Ələt hava limanının tikintisi nə vaxt bitəcək?
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ələt Azad İqtisadi Zonasında hava limanının tikintisi 2027-ci ilin ortasınadək yekunlaşacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan-İtaliya biznes forumunda deyib.
Onun sözlərinə görə, yerli yükdaşıma şirkəti olan "Silk Way Airlines" ilə Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub: "Bu layihə üçün iqtisadi zonanın səlahiyyətli qurumu 750 hektar ərazi ayırıb. Hava limanının tikintisi 2027-ci ilin ortasından gec olmayaraq bitəcək və hava limanı gələn il artıq beynəlxalq daşımalar üçün açıq olacaq. İlkin mərhələdə bu hava limanının yükdaşıma qabiliyyəti illik 500 min ton olacaq. Bu göstəricinin 2 milyon tona çatdırılması planlaşdırılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 23 Noyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















