Icma.az
close
up
RU
Əli Əmirli: Yazıçı nəşriyyatı bu romanı mətbəədən geri qaytarıb nəşrdən imtina eləmişdi... Müsahibə

Əli Əmirli: Yazıçı nəşriyyatı bu romanı mətbəədən geri qaytarıb nəşrdən imtina eləmişdi... Müsahibə

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Alpay Azərin dramaturq, nasir Əli Əmirli ilə “Meydan” romanı haqqına müsahibəsini təqdim edir.

Annotasiya: Müstəqillik dövrü Azərbaycan nəsrinin ən parlaq nümunələrindən biri də Əli Əmirlinin "Meydan" romanıdır. Bədii gücünə görə "Ölüm hökmü", "Qətl günü" ilə eyni sırada olan, dünyaya çıxarılası bu roman 1988-ci il meydan hərəkatının enerjisini bizə xatırladır, ötürür. Paralel olaraq əsas obrazlardan biri gənc evli oğlanın (romanda obrazların adları yoxdur.) seks macəraları, yerli kommunist partiyası nomenklaturası nümayəndələrinin öz hedonist həyatlarını yaşamasının, eyni zamanda xalq hərəkatına üstdən aşağı baxmasının şahidi oluruq. Əsərin dramaturji baxımdan uğurlu olmasının səbəbi də məhz budur. İndi daha çox dramaturq kimi tanınan ustad nasirimiz Əli Əmirlinin istedadı hər iki həyatın bədii təsvirini eyni dərəcədə mükəmməl verə bilməsində özünü göstərir. Əsər axıcı dillə yazıldığından sürətlə oxunur.
Alpay Azər

- Bu romana necə başladınız? Niyə bu sualı verirəm? Əsərdə 1988-ci il xalq hərəkatının enerjisi duyulur. Hətta mənə elə gəlir, o hadisələrin şahidi olmayanlar belə bu romanı oxusalar, xalq hərəkatının enerjisini, dövrün ruhunu hiss edərlər.
- "Meydan" yazılanda mən artıq bir neçə romanın müəllifi idim. "İldırımötürən" və "Axirətdən qabaq gəzinti" əvvəl "Azərbaycan" jurnalında, sonra "Yazıçı" nəşriyyatında kütləvi tirajla nəşr olunmuşdu. Adını çəkdiyim romanları həm özüm bəyənirdim, həm də oxucular. Tənqidin də münasibəti müsbət idi. "Meydan"ı isə zaman yaratdı. 1988-ci ilin meydan hadisələri sovet rejimində analoqu olmayan ümumxalq etirazının çox parlaq səhifəsi idi. On yeddi gün sərasər ölkənin, millətin ürəyi o meydanda döyündü. Bu möhtəşəm hadisələrə biganə qalmaq mümkün deyildi. Roman da hələ meydan təəssüratlarının soyumadığı bir zamanda, 20 yanvar qırğını ərəfəsində yazıldı. Özü də çox sürətlə. Bir qayda olaraq bədii əsər konkret tarixi hadisələrdən uzun illər keçəndən sonra, bir növ ehtiraslar soyuyandan sonra yazılır. Əlbəttə, istisnalar da olur. Necə ki, mənimlə eyni vaxtda Sabir Əhmədli də meydan hadisələrindən bəhs edən roman yazmışdı. Təbii ki, müşahidəçi kimi mən də həmin on yeddi günü meydanda keçirmiş və bütün baş verənlərin, passiv də olsa, iştirakçısı olmuşdum. Orda gördüyüm yaxşı-pis nə varsa, yaradıcı yaddaşımda iz qoyurdu. 1989-cu ildə əsər sürətlə yazıldı. Maraqlı idi ki, yazı prosesinə fasilə vermək istəmirdim. Hər gün işlədiyim elmi-tədqiqat institutunda saat 5-də işçilər evinə gedəndən sonra mən iş yerimdə oturub saat 9-a, 10-a qədər dayanmadan yazırdım. Əgər siz deyən kimi bu romanda xalq hərəkatının enerjisi, dövrün ruhu hiss olunursa, deməli, zəhmətimiz hədər getməyib. Onu da deyim ki, elə jurnalda dərc edildiyi vaxtda, yəni 1992-ci ildə romanı səhnələşdirdim, çox istedadlı rejissorumuz Hüseynağa Atakişiyev Gənclər teatrında elə "Meydan" adı ilə maraqlı bir tamaşa qurdu.


- Roman ilk dəfə 1992-ci ildə “Azərbaycan” jurnalında işıq üzü görüb. Əvvəlki söhbətlərimizin birində demişdiniz ki, o zaman Bakıda fəhlələr bu jurnalı oxuyub bir-birinə ötürürmüşlər. Bəs ədəbi mühitin əsərə reaksiyası necə oldu?
- Mən əsəri bitirən kimi "Azərbaycan" jurnalına müraciət elədim. 1992-ci ildə ölkədə siyasi-iqtisadi böhranın qızğın çağında roman İntiqam Qasımzadənin köməyi ilə işıq üzü gördü. Deyim ki, o zamanlar redaksiyaya xeyli etiraz zəngləri olmuşdu. Meydan hadisələri ilə paralel qəhrəmanımın "eşq" macəraları ilə bağlı səhnələr bəzi oxucuları möhkəm qıcıqlandırmışdı, amma bildiyimə görə, jurnal oxucular arasında sürətlə yayılırdı. Beş min fəhləsi olan böyük bir zavodda sex rəisi işləyən, ədəbiyyatdan xeyli uzaq bir qohum dedi ki, iş vaxtı görürəm fəhlələr dəzgahların arxasında daldalanıb nəsə oxuyurlar. Birini tutdum ki, iş vaxtı bu nədi oxuyursan? Baxdım gördüm sənin romanındır. Onlar jurnalı növbə ilə bir-birlərinə ötürürlər. Qohum deyir, maraqlandım, mən də oxudum, çox da bəyəndim. Sən deyən kimi, Alpay bəy, ədəbi mühitin reaksiyası isə az qala, yox dərəcəsində idi. Hətta "Yazıçı" nəşriyyatı planda olan bu romanı mətbəədən geri qaytarıb nəşr etməkdən imtina eləmişdi. Səbəbini və səbəbkarları bilsəm də, indi açıqlamaq istəmirəm, ümumiyyətlə, şikayətlənməyi sevmirəm. Bu, mənim həyat prinsipimdir: şikayətlənmə və istəmə. Həm də o zaman başım artıq dramaturgiyaya möhkəm qarışmışdı. Nəhayət, yaşımın bu vaxtında 35 ildən sonra "Meydan"ı kitab kimi öz hesabıma nəşr elətdirdim ki, itib batmasın.


- Əsərdə bir tərəfdən, coşub-daşan xalq hərəkatı, öz haqlarını tələb edən yüz minlərlə insanların, mitinqi idarə edən liderin, ziyalıların səsini eşidirik. Digər tərəfdənsə, xalq hərəkatına lağ edən, mitinqə gedənləri aşağılayan yerli kommunist partiyasının harınlamış təbəqəsinin nümayəndələrini görürük. Əsərdə əsas süjet xətti həm də günlərini gah iyirmi səkkiz yaşlı fahişəylə, gah da qatarda tanış olduğu, sonra yoldan çıxartdığı qızla keçirən, eyni zamanda partnomenklaturaçının qızıyla evli olan oğlan obrazının başına gələnlər üzərində qurulub. Oğlan bəzən təsadüflər, bəzənsə məqsədli şəkildə mitinqlərdə iştirak edir, gah xalqın etirazını duyur, dərk edir, onlara haqq qazandırır, hətta meydanda kövrəlir. Gah da onlara yuxarıdan aşağı, lümpenlər kimi baxır. Romanda “süjetlərin harmoniyası” var desək, yanılmarıq. Romanı qələmə alarkən yazı və redaktə prosesində çətinliklərlə üzləşdinizmi?

