Icma.az
close
up
RU
Əli Zülfüqaroğlu: “Azərbaycanın təbliğatı dövlətçiliyimizin inkişafı üçün töhfədir” KONKRET

Əli Zülfüqaroğlu: “Azərbaycanın təbliğatı dövlətçiliyimizin inkişafı üçün töhfədir” KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə təşkilatlanma və gördükləri işlər mühüm əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif ölkələrində məskunlaşan azərbaycanlıların bir araya gəlməsi, xaricdə Azərbaycanın təbliğatıyla məşğul olmaları dövlətçiliyimizin inkişafı üçün töhfə hesab olunur. Ümumiyyətlə, bu amil Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir.

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran siyasi şərhçi Əli Zülfüqaroğlu bildirdi  ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur.

-Hazırda xaricdə diaspor quruculuğu hansı səviyyədədir?

 – Azərbaycan diasporu deyəndə əsasən müstəqilliyin bərpasından sonra xaricə köçmüş azərbaycanlıların formalaşdırdığı təşkilatlar başa düşülür. Doğrudur, cümhuriyyət dönəmində də xaricə köçmüş və mühacir həyatı yaşayan azərbaycanlılar müəyyən təşkilatlar qurub və fəaliyyət göstəriblər. Bəzi tədqiqatçılar hesab edirlər ki, Azərbaycan diapsorunun tarixi o dönəmlərdən başlayır. Amma Azərbaycan diasporu əsasən müstəqillik illərindən sonra formalaşıb. Əlbəttə, bu illər ərzində müəyyən inkişaf var, xeyli işlər görülüb, amma bu yetərli deyil. Azərbaycan diasporunun çoxsaylı problemləri var. Təşkilatlanma istiqamətində çatışmazlıqlar mövcuddur və bunun həlli istiqamətində mütləq addımlar atılmalıdır. Əvvəlki dönəmlərdə Azərbaycan diasporunun inteqrasiya problemi var idi və bu problem indi də mövcuddur. Əlbəttə, inteqrasiya problemi ciddi məsələdir və bir sıra problemlərə yol açır. Bu məsələ birinci nəsil azərbaycanlılar arasında özünü daha çox biruzə verir. Amma indi, xüsusilə Avropa və ABŞ-də ikinci nəsil azərbaycanlıların sayı  çoxalıb. Onlar orada doğulub, təhsil alıb və dost-tanışları əsasən yerli xalqların nümayəndələridir. Belə olan halda  assimilyasiya problemi önə çıxır. Bizi əvvəllər inteqrasiya problemi narahat edirdisə, indi daha çox assimilyasiyanın qayğısına qalırıq. Bu, daha ciddi məsələdir. Əgər ikinci nəsil azərbaycanlılar öz dillərini, milli adət-ənənələrini, mədəniyyətlərini bilməsələr və eyni zamanda sevməsələr, o zaman onları Azərbaycan diasporuna qazandıra bilməyəcəyik. Belə olan halda Azərbaycan disaporu sonrakı dönəmlərdə  ciddi problemlərlə üz-üzə qalacaq.

-Bəs çıxış yolunu nədə görürsünüz?

-Bu problemi yaşamamaq üçün yəhudi lobbisi və Türkiyə  diapsorunun təcrübəsindən yararlanmaq yetərlidir. Onlar xaricdə doğulan və böyüyən gəncləri assimilyasiyadan qoruyurlar.  Öz dillərini bilir, mədəniyyətlərini, ənənələrini sevirlər. Eyni zamanda nəslin itməməsi üçün yeni qurulan ailələrin etnik tərkibi diqqət mərkəzində olur. Xaricdə yaşayan azərbaycanlılar arasında da bu faktor önəm daşımalıdır. Yeri gəlmişkən, erməni lobbisi də bu cür yanaşmalardan istifadə edir.

– Azərbaycan diasporu ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda hansı işləri görür?

– Bu sahədə ciddi problemlər mövcuddur. İlk növbədə xarici media ilə əlaqələr çox zəifdir, əksər ölkələrdə demək olar ki, yox səviyyəsindədir. Eyni zamanda intellektual sahələrdə təmsilçilik 1% çatmır. Yəni baramaqla sayılacaq kadrlarımız var ki, onların potensialından lazımi səviyyədə yararlana bilmirik. Rusiyada daha geniş kadr poetnasialımız olsa da, orada ciddi təşkilatlabnma problemiylə üz-üzəyik.

– Dünyada güclü dayaqları olan erməni diasporuna qarşı hansı əks arqumentlərdən istifadə edilir?

– Bəlidir ki, erməni lobbisi güclüdür. Birləşmiş Ştatlarda baş tutan seçki ərəfəsində biz onların fəallığını bir daha hiss etdik. Avropada və dünyanın digər ölkələrində eyni vəziyyətdir.  Bunun köklü səbəbləri var. Onlar yüz illərdir xaricdə yaşamağa başlayıblar. Buna baxmayaraq Azərbaycan diasporu da öz potensialından tam istifadə etmir. Könüllülük prinsipi az müşahidə olunur. Daha çox Azərbaycana yönəlik şəxsi təbliğatlar önə çıxır və müəyyən yanlış yanaşmalar bu problemi daha da dərinləşdirir. Ona görə də kompleks və yeni yanaşmalara ehtiyac var.

-Azərbaycan tarixinin xarici ölkələrdə təbliğatı sizi qane edirmi?

 -Dövlət başçısı Dünya Azərbaycanlılarının Şuşada baş tutan Zəfər Qurultayında bildirdi ki, azərbaycanlılar yaşadıqları ölkələrdə Azərbaycan reallıqları, postmünaqişə dövrü ilə yanaşı Azərbaycan tarixi- Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri, XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi və.s kimi tarixi faktlarla bağlı məlumatlar yaymalı, beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır. Dövlət başçısının bu fikirləri əslində Azərbaycan diapsoru üçün yol xəritəsi idi. Amma qurultaydan sonra atılan addımlar qənaətbəxş olmadı, ənənəvi sönüklük  davam etdi. Halbuki Tovuz hadisələrindən sonra Azərbaycan diasporu mütəşəkkil formada müsbət nümunə ortaya qoya bilmişdi.Azərbaycan tarixi qələbədən sonra yeni dövrə qədəm qoydu. Yeni dönəm Azərbaycan diapsorunu da əhatə edir.  Düşünürəm ki, Azərbaycan diasporu da yeni dönəmin təlblərinə uyğun  adekvat fəaliyyət göstərməlidir. Çünki informasiya və diplomatik müstəvidə mübarizə davam edir və qələbə bizi arxayınlaşdırmamalıdır. Azərbaycan diasporu effektiv fəaliyyət göstərməlidir.

-Müsahibə üçün sağ olun

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see163

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see134

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see131

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see127

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri