Icma.az
close
up
RU
Ələt Osmanlı Astara dəmir yolunun Zəngəzur dəhlizinə qədər hissəsinin inşasına başlanılıb FOTO VİDEO

Ələt Osmanlı Astara dəmir yolunun Zəngəzur dəhlizinə qədər hissəsinin inşasına başlanılıb FOTO VİDEO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

245 kilometrlik Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur. İnşa olunan xətt Zəngəzur dəhlizinə qədər uzanan xəttin bir hissəsini təşkil edir.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən Ələt-Osmanlı-Astara dəmir yolunun inşası ölkəmizin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində atılan addımdır. Layihə çərçivəsində yenidən qurulan 60 kilometrlik Ələt-Osmanlı dəmir yolu xətti Qarabağ bölgəsindən keçərək Zəngəzur dəhlizinə qədər uzanan dəmir yolu xəttinin də bir hissəsini təşkil edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissələrindən biri olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması mərhələli şəkildə həyata keçirilir. Tikinti işlərindən öncə Ələt-Şirvan dəmir yolu xətti demontaj edildiyindən yükdaşımalar Hacıqabul-Şirvan dəmir yolu xətti ilə həyata keçirilir.

Uzunluğu 245 kilometr olan dəmir yolu dörd mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə Ələt-Osmanlı xəttinin 60 kilometrlik hissəsi bərpa olunur. Bu mərhələyə ümumilikdə 131 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçid, eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülü suötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur. Yol örtüyünün dayanıqlılığını artırmaq üçün geoqrid adlı sintetik mühəndislik materialından istifadə olunur. Bu texnologiya torpaq qatını möhkəmləndirərək eroziyanın qarşısını alır və su axınını tənzimləyir. Eyni zamanda, qrunt sularının yüksək səviyyədə olması dəmiryol yatağının çökmə riskini artırdığı üçün geoqrid istifadəsi beynəlxalq təcrübəyə əsasən tövsiyə edilir.

Layihənin ikinci mərhələsi Kür çayı üzərində inşa edilən cüt dəmir yolu körpülərini əhatə edir. 2023-cü ildə tamamlanan və istismara verilən bu körpülər Şimal-Cənub dəhlizi üzrə yük daşımalarının optimallaşdırılmasına töhfə verir. Üçüncü və dördüncü mərhələlər üzrə layihələndirmə işləri isə davam etdirilir.

Sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması Azərbaycanın tranzit potensialının gücləndirilməsinə, Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına və ümumi dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə xidmət edəcək. Bu layihə çərçivəsində avtomobil yolları ilə bir səviyyədə kəsişən yol hissələri mərhələli şəkildə müxtəlif səviyyəli kəsişmələrlə əvəz olunacaq ki, bu da nəqliyyat hərəkətinin təhlükəsizliyini artıracaq. İnşaat işlərinin 2028-ci ilə qədər tamamlanması gözlənilir.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi Daşqın Hümbətovun bildirdiyinə görə, birinci mərhələdə aparılacaq tikinti işləri artıq başlayıb:

"Digər mərhələlərdə isə layihələndirmə işləri davam etdirilir. Birinci mərhələnin tikinitisinə 2024-cü ilin iyul ayında başlanılıb. Hazırda 2-ci km-də yolötürücü qurğunun beton işlərinin yekunlaşdırılması planlaşdırılır, yanaşma yollarının tikintisi isə davam etdirilir. Həmçinin, birinci mərhələ üzrə mövcud dəmir yolunun 75 faizi demontaj olunub, işlər davam etdirilir. Tikinti üzrə torpaq bərkitmə işlərinin 35 faizi yerinə yetirilib. Mövcud kontakt şəbəkə dirəklərinin demontaj işlərinin 75 faizi həyata keçirilib. Mühəndis qurğuları, alt keçidlər, torpaq işləri və geoqrid izolyasiyasının sərilməsi işləri aparılır. Torpaq işləri bitdikdən sonra yolun üst qururluşu yenisi ilə əvəz olunacaq. Mühəndisi qurğularının tikintisinin təxminən 30 faizi yerinə yetirilib. 12-ci kilometrdə dəmir yolu körpüsünün svay və dayaq işləri yekunlaşıb, tirlərin montaj işləri aparılacaq. Bir üst keçid körpüsünün də Osmanlı stansiyasının ərazisində tikintisi nəzərdə tutulub ki, onun da suvağ, bünövrə və kalon işləri artıq bitib. Yaxın günlərdə tirlərin montajı və topraq işlərinin görüləcəyi planlaşdırılır", - deyə əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Aprel 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see255

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see214

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see197

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see178

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see141

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see139

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see138

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see135

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see132

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see132

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see130

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see130

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see129

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see128

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see128

Atletikin baş məşqçisi: Qarabağ bizə qol vuranda bunu sakit qarşıladım

23 Oktyabr 2025 00:04see127

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri