Elgiz istintaqa cəlb edildi
Icma.az, Azpost saytına istinadən bildirir.
İctimai fəal Elgiz Qəhrəman “Məclis.info” işi üzrə cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə özü məlumat verib.
E.Qəhrəman Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılan istintaqla təqsirləndirilən şəxs qismində cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin səkkiz – 192.2.2 (qanunsuz sahibkarlıq-küllü miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma-xeyli miqdarda törədildikdə), 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgiz Qəhrəman həbs edilməyib, onun barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən ilin aprelində “Məclis.info” saytının rəhbəri İmran Əliyev həbs edilib.
Paylaş
Baxış sayı:134
Bu xəbər 08 Mart 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















