Icma.az
close
up
RU
Əli Xamenei ərəb ölkələrinə İsraillə anlaşma etmək ərəb ölkələrinə baha başa gələcək demişdi

Əli Xamenei ərəb ölkələrinə İsraillə anlaşma etmək ərəb ölkələrinə baha başa gələcək demişdi

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2020-ci ildə İsrail ilə bir sıra ərəb ölkələri arasında “İbrahim” anlaşmaları deyilən anlaşma əsasında bir sıra razılaşmalar əldə olundu. Bu anlaşmaların əsas məqsədi İsrail və ərəb ölkələri arasında diplomatik, iqtisadi və təhlükəsizlik sahələrində münasibətlərin normallaşdırılması idi.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına bildirib ki, bu çox önəmli bir anlaşma idi və bu da onu göstərirdi ki, artıq Orta Şərqdə gedən proseslər əsasən ona istiqamətlənib ki, regionda sülh-sabitlik və əməkdaşlıq mövcud olsun, artıq o ərəb ölkələri ilə İsrail arasındakı düşmənçilik azaldılsın və ümumiyyətlə aradan qaldırılsın.

Sadiq İsabəyli

“Artıq regionda belə dövr başlayıb ki, regionda aparılan proseslərin qlobal təsir imkanları artırılmalıdır. Əgər bu proseslər sülhə, əməkdaşlığa və regionda sabitliyə xidmət edəcəksə, sözsüz ki, o qlobal güc mərkəzlərinin də maraqları daxilində olacaq və onlar da bu məsələdə öz dəstəklərini verəcəklər. Burada məqsəd İsrailin qonşu ölkələrlə birbaşa münaqişələrdən uzaq, problemləri həll etmiş, diplomatik yolla ərəb dünyası ilə inteqrasiya prosesində yaşamaq və o proseslərin içində iqtisadi, siyasi, əməkdaşlığın meydana çıxmasına şərait yaratmaq idi”-deyən siyasi şərhçi qeyd edib ki, bu anlaşmalar İranın bu regionda təsirini məhdudlaşdırmaq məqsədi də daşıyırdı.

“Təbii ki, belə olan halda artıq İran rejimi bu regiondakı terror fəaliyyətlərini və proksi qüvvələri vasitəsilə yaratdığı təhlükəni bu şəkildə gücləndirə bilməzdi ki, onun üzərindən bir sıra dövlətlərə basqı etsin. Bu səbəbdən də, buna qarşı çıxmağa çalışır və bunun üçün müxtəlif bəhanələr axtarırdı. Əli Xamenei zaman-zaman çıxış edir və deyirdi ki, “İbrahim anlaşmalarına getmək ərəb ölkələrinə baha başa gələcək. Bu da onların böyük səhvi olacaq və bu səhv nəticəsində onlar etdiklərindən peşman olacaqlar”. Əli Xamenei bildirirdi ki, “İsrail dövləti bu bölgədə bu regionda söz sahibi ola bilməz, varlığı, mövcudluğu rəsmiyyətlə tanına bilməz. İsraili yer üzündən silmək lazımdır. Buna görə də ərəb dövlətləri bu prosesə qoşulmalıdırlar. Bu yanaşmaya dəstək vermədilər. Çünki ərəb dövlətlərinin də öz milli maraqları var idi. Regionda gedən bir sıra gerçəkliklər var idi və ərəb dövlətləri də o gerçəkliklər əsasında İsrail dövləti ilə münasibətlərini qurmağa cəhd edirdilər”-deyən Sadiq İsabəyli vurğulayıb ki, nəhayətdə “HƏMAS” terror qruplaşması vasitəsilə İsrail vətəndaşlarına qarşı terror törədildi, sivil insanlar qətlə yetirildi və yüzlərlə insan girov götürüldü. Şərhçi qeyd edib ki, bu girovların bir qismi hələ də terror təşkilatının əlindədir.

“Biz müşahidə edirik ki, harada bir normallaşma sürəci varsa, İran bu sürəci baltalamağa çalışır və regional proseslərin əməkdaşlıq üzərində cərəyan etməsi və bu proseslərin nəticəsində Orta Şərqdə sülhün və sabitliyin yaranmasının mümkün olmasına imkan vermir.

Yəni hər zaman istəyir ki, bu bölgə böhranlı olsun, bölgə terror fəaliyyətləri ilə qaynasın, bölgə hər zaman münaqişələr bölgəsi olsun və İran rejimi də bunu müxtəlif formada fürsətlərə çevirsin, fürsətdən istifadə edib, həm də o nüvə fəaliyyətinigücləndirə bilsin”-deyən Sadiq İsabəyli əlavə edib ki, İranın nüvə proqramın hərbi məqsədli olması, sürəcinin bir bəhanəsi də budur ki, Orta Şərq təhlükəli bölgədir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri