Icma.az
close
up
RU
Əli Əsədov BMMT sessiyasında İlham Əliyevin müraciətini səsləndirib

Əli Əsədov BMMT sessiyasında İlham Əliyevin müraciətini səsləndirib

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tədbirdə iştirak edib.

Açılış mərasimində Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə deyilir:

“Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına

Hörmətli sessiya iştirakçıları!

Sizi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Dünyada insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuş bu yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunluq duyuruq.

Bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir.

Hazırkı sessiya bəşəriyyət üçün həlledici bir məqama – təbii və texnogen fəlakətlərin sayının artdığı, iqlim böhranlarının dərinləşdiyi, dövlətlərin yeni təhlükələr və çağırışlarla üzləşdiyi və mülki müdafiə sistemlərinin ciddi sınaqdan keçirildiyi vaxta təsadüf edir.

Bu xüsusda, mülki müdafiə və əhalinin mühafizəsi sahəsində çoxtərəfli əməkdaşlığın inkişafını təşviq edən və bu sahədə qlobal koordinasiyanı təmin edən beynəlxalq səviyyədə ixtisaslaşmış yeganə hökumətlərarası təşkilat olaraq Beynəlxalq Mülki Müdafiə Təşkilatının aparıcı və unikal rolu xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq Mülki Müdafiə Təşkilatı milli strukturların gücləndirilməsinə dəstək göstərir, müxtəlif inkişaf səviyyəsinə və resurslara malik ölkələr arasında təcrübə və bilik mübadiləsini asanlaşdırır, mülki müdafiə xidmətləri arasında həmrəylik və tərəfdaşlıq ruhunu möhkəmləndirir.

Bu gün burada böhranlara və fəlakətlərə qarşı mübarizənin ön cərgəsində duran, həyatını cəmiyyətə xidmətə həsr etmiş, müxtəlif ölkələri təmsil edən peşəkarlar və mütəxəssislər toplaşıblar.

Mən qlobal mülki müdafiə, o cümlədən fövqəladə hallara hazırlıq, fəlakətlərə reaksiya sahəsində dost ölkələrin aidiyyəti orqanları arasında dinamik surətdə inkişaf edən tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirirəm.

Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi ölkəmiz insan həyatının müdafiəsinə, ətraf mühitin və infrastrukturun qorunmasına yönəlmiş qlobal təşəbbüslərin formalaşmasında və həyata keçməsində yaxından iştirak edir.

Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər, xüsusilə də keçən il baş tutmuş COP29 və gələn il keçiriləcək Dünya Şəhərsalma Forumu bəşəriyyəti narahat edən ən aktual problemlərin həllinə, onların fəsadlarının aradan qaldırılmasına və ümumilikdə qlobal həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Bu gün mülki müdafiə mexanizmlərinin inkişafı üçün universal platforma olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının beynəlxalq arenada davamlılığını və nüfuzunu gücləndirmək üçün bütün üzv dövlətlərin səylərinin səfərbər olunması və birgə fəaliyyətinin təmin edilməsi strateji əhəmiyyət daşıyır.

Müasir dünyamızda artan risklər fonunda dövrün çağırışlarına cavab verə bilən, ona uyğunlaşan, beynəlxalq həmrəylik və qarşılıqlı yardımın effektiv aləti kimi güclü Beynəlxalq Mülki Müdafiə Təşkilatının olması olduqca labüddür.

Məhz bu kontekstdə, sessiya zamanı keçiriləcək Baş katib vəzifəsinə seçkilər təşkilatın gələcək inkişaf istiqamətlərinin müəyyən olunmasında həlledici mərhələ olacaqdır.

Seçkiyə təqdim olunan namizədlər arasında Azərbaycan Respublikasının nümayəndəsi də yer almaqdadır.

İnanıram ki, ölkəmizi təmsil edən nümayəndə Baş katib seçiləcəyi təqdirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəaliyyətində səmərəliliyin artırılması, şəffaflığın təmin olunması və hesabatlı idarəçilik prinsiplərinin möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşların tam etimad bəslədiyi, çevik və effektiv bir təşkilati modelin formalaşdırılması istiqamətində ardıcıl və prinsipial səylər göstərəcəkdir.

Əminəm ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası beynəlxalq mülki müdafiə sisteminin daha da möhkəmlənməsinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, tədbirin işinə uğurlar arzulayıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 İyul 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri