Əli əsədov bu tibb işçilərinin əməkhaqları barədə qərar imzalayıb
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti aprel ayına qədər uzadılıb.

