Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsindən Heydər Əliyev prospektinə çıxışda yerləşən işıqforlardan birində nasazlıq yaranıb.
Avtosfer.az-ın məlumatına görə, ərazidən keçən sürücülərdən biri problemi videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Şikayətçinin sözlərinə görə, küçədən prospektə daxil olmaq istəyən sürücülər nasaz işıqfor səbəbindən çətinliklə üzləşirlər. Kadrlardan görünür ki, işıqforun qırmızı işığı yanır, lakin yaşıl işığa keçməli olduğu anda heç bir işıq yanmır. Bu isə sürücülər arasında çaşqınlıq yaradır: bəziləri gözləməyə davam edir, digərləri isə hərəkətə başlayır.
Nəticədə, gec hərəkətə başlayan sürücülər yolayrıcını vaxtında keçə bilmirlər və bu zaman sağdan və soldan gələn nəqliyyat vasitələri ilə hərəkət toqquşması riski yaranır.
Şikayətçi bildirib ki, yolayrıcında “STOP” nişanı olsa da, nasaz işıqforun yaratdığı vəziyyət sürücülər üçün əlavə çətinlik yaradır.
Yolun sağ tərəfində, prospekt istiqamətindən gələn sürücülər üçün quraşdırılmış digər işıqfor isə normal işləyir.
Sürücünün iddiasına əsasən, problem artıq iki həftədir davam edir və indiyədək aradan qaldırılmayıb.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/228253.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar
Baxış sayı:113
Bu xəbər 27 Oktyabr 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















