Icma.az
close
up
RU
Əlifbaların xəritəsi: Latın, ərəb, kiril... (FOTO)

Əlifbaların xəritəsi: Latın, ərəb, kiril... (FOTO)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

İnsan mədəniyyətinin inkişafında yazının və əlifbanın rolu əvəzsizdir. Tarixin müxtəlif dövrlərində xalqlar öz dillərini ifadə etmək üçün fərqli yazı sistemlərindən istifadə ediblər. Bu gün dünyada bir çox əlifba mövcuddur, lakin onların yayılma arealı və istifadə səviyyəsi bir-birindən fərqlənir. Xüsusilə üç əlifba – latın, ərəb və kiril – geniş coğrafi ərazilərdə istifadə olunur. Bununla yanaşı, bəzi xalqlar minilliklərdir qoruyub saxladıqları özünəməxsus əlifbalardan yararlanırlar.

Qaynarinfo əlifbaların coğrafi paylanma arealı haqqında yazını təqdim edir:

Latın əlifbası – Bu əlifba bu gün dünyanın ən geniş istifadə edilən yazı sistemidir. Avropa, Şimali və Cənubi Amerika, həmçinin Afrika və Asiyanın bir çox ölkəsi latın əlifbasından istifadə edir. Mavi rənglə göstərilən bölgələrdə tətbiq olunur.

Ərəb əlifbası – Xəritədə açıq yaşıl rənglə işarələnmiş ölkələrdə yayılıb. Ərəb ölkələri ilə yanaşı, İran və bəzi Asiya xalqları da bu əlifbadan istifadə edir.

Kiril əlifbası – Xüsusilə Rusiya, Mərkəzi Asiya respublikaları və Şərqi Avropanın bir hissəsində geniş yayılıb. Xəritədə çəhrayı rəngli bölgələrdə üstünlük təşkil edir.

Özəl Əlifbalar və İstisnalar

Asiya ölkələrinin bir çoxu, xüsusilə Çin, Hindistan və Uzaq Şərq xalqları özünəməxsus əlifbaya malikdirlər.

Balkanlarda Yunanıstan qədim yunan əlifbasından istifadə edir, Serbiya isə kiril yazısını qoruyub saxlayır.

İsrail öz dili üçün ivrit əlifbasından istifadə edir.

Şimali Amerikanın şimalında qırmızı rənglə göstərilən bölgələrdə eskimoslar yaşayır. Onların hələ də tam formalaşmış yazı mədəniyyəti yoxdur.

Cənubi Amerikada, xüsusilə Braziliya Amazon meşələrində yaşayan yerli tayfalar arasında da yazılı mədəniyyətə keçid baş verməyib.

Qeyd edək ki, dünya üzrə ən geniş istifadə olunan əlifba latın əlifbasıdır. Müasir texnologiya, internet və qloballaşma prosesi latın əlifbasının beynəlxalq ünsiyyətdə əsas yazı sistemi kimi mövqeyini daha da gücləndirib.

Günay


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Barselona nın ulduzu PSJ və Real a qarşı oyunları buraxacaq

28 Sentyabr 2026 23:28see141

5 ildir kaşkilərlə yaşayıram Video

28 Sentyabr 2026 23:26see141

İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı

28 Sentyabr 2026 22:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri