Əlilliyi olan 20 minə yaxın uşağa reabilitasiya xidmətləri göstərilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 14 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin birinci yarımilində əlilliyi olan 19 min 700 uşağa reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 13 min 600-ü ambulator, 1000-i stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Həmin kateqoriyadan olan uşaqlar agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Bu mövzuda digər xəbərlər:Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilib
29 Noyabr 2024 10:46
Baxış sayı:69
Bu xəbər 14 İyul 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















