Icma.az
close
up
RU
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” Əkrəm Həsənovdan TƏKLİF

“Elektron Məhkəmə Sistemində problemlər davam edir” Əkrəm Həsənovdan TƏKLİF

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda daimi yaşayan əcnəbinin Elektron Məhkəmə Sistemimizdə elektron kabineti var. Ona qarşı Nəsimi rayon məhkəməsində iddia irəli sürüblər, amma kabinetində yeni iş görünmür. Gedib məhkəməyə. Orada deyiblər ki, əcnəbinin kabineti ola bilməz, indiyədək düz olmayıb. Məsləhət görüblər ki, ya müraciətlərini kağız formada etsin (yəni elektron kargüzarlıq haqda qanunun tələbinə zidd olaraq), ya da yerli vətəndaşa etibarnamə versin və onun vasitəsilə işi sistemdə izləsin. Başqa sözlə, faktiki deyiblər ki, get özünə vəkil tut. Halbuki, hər kəsin özünü məhkəmədə bilavasitə müdafiə etmək hüququ var.

Mən Məhkəmə-Hüquq Şurasının qaynar xətti ilə əlaqə saxlayıb ilk olaraq soruşdum ki, əcnəbinin Elektron Məhkəmə Sistemində kabineti ola bilər, ya yox. Cavab əvəzinə soruşdular ki, ASAN imzası varmı. Dedim ki, SİMA-sı var. Dedilər ki, cəhd etsin, kabinet yaratmağa. Bundan sonra məsələni daha dəqiq izah etdim: kabinet var, amma yeni işi görmür və məhkəmə də deyir ki, sənin kabinetin ola bilməzdi və s. Birmənalı cavab ala bilmədim…

Elektron Məhkəmə Sistemində kimin istifadəçi olub-olmaması baza məsələlərdən biridir. Bu suala da birmənalı cavab ala bilmiriksə, daha nə deyim. Üstəlik axı niyə Elektron Məhkəmə Sisteminin əvvəlki normal versiyası dövründə problem yaranmırdı, amma indiki natamam işləyən versiyasının istismarının 5-ci ayında belə problemlə üzəşirik? Yeni versiyaya xeyli vəsait ona görə xərclənib ki, əvvəlki imkanlar da məhdudlaşdırılsın? Heç olmasa əvvəlki versiyanı sadəcə primitiv olaraq CopyPaste edərdilər də…

P.S. Problemlərin aradan qaldırılması üzrə təklifim var. Hakimlərin cari işləri çoxdur, Elektron Məhkəmə Sisteminin texniki problemlərinin həllinə vaxtları yoxdur. Buna görə də “Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin sədri hörmətli Ramiz Rzyaevdən (Ali Məhkəmənin keçmiş sədri) xahiş edək ki, başda özü olmaqla istefada (pensiyada) olan hakimlərdən ibarət qrup yaratsın və Elektron Məhkəmə Sisteminin problemlərini həll etməkdə Məhkəmə-Hüquq Şurasına yardım etsin. Düzdür, qanunvericiliyə əsasən keçmiş hakimlərin və bu ictimai birliyin Elektron Məhkəmə Sistemindəki məlumatlara çıxış imkanı ola bilməz və bunu etmək kibercinayət olardı. Buna görə gəlin əvvəlcə qanunvericiliyə düzəliş edək və bu imkanı yaradaq. Qoy keçmiş hakimlərimiz xalqımıza təmənnasız xidmət təcrübələrini davam etdirsinlər…

Əkrəm Həsənov

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Avqust 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri