Əhalinin gündəlik qayğıları öyrənilir... FOTOLAR
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
13 noyabr 2026-cı il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Blaband kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambu, Barzavu, Blaband, Xəlifəkücə, Lüləkəran, Osnağakücə, Şinəbənd kəndlərinin və Cəngəmiran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Cəngəmiran və Pirzəkücə kəndlərinin sakinləri ilə keçirib.
Səyyar qəbulda Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər və nümayəndələri, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla mütəmadi görüşlərin təşkilinin , onların müraciət və təkliflərinin yerində dinlənilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayan rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov onu da bildirilib ki, bu cür görüşlərin əsas məqsədi sakinləri narahat edən məsələləri birbaşa vətəndaşların öz dilindən öyrənmək, mövcud problemlərin həlli istiqamətində operativ tədbirlər görmək, eləcə də əhali ilə yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqəni daha da gücləndirməkdir.
İcra başçısı çıxışının davamında deyib:- Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və onların həlli üçün zəruri tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan səyyar qəbullar əhalinin gündəlik qayğılarının öyrənilməsi və problemlərin aidiyyəti üzrə həllinə nail olunması üçün mühüm platformadır.
Daha sonra kənd sakinlərinin müraciətləri və təklifləri dinlənilib. Vətəndaşlar tərəfindən əsasən kənd yollarının təmiri və abadlaşdırılması, elektrik enerjisi və digər kommunal xidmətlərlə təminat və sakinləri narahat edən digər problemlər diqqətə çatdırılıb.
Rayon rəhbəri qaldırılan hər bir məsələyə münasibət bildirərək müraciətlərin diqqətlə araşdırılmasının vacibliyini qeyd edib. Bəzi məsələlərin yerində həlli ilə bağlı müvafiq göstərişlər verilib, əlavə araşdırma, maliyyə vəsaiti tələb edən müraciətlərin isə aidiyyəti qurumlarla birgə öyrənilməsi və qanuna müvafiq qaydada həlli istiqamətində müvafiq tapşırıqlar müəyyənləşdirilib.
Aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə vətəndaşların müraciətlərində qaldırılan məsələlərin nəzarətə götürülməsi, onların həlli imkanlarının araşdırılması, eyni zamanda nəticəsi barədə müvafiq məlumat verilməsi tapşırılıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 14 Noyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















