Icma.az
close
up
RU
Ələt Osmanlı Astara dəmir yolu yenilənir

Ələt Osmanlı Astara dəmir yolu yenilənir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

“Azərbaycan Dəmir Yolları”nın (ADY) bu barədə məlumatına görə, dəmir yolunun 2-ci kilometrliyində yolötürücü qurğunun beton işlərinin yekunlaşdırılması planlaşdırılır, yanaşma yollarının tikintisi isə davam etdirilir. Bildirilir ki, Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissələrindən biri olan Ələt – Osmanlı – Astara dəmir yolu xəttinin yenidən qurulması mərhələli şəkildə həyata keçirilir.

Uzunluğu 245 kilometr olan dəmir yolu dörd mərhələdə təmir edilir. Birinci mərhələdə Ələt – Osmanlı xəttinin 60 kilometrlik hissəsi bərpa olunur. Layihə çərçivəsində 3 dəmir yolu körpüsü, 3 avtomobil üst keçidi, heyvanların keçidi üçün alt keçidlər və müxtəlif ölçülü suötürücü borular inşa edilir. Bundan əlavə, Yeni Ələt, Şirvan və Osmanlı stansiyalarının yenidən qurulması da nəzərdə tutulur.

Yol örtüyünün dayanıqlılığını artırmaq üçün geoqrid adlı sintetik mühəndislik materialından istifadə olunur. Bu texnologiya torpaq qatını möhkəmləndirərək eroziyanın qarşısını alır və su axınını tənzimləyir. Eyni zamanda, qrunt sularının yüksək səviyyədə olması dəmiryol yatağının çökmə riskini artırdığı üçün geoqrid istifadəsi beynəlxalq təcrübəyə əsasən tövsiyə edilir.

Qurumdan qeyd olunub ki, layihənin ikinci mərhələsi Kür çayı üzərində inşa edilən cüt dəmir yolu körpülərini əhatə edir. 2023-cü ildə tamamlanan və istismara verilən bu körpülər Şimal – Cənub dəhlizi üzrə yük daşımalarının optimallaşdırılmasına töhfə verir. Üçüncü və dördüncü mərhələlər üzrə layihələndirmə işləri isə davam etdirilir.

ADY-nin məlumatına əsasən, sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunan Ələt– Osmanlı – Astara dəmir yolu xəttinin yenidən qurulması Azərbaycanın tranzit potensialının gücləndirilməsinə, Şimal – Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına və ümumi dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə xidmət edəcək. Layihə çərçivəsində avtomobil yolları ilə bir səviyyədə kəsişən yol hissələri mərhələli şəkildə müxtəlif səviyyəli kəsişmələrlə əvəz olunacaq ki, bu da nəqliyyat hərəkətinin təhlükəsizliyini artıracaq. Tikinti mütəxəssislərinin sözlərinə görə, inşaat işləri 2028-ci ilə qədər tamamlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:312
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Mart 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see291

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see275

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see262

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see259

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see259

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see251

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see244

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see237

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see235

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see228

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see227

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see222

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see221

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see216

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see213

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see210

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see210

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see208

24 saatda “müalicə olunan” 35 illik xəstəlik 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

19 Sentyabr 2026 17:03see199

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri