Icma.az
close
up
RU
Ələt Osmanlı Astara dəmir yolunun Zəngəzur dəhlizinə qədər hissəsinin inşasına başlanılıb FOTO VİDEO

Ələt Osmanlı Astara dəmir yolunun Zəngəzur dəhlizinə qədər hissəsinin inşasına başlanılıb FOTO VİDEO

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

245 kilometrlik Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur. İnşa olunan xətt Zəngəzur dəhlizinə qədər uzanan xəttin bir hissəsini təşkil edir.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən Ələt-Osmanlı-Astara dəmir yolunun inşası ölkəmizin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində atılan addımdır. Layihə çərçivəsində yenidən qurulan 60 kilometrlik Ələt-Osmanlı dəmir yolu xətti Qarabağ bölgəsindən keçərək Zəngəzur dəhlizinə qədər uzanan dəmir yolu xəttinin də bir hissəsini təşkil edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissələrindən biri olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması mərhələli şəkildə həyata keçirilir. Tikinti işlərindən öncə Ələt-Şirvan dəmir yolu xətti demontaj edildiyindən yükdaşımalar Hacıqabul-Şirvan dəmir yolu xətti ilə həyata keçirilir.

Uzunluğu 245 kilometr olan dəmir yolu dörd mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə Ələt-Osmanlı xəttinin 60 kilometrlik hissəsi bərpa olunur. Bu mərhələyə ümumilikdə 131 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçid, eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülü suötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur. Yol örtüyünün dayanıqlılığını artırmaq üçün geoqrid adlı sintetik mühəndislik materialından istifadə olunur. Bu texnologiya torpaq qatını möhkəmləndirərək eroziyanın qarşısını alır və su axınını tənzimləyir. Eyni zamanda, qrunt sularının yüksək səviyyədə olması dəmiryol yatağının çökmə riskini artırdığı üçün geoqrid istifadəsi beynəlxalq təcrübəyə əsasən tövsiyə edilir.

Layihənin ikinci mərhələsi Kür çayı üzərində inşa edilən cüt dəmir yolu körpülərini əhatə edir. 2023-cü ildə tamamlanan və istismara verilən bu körpülər Şimal-Cənub dəhlizi üzrə yük daşımalarının optimallaşdırılmasına töhfə verir. Üçüncü və dördüncü mərhələlər üzrə layihələndirmə işləri isə davam etdirilir.

Sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması Azərbaycanın tranzit potensialının gücləndirilməsinə, Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına və ümumi dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə xidmət edəcək. Bu layihə çərçivəsində avtomobil yolları ilə bir səviyyədə kəsişən yol hissələri mərhələli şəkildə müxtəlif səviyyəli kəsişmələrlə əvəz olunacaq ki, bu da nəqliyyat hərəkətinin təhlükəsizliyini artıracaq. İnşaat işlərinin 2028-ci ilə qədər tamamlanması gözlənilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi Daşqın Hümbətovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, birinci mərhələdə aparılacaq tikinti işləri artıq başlayıb:

"Digər mərhələlərdə isə layihələndirmə işləri davam etdirilir. Birinci mərhələnin tikinitisinə 2024-cü ilin iyul ayında başlanılıb. Hazırda 2-ci km-də yolötürücü qurğunun beton işlərinin yekunlaşdırılması planlaşdırılır, yanaşma yollarının tikintisi isə davam etdirilir. Həmçinin, birinci mərhələ üzrə mövcud dəmir yolunun 75 faizi demontaj olunub, işlər davam etdirilir. Tikinti üzrə torpaq bərkitmə işlərinin 35 faizi yerinə yetirilib. Mövcud kontakt şəbəkə dirəklərinin demontaj işlərinin 75 faizi həyata keçirilib. Mühəndis qurğuları, alt keçidlər, torpaq işləri və geoqrid izolyasiyasının sərilməsi işləri aparılır. Torpaq işləri bitdikdən sonra yolun üst qururluşu yenisi ilə əvəz olunacaq. Mühəndisi qurğularının tikintisinin təxminən 30 faizi yerinə yetirilib. 12-ci kilometrdə dəmir yolu körpüsünün svay və dayaq işləri yekunlaşıb, tirlərin montaj işləri aparılacaq. Bir üst keçid körpüsünün də Osmanlı stansiyasının ərazisində tikintisi nəzərdə tutulub ki, onun da suvağ, bünövrə və kalon işləri artıq bitib. Yaxın günlərdə tirlərin montajı və topraq işlərinin görüləcəyi planlaşdırılır", - deyə əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2005

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see194

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see133

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri