Əli Əsədov elektrik sahəsi ilə bağlı imzaladığı qərarları ləğv edib
Mia.az-dan alınan məlumatlara görə, Icma.az xəbər verir Əli Əsədov elektrik sahəsi ilə bağlı imzaladığı qərarları ləğv edib.
Baş Nazir Əli Əsədov elektrik sahəsi ilə bağlı əvvəllər imzaladığı qərarları ləğv edib.
Mia.az xəbər verir ki, əmrə əsasən, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərar, həmçinin “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarlarına xitam verilib.
Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