- Alpay bəy, romanın xülasəsini tənqidçi kimi yox, əsl yazıçı kimi çox maraqlı şərh elədin, əlavələr etmək istəmirəm, amma onun yaranması haqqında bəzi məqamları yada sala bilərəm. Qəhrəmanımın prototipi iki real adamın birləşdirilmiş bədii obrazı idi. Burda meydanın liderləri də vardı, meydanda gördüyüm təsadüfi adamlar da. Yazıçı olduğun üçün bilirsən, əvvəl ideya yaranır, sonra mövzu və nəhayət, ən vacib olan süjet xətti. Süjet xətti inkişaf etdikcə personajlar doğulur, ətə-qana dolur, hadisələrlə bağlı xarakterlər formalaşır. Əlbəttə, yazı prosesində hətta yazıçının özünün belə gözləmədiyi hadisələr, peripetiyalar, onların yaratdığı dönüş nöqtələri meydana çıxır, əsərin oxunaqlı olmasını təmin edir. Ümumiyyətlə, mən hadisəni və onun iştirakçılarını elə vəziyyətlərə salmağa çalışıram ki, oxu sürət yığsın, oxucu kitabı fasiləsiz, nəfəs dərmədən oxusun. Təsəvvür edin ki, meydan hadisələrinə tam uyub hamının bildiyi, gördüyü əhvalatları olduğu kimi yazıya yükləyirsən. Bu, oldu tarix, yazıçı isə tarix yazmır, yazıçı tarixi məzmun qazanmış hadisənin bədii obrazını yaradır. Ümumiyyətlə, bir həyat həqiqəti var, bir də bədii həqiqət. Oxucuya həyat həqiqətinə söykənən bədii həqiqət lazımdır. "Meydan"ı yazarkən mən buna çalışmışam. Yazı və redaktə prosesində, təbiidir ki, müəyyən çətinliklər olur, amma bu işdir, həm də sevdiyin işdir. Etiraf edim ki, yazı prosesi mənim üşün həzz mənbəyidir. Bəyənmədiyim, narazı qaldığım hissələri, epizodları heyifsilənmədən ixtisar edirəm. İlk olaraq özüm yazını bəyənməliyəm. Xoşbəxtlikdən görürəm ki, oxucularımla zövqümüz çox vaxt üst-üstə düşür. Pyeslərimin taleyi də bunu deməyə mənə əsas verir, çünki teatrda əsərə münasibəti əyani şəkildə görürsən, yüzlərlə tamaşaçının alqışlarının şahidi olursan.


- Roman dramatizmin artan xəttiylə oxunur. Otuz yaşlı qızın aborta qədərki əzabları, abort prosesində keçidikləri əziyyət, ağrı, nəhayət, dünyasını dəyişməsi, – əsərin bu yerlərində gözlərim dolmuşdu. – oğlanın onun meyitini görməkçün yenidən mamaçanın evinə tərəf getməsi, meyit təcili yardım maşınına qoyularkən, mamaçanın izdiham içərisində oğlanı görməsə də, ona ünvanladığı qarğışları bədii baxımdan möhtəşəm yazılıb. Adətən, bu tipli əsərlərin qəhrəmanları yazıçını bir müddət izləyir. Siz yazı prosesində belə hal keçirmişdinizmi?

- Romanın ən təsirli süjet xətti doğrudan da yaşı ötmüş qızla qəhrəmanın qəddar münasibətidir. Deyim ki, olmuş hadisədir, tanıdığım real adamlardır, müəyyən yerədək. Ana bətnində olan üç aylıq körpənin tələf edilməsi (yeri gəlmişkən, mənim "Hasarın o üzü" adlı pyesimdə inanclı xanım uşaqları abort yolu ilə öldürən həkimləri killer adlandırır), qızın cərrah masasında ölümü, oğlanın meyiti qoyub qaçması, sonra dözməyib cinayət yerinə gəlməsi və sair artıq müəllif fantaziyası, uydurmasıdır. Qəhrəmanın çox çətin vəziyyətə düşməsi, həlli görünməyən situasiyadan çıxış yolu axtarması və tapdığı o yoldan istifadə etməsinə reallıqda haqq qazandıranlar da ola bilər. Doğrudan da qızın meyitini hara aparmalıydı, qızın kirədə qaldığı erməninin evinəmi, ya ailəsi ilə şəhərin ən gözəl yerində yaşadığı öz evinəmi? Hər iki variant onun üçün biabırçı məğlubiyyət olardı. Müəllif qəhrəmanı üçün çıxılmaz vəziyyət yaradır. Bax, bir az əvvəl dediyim peripetiya öz işini görür, hadisələr dönüş nöqtəsinə daxil olur. Əslində, belə məqamlar dramatik əsərlərə məxsusdur. Alpay bəy, sualına cavab olaraq deyim ki, yazı prosesində, bəlkə də daha çox yazıya başlamazdan əvvəl fikrimdə gələcək qəhrəmanlarımla ortaq bir xəyali həyat yaşayıram. Bax, indinin özündə fikrimdə yeni pyesimin qəhrəmanı olacaq Murtuza Muxtarov haqqında düşünürəm, xəyalımda onun obrazını canlandırıram, ona doğma hisslər bəsləməyə çalışıram. Dramaturgiyada bu, çox vacibdir, qəhrəmanlarımı birinci özüm sevməliyəm. Əgər bu sevgi əmələ gəlmirsə, yazmağa başlamıram.

- Sizin on illər sonra meydan hərəkatına münasibətiniz necədir? Sizcə, o hadisələr daha çox Azərbaycana xeyir, yoxsa bədbəxtliklər gətirdi?
- Çoxdandır meydan hadisələri haqqında düşünmürəm. Bəlkə bu ona görədir ki, biz daha böyük hadisələr, faciələr, müharibə və torpaq itkisi yaşadıq. Şükür olsun ki, həmişə arzusunda olduğumuz suverenliyimizə qovuşduq, Qarabağımızı düşmən işğalından azad elədik. Bunula belə, meydan hadisələri yaxın tariximizin ən şərəfli səhifələrindən biri kimi yaddaşlarda qalır, qalacaq da. Bütün sovetlər imperiyasında o cür etiraz, o cür coşqu, birlik heç bir respublikada olmamışdı. Sovetlərin dağılmasının, çökməsinin başlanğıcı oldu bizim Meydan hərəkatı.


- Romanın ilkin jurnal variantı ilə 2025-ci ildə çıxan kitab variantı arasında fərq böyükdürmü?
- Mən indi dəqiq deyə bilmərəm, amma romanı nəşriyyata verəndə də heç bir əsaslı dəyişiklik etməmişdim. Uzun illərdir "Meydan"ı oxumurdum, doğrusu, ehtiyac hiss eləmirdim, amma bu il, yəni 2025-ci ildə romanı kitaba çevirmək istəyəndə, onu redaktor gözü ilə yenidən oxudum və heç bir ciddi redaktəyə ehtiyacın olmadığını gördüm.
- Bu romanı lider obrazının prototipi olan Nemət Pənahlı oxuyubmu? Oxuyubsa, reaksiyası necə olub?
- Doğrusu, bu sual məni təəccübləndirdi. Çünki heç vaxt ağlıma gəlməyib, meydan liderləri bu romanı oxuyublar, ya yox? Bir də hardan oxuyacaqdılar? Kitab təzəlikcə nəşr olunub, satışa da verməmişəm, imkanım daxilində mərkəzi kitabxanalara paylamışam. Bir də məndən kitab istəyənlərə bağışlamışam. Əgər hansı bir nəşriyyat romanla maraqlanarsa, onu yenidən yaxşı tirajla nəşr etmək istərsə əminəm, peşman olmaz.

- Sizin nəsr sahəsində bu əsərdən başqa, səhv etmirəmsə, “Ölü doğulan şəhər” və “Ağdamda nəyim qaldı” romanlarınız da var. Hazırda dramaturgiyadan nəsrə qayıtmaq həvəsi və istəyiniz varmı?
-Sumqayıt hadisələrindən bəhs edən "Ölü doğan şəhər" romanımı 30 il əvvəl yazmışam. Teatrlarla o qədər intensiv işləyirdim ki, nəsri unutdum. Nə düşünürdümsə pyes formatı alınırdı. Uzun illərdən sonra 2015-ci ildə "Ağdamda nəyim qaldı?" avtobioqrafik romanımı yazdım, üstəgəl "Mələk əmi" adlı novellamı bitirdim. Bundan sonra, bu yaşda nəsrə qayıtmağı düşünmürəm.

Problem doğrudanmı söyüş idi? - "Səkkiz" serialının pərdəarxası Tanınmış rejissor həbs qərarına baxmayaraq, İrana qayıtmaq niyyətindədir Bahar gəldi, getdi, sən gəlməz oldun... - Mədinə Gülgünün şeirləri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Yanvar 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri