Icma.az
close
up
RU
“Hələ görək, pensiya ala biləcəyikmi?” Əkrəm Həsənovdan həssas sual

“Hələ görək, pensiya ala biləcəyikmi?” Əkrəm Həsənovdan həssas sual

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Hazırda işləyən vətəndaşlardan toplanan vəsaitlər yığılmır, təqaüdçülərə ödənilir

Gələcəkdə isə bizim pensiyalarımızı gənc nəsilin maaşından tutulan vəsaitlər hesabına ödəmək lazım gələcək

Vəhdət Partiyası sədr müavini Vasif Əfəndiyev ipoteka borcları və pensiya kapitalı ilə bağlı mövcud vəziyyətin hüquqi və sosial baxımdan yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

Bu barədə Sherg.az-a danışan partiya funksioneri qeyd edib ki, vətəndaşın vəfatından sonra kredit borcunun varislərə keçməsi hüquqi baxımdan normal sayılsa da, həmin şəxsin illərlə topladığı pensiya kapitalının bu borcun bağlanmasına yönəldilməməsi sosial ədalət baxımından suallar doğurur: 

“Bir vətəndaş 50 min manat ipoteka krediti götürərək ev alır. Əgər bu vətəndaş dünyasını dəyişərsə, onun borc öhdəliyi varislərinə keçir. Yəni ailə üzvləri kredit tam bağlanana qədər ödənişi davam etdirməlidir. Bu, Azərbaycan qanunvericiliyində mövcud olan qaydadır. Lakin maraqlı və mübahisəli bir məqam ortaya çıxır. Əgər vətəndaşın ölümündən sonra onun 50 min manat pensiya kapitalı olduğu məlum olarsa, bu vəsait avtomatik olaraq kreditə yönəldilmir. Bu isə ciddi suallar doğurur və sosial ədalət baxımından doğru deyil. Bir tərəfdən ailə borc yükü altında qalır, digər tərəfdən isə vətəndaşın öz topladığı vəsait istifadə olunmadan qalır. Bu vəziyyət bir çoxlarına görə insan haqlarına və sosial ədalət prinsipinə uyğun deyil. Bu səbəbdən dünyqsını dəyişmiş insanların pensiya kapitalının onun varislərionə və kredit borclarına yönəldilməsi ilə bağlı yeni və daha ədalətli qanunların qəbul olunmasına ehtiyac var”.

Mövzunu şərh edən hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sherg.az-a açıqlamasında məsələyə daha geniş rakursdan yanaşmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, prinsip etibarı ilə vəfat etmiş şəxslərin pensiya kapitalı yalnız ipoteka borclarının ödənilməsinə deyil, həmçinin digər kredit öhdəliklərinə də yönəldilə bilər:

“Eyni zamanda, borcu olmayan şəxslərin pensiya kapitalının varislərinə çatdırılmaması da hüquqi və sosial baxımdan aktual bir problem olaraq qalır. Hətta bəzi ölkələrdə vəfat edən şəxsin pensiya kapitalı tam və ya qismən vərəsələrinə verilir. Bizdə isə bu hal qanunvericiliklə tənzimlənmir. Səbəbi də odur ki, dövlətin belə bir pulu yoxdur”. 

Ə. Həsənov qeyd edib ki, Azərbaycanda mövcud pensiya sistemi yığım əsaslı deyil, həmrəylik əsaslı pensiya sistemidir. Onun sözlərinə görə, əmək müqaviləsi ilə çalışan hər bir vətəndaş gəlirinin müəyyən hissəsini məcburi olaraq Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəyir: “Bir çox insan səhv düşünür ki, bu vəsait illər ərzində onun şəxsi hesabında yığılır və təqaüdə çıxanda hissə-hissə ödənilir. Əslində isə bu pullar qocalığımız üçün yığılmır; hazırda təqaüddə olanlara aylıq müavinət şəklində verilir. Yoxsa ki, DSMF-nin o qədər pulu var ki, hər ay təqaüdçülərə ödəsin!? Bütün pensiyalar hazırda işləyən insanların, bizim, sizin hesabınıza verilir. Üstəlik, bu vəsaitlər də kifayət etmir. Hər il dövlət büdcəsindən əlavə vəsait ayrılır Fonda təqaüdlərin ödənməsi üçün. Əgər ölən şəxslərin pensiya kapitalı varislərinə və ya kredit borclarının ödənilməsinə yönəlsə, Fondun təqaüdləri ödəmək üçün kifayət qədər vəsaiti qalmayacaq. İndi ən azından vətəndaşların müəyyən hissəsi pensiya yaşına çatana qədər dünyasını dəyişir deyə onların maaşından tutulan vəsaitlər başqa şəxslərə verilir. Elə hazırkı sistem isə təbii olaraq müəyyən insanların pensiya yaşına çatmadan və ya yalnız kiçik hissəsini istifadə etdikdən sonra vəfat etməsini nəzərə alaraq formalaşdırılıb”.

Hüquqşünas vurğulayıb ki, vəfat etmiş şəxslərin pensiya kapitalının varislərə və ya kredit borclarına yönəldilməsi təkliflərinin icrası üçün dövlət büdcəsi təqaüd ödəmələrini öz üzərinə götürməli və DSMF-yə indidən daha böyük məbləğdə vəsait ayırmalıdır. Lakin reallıq göstərir ki, bu, praktik olaraq mümkün deyil: “ Hazırda dövlət büdcəsi ciddi problemlərlə üzləşir və iqtisadi vəziyyət uzunmüddətli böhran riski daşıyır. Vətəndaşlar artıq qəbul etməlidirlər ki, ölkədə büdcə resursları məhduddur. Pul yoxdur! İran- ABŞ müharibəsinə görə neftin qiymətinin qalxması hesabına bəlkə bir az büdcəyə əlavə vəsait yığıla, onun hesabına dövlət hansısa sosial tədbirlər görə. Lakin bu da müvəqqəti bir haldır. Müharibə dayanan kimi neftin qiyməti də əvvəlki vəziyyətə düşəcək. Azərbaycanda ümumdaxili məhsulun artım tempi çox aşağıdır və inflyasiyanı nəzərə aldıqda, bu artım praktiki olaraq azalma kimi qiymətləndirilir”. 

Ə. Həsənov hesab edir ki, vətəndaşların təklif etdiyi sistemin həyata keçirilməsi üçün dövlət ya pensiyaların məbləğini azaltmalı, ya da əməkhaqqından sosial fonda tutulan ödənişləri artırmalıdır: “Lakin bu da mümkün olan iş deyil! Pensiya alanların məbləğinin azaldılmasına və ya işləyənlərin daha çox vergi ödəməsinə hansımız razı olarıq? Biz indidən pensiya kapitalımızın taleyini düşünürük ki, biz öləndə kimlərə qalacaq!? 

Hələ görək, ölməsək pensiya ala biləcəyikmi? Dediyim kimi, hazırda işləyən vətəndaşlardan toplanan vəsaitlər yığılmır, təqaüdçülərə ödənilir, gələcəkdə isə bizim pensiyalarımızı gənc nəsilin maaşından tutulan vəsaitlər hesabına ödəmək lazım gələcək. Ölkənin iqtisadi vəziyyəti isə qeyri-müəyyəndir: gənclər işləyə biləcəkmi, maaş alacaqlarmı, inflyasiya və devalvasiya yığılan kapitalları yeməyəcək ki? Bizə pensiya verməyə pul olacaqmı? Bunların dərdini çəkmək lazımdır, pensiya kapitalı adı ilə yığılan, lakin bizim olmayan pulların yox!

Bir tərəfdən də ölkədə demoqrafik vəziyyət ciddi narahatlıq doğurur: əhali qocalır, işləyənlərin sayı azalmaqda, pensiya alanların sayı artmağa doğru gedir. Bu gedişlə yaxın 5-10 il ərzində pensiya sisteminin yükü daha da ağırlaşacaq və vəziyyət indi olduğundan daha kritik olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri