Icma.az
close
up
RU
Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim Həllərinin Təkmilləşdirilməsi tədbiri keçirilir

Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim Həllərinin Təkmilləşdirilməsi tədbiri keçirilir

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş "Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim Həllərinin Təkmilləşdirilməsi" mövzusunda tədbir keçirilir. SİA xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirin BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏTSN) ilə birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, BMT qurumları və dövlət qurumlarının əməkdaşları, əlilliyi olan şəxslər və onların hüquqlarını müdafiə edən təşkilatların nümayəndələri, inkişaf tərəfdaşları və digər tərəfdaşlar iştirak edirlər.

Tədbirdə əlilliyi olan insanların iqlim dəyişikliyi ilə bağlı qarşılaşdıqları problemlərin araşdırılması və inklüziv fəaliyyət vasitəsilə dayanıqlılığı gücləndirmək üçün həll yollarını müzakirə olunacaq.

Əlillər Təşkilatları İttifaqının sədri Davud Rəhimli tədbirdə çıxış edərək bildirib ki, əlilliyi olan şəxslərin inklüziv cəmiyyətə qoşulması üçün bütün tədbirlər görülür:

"COP29 zamanı da əlilliyi olan şəxslərlə bağlı fəaliyyət göstərən təşkilatlar aktiv fəaliyyət göstəriblər. COP gündəliyinə əlillik mövzusunun salınması mühüm məsələ idi, əminik ki, növbəti COP-larda da bu mövzu aktual olaraq qalacaq. COP29 inklüzivlik baxımından da çox mühüm tədbir oldu".

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov açılış nitqi ilə çıxış edərək qeyd edib ki, ilin sonu olmasına, gərgin qrafikə baxmayaraq, əlilliyi olan şəxslərlə bağlı məsələlərin müzakirəsi prioritet mövzular sırasında olduğu üçün bugünkü tədbir təşkil edilib:

"2018-ci ildə əlilliyi olan şəxslərin hüquqları ilə bağlı yeni qanunlar qəbul edildi. 2022-ci ildə də bu istiqamətdə yeni qərarlar qəbul olundu. Ötən dövr ərzində əlilliyi olan şəxslərə göstərilən xidmətlərin elektronlaşdırılması kimi işlər görülüb.

Bugünkü tədbir də COP29-dan sonra görülən vacib işlərdən biridir. Gələn il Braziliyada keçiriləcək COP30-a qədər Azərbaycan COP29 sədri kimi bu işləri davam etdirməlidir. Biz mütəmadi olaraq inklüzivliklə bağlı işləri aparmalıyıq, COP30-a qədər də görülən işlərin müsbət nəticələrini görəcəyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Dekabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see245

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see172

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see125

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see122

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see120

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri