90%-ə çatdırılıb. Eyni zamanda 50,000-dən çox diplom məlumatı işlənməsi üçün DİM-ə təqdim olunub.

Prosesin əsas məqsədi diplom məlumatlarının aktuallığını təmin etmək, uyğunsuzluqları aradan qaldırmaqdır. Eyni zamanda, bu tədbirlər “mygov” platformasına ötürülən məlumatların düzgünlüyünü də təmin etməklə vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətini yüksəltmiş olur. Məlumatların uyğunlaşdırılması və vahid sistemə inteqrasiyası həmçinin ETN və DİM arasında informasiya axınının dəqiqliyini və çevikliyini təmin edir. Bu da gələcəkdə məlumatların analitik təhlilini, inteqrasiyasını və qərarların daha məlumatlı şəkildə verilməsini mümkün edəcək.

Bununla yanaşı, “Rəqəmsal Məktəb” layihəsi çərçivəsində cari təhsilalan şagirdlərin valideyn məlumatlarının dürüstləşdirilməsi istiqamətində də işlər görülüb. ETN tərəfindən təqdim olunan 387,850 nəfər şagirdə dair məlumatın 88%-i eyniləşdirilib, bu məlumatların isə 78%-i yoxlanılması üçün ETN-ə qaytarılıb. Bu proses valideyn məlumatları əsasında təhsil sistemində avtomatlaşdırılmış xidmətlərin qurulması və idarəetmənin optimallaşdırılması məqsədi daşıyır.

Bütün bu tədbirlərlə yanaşı, vətəndaş məmnunluğunu artırmaq və onlara daha operativ informasiya dəstəyi göstərmək məqsədilə Elm və Təhsil Nazirliyi üçün süni intellekt əsaslı çatbot hazırlanıb. Hazırda test mərhələsində olan bu sistem magistratura və doktoranturaya qəbul, müəllimlərin işə qəbulu, məktəbəqədər hazırlıq və Respublika Fənn Olimpiadası kimi mövzularda tez-tez verilən sualları cavablandırmaq imkanına malikdir. Çatbot 24/7 rejimində fəaliyyət göstərəcək və rəsmi mənbələrə əsaslanan məlumatların vətəndaşlara çatdırılmasını təmin edəcək. Gələcək mərhələdə çatbotun funksionallığının daha da genişləndirilməsi və digər sahələr üzrə də vətəndaşlara dəstək göstərməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 İyul 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see412

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see277

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see266

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see169

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see155

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see152

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see152

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see141

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see141

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see133

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see131

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see131

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see125

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see124

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri