Icma.az
close
up
RU
Elektron məhkəmə sistemində problemlər: Sabiq hakimlər köməyə gəlir?

Elektron məhkəmə sistemində problemlər: Sabiq hakimlər köməyə gəlir?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Azərbaycanda daimi yaşayan əcnəbinin Elektron Məhkəmə Sistemində elektron kabineti var. 

Ona qarşı Nəsimi rayon Məhkəməsində iddia irəli sürüblər, amma kabinetində yeni iş görünmür. Məhkəməyə gedib. Orada deyiblər ki, əcnəbinin kabineti ola bilməz, indiyədək düz olmayıb. 

Məsləhət görüblər ki, ya müraciətlərini kağız formada etsin (yəni elektron kargüzarlıq haqda qanunun tələbinə zidd olaraq), ya da yerli vətəndaşa etibarnamə versin və onun vasitəsilə işi sistemdə izləsin. Başqa sözlə, faktiki deyiblər ki, get, özünə vəkil tut. Halbuki, hər kəsin özünü məhkəmədə bilavasitə müdafiə etmək hüququ var”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib. O qeyd edib ki, Məhkəmə-Hüquq Şurasının qaynar xətti ilə əlaqə saxlayaraq ilk  əcnəbinin Elektron Məhkəmə Sistemində kabinetinin ola bilməsi barədə soruşub: 

“Cavab əvəzinə soruşdular ki, “ASAN imza”sı varmı? Dedim ki, SİMA-sı var. Dedilər ki, kabinet yaratmağa cəhd etsin. Bundan sonra məsələni daha dəqiq izah etdim: kabinet var, amma yeni işi görmür və məhkəmə də deyir ki, sənin kabinetin ola bilməzdi və s. 

Birmənalı cavab ala bilmədim. Elektron Məhkəmə Sistemində kimin istifadəçi olub-olmaması baza məsələlərdən biridir. Bu suala da birmənalı cavab ala bilmiriksə, daha nə deyim. 

Üstəlik axı niyə Elektron Məhkəmə Sisteminin əvvəlki normal versiyası dövründə problem yaranmırdı, amma indiki natamam işləyən versiyasının istismarının 5-ci ayında belə problemlə üzəşirik?” 

O bildirib ki, yeni versiyaya xeyli vəsait ona görə xərclənib: 

“O qədər vəsait xərclənib ki, əvvəlki imkanlar da məhdudlaşdırılsın? Heç olmasa, əvvəlki versiyanı sadəcə primitiv olaraq “copypaste” edərdilər”. 

Hüquqşünas problemlərin aradan qaldırılması üçün təkliflə çııxış edir: 

“Hakimlərin cari işləri çoxdur, Elektron Məhkəmə Sisteminin texniki problemlərinin həllinə vaxtları yoxdur. Buna görə də “Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin sədri hörmətli Ramiz Rzayevdən (Ali Məhkəmənin keçmiş sədri) xahiş edək ki, başda özü olmaqla istefada (pensiyada) olan hakimlərdən ibarət qrup yaratsın və Elektron Məhkəmə Sisteminin problemlərini həll etməkdə Məhkəmə-Hüquq Şurasına yardım etsin. 

Düzdür, qanunvericiliyə əsasən keçmiş hakimlərin və bu ictimai birliyin Elektron Məhkəmə Sistemindəki məlumatlara çıxış imkanı ola bilməz və bunu etmək kibercinayət olardı. Buna görə gəlin əvvəlcə qanunvericiliyə düzəliş edək və bu imkanı yaradaq. Qoy keçmiş hakimlərimiz xalqımıza təmənnasız xidmət təcrübələrini davam etdirsinlər”. 

Nigar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri