Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Əlini qoyur qulağının dibinə və... Rep deyən Alim Qasımovun ən böyük qorxusu

Əlini qoyur qulağının dibinə və... Rep deyən Alim Qasımovun ən böyük qorxusu

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

“Alim Qasımov rep dedi”.

Xəbəri ilk dəfə eşidəndə təəccüblənməli idim.

Açıb oxumalı, paylaşmalı, təəccübümü dilə gətirməli idim.

Ancaq bunların heç birini eləmədim. Eləcə digər xəbərə keçdim.

Alim Qasımov artıq heç nə ilə məni təəccübləndirmir. Lap səhərin gözü açılmamış pəncərəmizi döyüb oxumağa başlasa da...

Səbəb nədir?

Səbəb odur ki, Alim Qasımov hər yerdədir.

Alimdən qaçmaq mümkünsüzdür.

Bütün sahələrdə bir fiqur yaradılıb və ona missiya yüklənib ki, sən bunu təmsil eləyəcəksən.

Muğamı da veriblər Alimə.

Uçan xalçanın üstündə oxuyur, altında oxuyur. Büküb divarın küncünə qoyursan, görürsən ki, yenə haradansa səsi gəlir.

Əlini qoyur qulağının dibinə və “başqa dünyaya” gedir.

Bir dəfə də olsun Alimin bu hərəkətlərinə inanmamışam.

Bəziləri onun rep deməyinə təəccüblənib.

Qətiyyən təəccüblənməyin. O sabah meyxana da deyə bilər, başqa stillərdə də oxuya bilər.

Orda da toy məclisində ovqata düşüb, belə bir vəziyyət yaranıb.

Bir nəfər yazıb ki, "Heydər Əliyev adına Sarayda rep oxusa idi, bax onda tənqid eləmək olardı".

Xeyr, heç onda da olmaz.

Burda əsas məsələ öhdəsindən gəlib-gəlməməkdi. Alim muğamla repi qarışdırıb maraqlı bir iş ortaya qoysa, sən Alimə nəsə deyə bilməzsən.

Bəziləri xanəndələrə çox dərin fəlsəfi-irfani məna yükləyir, ona görə iş bu yerə çatır.

Alim səhnə, şou adamıdır. Burda pis heç nə yoxdur.

Pis olan Alimin həryerləşməsidir.

Harda bir festival, müsabiqə, xeyir-şər işi var, Alim ordadır.

Alim imkan vermir ki, ondan ötrü darıxaq.

Alim imkan vermir ki, ürəyimiz ona qulaq asmaq istəsin.

Alim imkan vermir ki, onu haradasa görəndə gözümüz-könlümüz açılsın.

Niyə?

Çünki özünə, sözünə inanmır.

Qorxur ki, səhnəyə çıxmaz, unudular. Darıxmarıq ondan ötrü.

Qorxur ki, səhnəyə çıxmaz, ürəyimiz ta ona qulaq asmaq istəməz.

Qorxur ki, səhnəyə çıxmaz, təsadüfən hansısa videosu rastımıza çıxanda gözümüz-könlümüz açılmaz.

Səd-əfsus ki, bu qorxu çox sənətçidə var.

Bu qorxu olmasaydı, onların açıb bir kitab oxumağa vaxtları olardı.

Öz sahələrindən beş sual veriləndə üçünə cavab verə bilərdilər.

Ən azından, oxuduqları qəzəlləri dərk eləyə bilərdilər.

Təəssüf ki, xanəndələr bir çox hallarda nə oxuduqlarını başa düşmürlər. Onların anlaqsız baxışların çox rahat duymaq olur bunu.

Alim də əlini qulağının dibinə qoyub “qərib bir aləmə səyahət etsə də” detallarda özünü ələ verir.

Halbuki əvvəllər Alim daha çox Alim idi. Onun əvvəlki ifalarına qulaq asanlar nə demək istədiyimi yaxşı bilirlər.

Qəfildən Alim çıxdı uçan xalçanın üstünə, getdi “qərib diyarlara”. Bir də qayıtmadı...

Alim ölkədəki bütlərdən birinə çevrildi.

Azərbaycan istənilən xanəndəni tənqid eləyə bilərsən. Elə ki, Alim haqqında bir cümlə o yan-bu yan danışdın, vəssalam, işin bitdi.

Bütləşmək bir sənətçi üçün ən böyük faciədir. Bütləşmisənsə, deməli, hər şey bitib artıq.

Sənin nəsə eləməyinə, sənətini inkişaf etdirməyinə ehtiyac yoxdur. Çünki sən səhabələrinə görə hər şeyi öyrənib bitirmisən.

Ümid edirəm ki, Alim qorxularına qalib gələcək.

Ümid edirəm ki, Alim Qasımov imtina eləməyi bacaracaq.

Ümid edirəm ki, həlim bir yay gecəsində ürəyimiz Alim Qasımova qulaq asmaq istəyəcək:

“Bilmirəm nə olacaq,
Olanı xatirədir...”

Sürücü ilə mübahisə edən aktyordan açıqlama "Adile" filminde Ayşen Qrudanı o oynayacaq Gilənar çiçəkləri və fleyta - Günün hekayəsi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see262

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see247

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see218

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see205

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see200

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see183

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see178

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see171

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see166

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see164

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see162

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see154

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see152

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see142

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see142

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see141

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see136

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri