Icma.az
close
up
RU
Əlimizə saxta pul keçsə, onu hara təqdim etməliyik?

Əlimizə saxta pul keçsə, onu hara təqdim etməliyik?

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar sosial şəbəkələrdə saxta pulların dövriyyədə olması ilə bağlı müxtəlif paylaşımlarla qarşılaşırıq. Bəzi vətəndaşlar bildirirlər ki, aldıqları pulların saxta olduğunu ayırd edə bilməyiblər və yalnız müəyyən vaxt keçdikdən sonra, tamamilə başqa bir yerdə həmin pulun saxta olduğu ortaya çıxıb. Belə vəziyyətdə insanlar adətən çaşqın qalır: bu pulu haradan aldıqlarını xatırlamırlar, üstəlik nə etməli olduqlarını da bilmirlər. Saxta pulların dövriyyədə olması halları artıbmı? Saxta pul aşkarlandıqda vətəndaş hara müraciət etməlidir?

News24.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından Valyuta.az-ın sorğusuna cavab olaraq bildirildi ki, ölkə ərazisində saxta pul nişanlarının dövriyyəsinin artması ilə bağlı yayılmış xəbərlər dezinformasiyadır: "Azərbaycan manatının mühafizə elementləri yüksək təhlükəsizlik tələblərinə cavab verir. Mərkəzi Bankın hüquq-mühafizə orqanları və banklarla birgə fəaliyyəti nəticəsində manatın saxtalaşdırılması səviyyəsi dünya valyutaları ilə müqayisədə xeyli aşağıdır. Hətta son 3 ilin müvafiq dövrü üzrə müqayisədə hazırda Mərkəzi Banka ekspertiza üçün təqdim olunmuş saxta pulların həcmində azalma müşahidə olunmaqdadır".

Mərkəzi Bankın nəzarətdə saxlayır

Bildirildi ki, vətəndaşlar saxta pulların həqiqi pul nişanlarından fərqləndirilməsi məqsədilə milli valyutada olan pul nişanlarının mühafizə elementləri ilə bağlı məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet saytından (//www.cbar.az/) əldə edə bilərlər: "Bununla yanaşı, əhalinin milli pul nişanları ilə bağlı məlumatlarının artırılması məqsədilə Mərkəzi Bank tərəfindən mütəmadi olaraq bank sektorunda, maliyyə təşkliatlarında, təhsil ocaqlarında maarifləndirici seminarlar təşkil olunur".

Vətəndaşlar saxta pullarla qarşılaşsa...

Qeyd olundu ki, vətəndaşlar tərəfindən həqiqiliyi şübhə doğuran milli pul nişanlarını ölkə ərazisində fəaliyyət göstərən istənilən banka və onun filiallarına, eləcə də Mərkəzi Banka və onun ərazi idarələrinə ekspertiza üçün təqdim edə bilərlər. Ekspertizaya təqdim olunmuş şübhəli pul nişanları “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın 4.15-ci bəndinin tələbinə əsasən 15 (on beş) iş günü ərzində Mərkəzi Bankda ekspertiza olunur. Pul nişanının həqiqiliyinin bu müddət ərzində müəyyən edilməsi mümkün olmadıqda ekspertiza müddəti 30 (otuz) iş gününədək uzadıla bilər. Vətəndaşlar, həmçinin saxta pul nişanıları ilə rastlaşdıqda  bununla bağlı Daxili İşlər Nazirliyinin yerli polis bölmələrinə müraciət  edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 İyul 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri