Icma.az
close
up
RU
Əlilliyi olan şəxslərin əmək hüquqları və iş yerlərində əməyin mühafizəsi ilə bağlı maarifləndirici tədbir keçirilib

Əlilliyi olan şəxslərin əmək hüquqları və iş yerlərində əməyin mühafizəsi ilə bağlı maarifləndirici tədbir keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının birgə təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərin əməyindən istifadə, onlar üçün əməyin mühafizəsinin və təhlükəsizlik texnikasının təmin edilməsi, həmçinin iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə 20 dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən 25 nümayəndə iştirak edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əlilliyi olan şəxslərin əmək hüquqları ilə bağlı mövcud qanunvericilik tələblərini iştirakçıların diqqətinə çatdırıb, bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Həmçinin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və təhlükəsizlik normalarına riayət olunması məsələləri barədə məlumat verilib.

Daha sonra Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşı müəssisələrdə əməyin mühafizəsi üzrə standart və qaydaların tətbiqi, yeni qəbul olunmuş standartların tətbiq sahələri, mərkəzin fəaliyyət istiqamətləri və iş yerlərinin attestasiyasının keçirilməsi prosedurları barədə ətraflı məlumat təqdim edib.

Sonda iştirakçıların əmək qanunvericiliyinin tələblərinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri