Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Əli Kərimlinin həbsindən sonra növbə buna çatır Gündəmi silkələyəcək proses

Əli Kərimlinin həbsindən sonra növbə buna çatır Gündəmi silkələyəcək proses

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əli Kərimlinin həbsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gələcək fəaliyyətini sual altına alıb. Hadisədən dərhal sonra siyasi çevrələrdə partiyanın ləğvi ehtimalı gündəmə gəlib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin çıxışı isə bu debatlara əlavə dinamika qatıb. Deputat bildirib ki, postsovet məkanında bu tip partiyaların əksəriyyəti ya artıq ləğv olunub, ya da fəaliyyətini dayandırıb.

AXCP-nin ləğvi mümkündürmü? Bu, başqa partiyaların bağlanması üçün presedent ola bilərmi? Qanunvericiliyə əsasən, siyasi partiyalar hansı hallarda qapadılır?

Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, müxalifət olmaq ciddi məsuliyyət tələb edir:

“Qərəzdən uzaq durmaq və mübarizədə alternativ, lakin sivil metodlara üstünlük vermək əsas prinsiplərdəndir. Hakimiyyətlə müxalifət münasibətləri hər iki tərəfin öz səlahiyyət və imkanları çərçivəsində sivil qaydalarla aparılmalıdır. Bunu qoruya bilməyən ölkələrdə qarşıdurmalar və vətəndaş müharibəsi riski yaranır. Əksinə, siyasi rəqabətin sivil şəkildə aparılması siyasi mədəniyyətin önəmli göstəricisidir. Bu baxımdan siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələyə yenidən baxılmalıdır. Çünki AXCP, Ramiz Mehdiyev və son hadisələr fonunda görünür ki, Azərbaycanın siyasi elitasının formalaşmasında uzun illər Rusiya təsiri müşahidə olunub. Bu, həm hakimiyyət, həm də müxalifət daxilində müəyyən dairələrin mövqelərini gücləndirib və onlara siyasi inhisarlar yaratmaq imkanı verib”.

Əziz Əlibəyli

Ekspert qeyd edib ki, hər bir dövlət və cəmiyyət müəyyən dövrlərdə yenilənmə prosesindən keçməlidir:

“Azərbaycan 44 günlük müharibədəki qələbədən sonra daxilində bir sıra hesablaşma və yenilənmə mərhələsini yaşamalı idi. Bu proses müəyyən mənada siyasi sistemin təmizlənməsi və yenilənməsi kimi qiymətləndirilə bilər”.

Vəkil Asim Abbasov bildirib ki, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatına alınması, fəaliyyətinin yoxlanılması, dayandırılması, bərpası və ləğv olunması ilə bağlı qaydalar “Siyasi partiyalar haqqında” Qanunla tənzimlənir:

“Qanunun 3.10-cu maddəsinə əsasən, siyasi partiyanın ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi baxır. Bu proses həmin qanunun 9-cu maddəsinə uyğun qaydada həyata keçirilir. 9.1-ci maddəyə görə, siyasi partiya qanun və Mülki Məcəllədə nəzərdə tutulan hallarda qurultayın qərarı yaxud məhkəmə qaydasında ləğv edilə bilər. 9.3-cü maddə isə Ədliyyə Nazirliyinin müəyyən hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırmasını nəzərdə tutur. Siyasi partiyalar Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün pozulması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara və terrora açıq çağırışlar kimi məqsədlərlə fəaliyyət göstərə bilməz. Bu halda partiyanın fəaliyyəti dayandırılır”.

Asim Abbasov

Vəkil əlavə edib ki, partiyanın dövlət qeydiyyatı zamanı üzv sayının 4500-dən az olması müəyyən edilərsə, Ədliyyə Nazirliyi qeydiyyatın ləğvi barədə iddia qaldırır:

“Qanunun 6.1-ci maddəsinə əsasən, siyasi partiyanın qeydiyyata alınması üçün azı 5000 üzvü olmalıdır və 30 gün müddətində tələb olunan sənədləri Ədliyyə Nazirliyinə təqdim etmədikdə, məlumatlarda göstərilən pozuntuları aradan qaldırmadıqda 9.3-cü maddəyə uyğun tədbir görülür. Qanunun 4.13-cü maddəsinə əsasən, fəaliyyətin dayandırıldığı dövrdə siyasi partiyanın hər hansı formada fəaliyyət göstərməsi, tədbirlər keçirməsi, maliyyə əməliyyatları aparması və ya üzvlərin partiya adından çıxış etməsi qadağandır. Bu tələbin pozulması partiyanın ləğvinə əsas yaradır.

İnzibati Xətalar Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı və ya ləğv olunduğu dövrdə hər hansı formada fəaliyyət göstərilməsi fiziki şəxslər üçün 700–1000 manat, vəzifəli şəxslər üçün 1500–2000 manat, hüquqi şəxslər üçün isə 6000–8000 manat cərimə ilə nəticələnir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri