Icma.az
close
up
RU
Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir AZƏRTAC

Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı,16 dekabr, AZƏRTAC

Milli dillərin, xüsusən də dövlət dili statuslu dillərin inkişafı, nitq mədəniyyətinin yüksək olması cəmiyyətin firavanlıq səviyyəsinin göstəricisidir. Çünki dil təkcə təfəkkürü əks etdirmir, həm də onu formalaşdırır, davranışı, şəxsiyyətlərarası və korporativ münasibətləri tənzimləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında müəssisənin dissertantı, texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqov “Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinə dair çıxışı zamanı məlumat verib.

“İnformasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan müasir dünyada milli dillərin qorunması aktual məsələlərdən birinə çevrilmişdir” - deyən məruzəçi e-dövlət platformasında Azərbaycan dilinin qorunması və inkişafı məsələlərinin araşdırılmasının prioritet tədqiqat istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, dissertasiya işinin əsas məqsədi informasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan müasir dünyada milli dillərin qorunması problemlərinin elmi təhlilinin verilməsi və e-dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsidir.

Dissertasiya işi çərçivəsində qarşıya qoyulan məsələləri diqqətə çatdıran İ.Sadıqov Azərbaycan Dilinin Milli Korpusunun verilənlər bazasının strukturunun qurulması və Korpusun yaradılması üçün onun tam funksional prototipinin hazırlanması, Azərbaycan dilində mətnlərin oxunmasının qiymətləndirilməsi üçün tədqiqatların davam etdirilməsi və s. ilə bağlı məlumat verib. Əlavə edib ki, e-dövlət mühitində Azərbaycan dilinin təhdidlərə dayanıqlı ekosisteminin yaradılması, e-dövlət mühitində Azərbaycan dilinin tədrisi və dil biliklərinin qiymətləndirilməsi texnologiyalarının işlənməsi də qarşıda duran vəzifələrdəndir.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək məruzənin aktual məsələyə həsr olunduğunu, Azərbaycan dilinin istifadəsi, düzgün tətbiqi, qorunması və inkişaf etdirilməsi, eləcə də dildən kütləvi istifadənin təmin edilməsinin dövlət siyasətinin əsas priortetlərindən olduğunu bildirib.

Akademik Rasim Əliquliyev elekron dövlət platformasında süni intellektdən, İKT-dən istifadə edərək Azərbaycan dili servislərinin yaradılmasının vacibliyini önə çəkib: “Hər bir vətəndaş Azərbaycan dilini öyrənmək, inkişaf etdirmək, öz qrammatik və leksik biliklərini onlayn formada yoxlamaq imkanına malik olmalıdır”.

Azərbaycan dilinin müxtəlif aspektlərinə aid olan rəqəmsal resursların e-dövlət mühitinə inteqrasiya olunmadığını nəzərə çatdıran alim Azərbaycan dili üçün milli, korporativ və fərdi dil korpuslarının işlənilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi üçün yeni mexanizmlərin işlənilməsinin zəruri olduğunu qeyd edib. Akademik IV sənaye inqilabı və süni intellektin gətirdiyi reallıqlar kontekstində təbii dilin emalı metodlarının Azərbaycan dilinə tətbiq olunmasının vacib olduğunu diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri