Icma.az
close
up
RU
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” Seyran Səxavətdən sərt sözlər

“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” Seyran Səxavətdən sərt sözlər

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

“Əlisa Nicat yaşca məndən böyükdür, onu mühakimə etmək istəmirəm. Onu 1964-cü ildən tanıyıram. İl yarım bundan öncəyə qədər aramızda səmimi münasibət olub. Lakin il yarım bundan öncə bir müsahibəsində yaşına, başına yaraşmayan söz dedi. Ondan sonra Əlisadan ürəyim qırıldı. Jurnalist ondan Yazıçılar İttifaqı və yazıçı Anar barəsində soruşmuşdu. O isə bildirmişdi ki, guya Anar Əlisa ilə ədavət aparır və bütün qapıları onun üzünə bağlayıb. Bunu da onunla əsaslandırmışdı ki, guya 60 il bundan öncə Rəsul Rza Əlisadan balıq istəyib. O da gətirmədiyinə görə indi Anar Əlisadan acıq çıxır. Bu, heç uşağın da ağlına gəlməzdi. Bu, hansı əxlaq, mənlik və kişilikdir... Rəsul Rza şəxsiyyətdə kişi Əlisa kimi kişidən heç vaxt balıq istəməzdi. Əlisa bunu özündən uydurmuşdu”. Bunu Musavat.com-a açıqlamasında yazıçı Seyran Səxavət deyib.

“Əlisa bu gün Səməd Vurğunu ittiham edir. O, Rəsul Rzaya atdığı balıq şəri ilə özünü elə gözdən saldı ki, çətin ki, bir daha qalxa. Söz adamı haqqında o cür danışmağı başa düşmürəm. Əlisa Nicat 1965-1970-ci illərdə bu sözləri niyə demirdi? Dünyada olmayan adamın arxasınca danışmaqdan asan heç nə yoxdur. Əlisa Nicatın Səməd Vurğun haqqında söylədiklərinin heç cür bəraəti yoxdur. Bir adamı mühakimə və müzakirə edəndə onun yaşadığı dövr, zaman mütləq nəzərə alınmalıdır. Bilmək olmaz, Əlisa Nicat repressiya illərində yaşasaydı və Səməd Vurğun kimi şöhrətli olsaydı, nələr edərdi”, - o bildirib.

Qeyd edək ki, yazıçı Əlisa Nicat Lent.az-a müsahibəsində Xalq şairi Səməd vurğunu yaltaq adlandırıb.

“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb. “Bütün yer üzünün xoş gələcəyi, hər zövqü, səfası partiyamızdır” - bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər”, - deyə o qeyd edib.

Daha sonra sözlərinə belə davam edib: “Sovet dövründə yazılanlar ədəbiyyat deyil. Hakimiyyətə yaltaqlıq idi. Müharibədə azərbaycanlıları qırırdılar. Guya SSRİ dostluq qalası idi. Elə deyildi axı. Hamı bir-birinə nifrət edirdi. Sovet dövrü ədəbiyyat yox, yaltaqlıq idi. Aralarında ən böyüyü Səməd Vurğun idi, yazmışdı ki, “Stalin eşqiylə nə qədər sağam, Stalin eşqinə yaradacağam”. Budur da yazdıqları. 40 milyon insanın cəlladına deyir ki, sənin eşqinə yaşayacağam”.

Yazıçının Səməd Vurğunla bağlı sözləri birmənalı qarşılanmayıb, o, tənqid hədəfinə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Fevral 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see137

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see135

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see131

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see130

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see128

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see127

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see122

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see121

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see121

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see121

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see120

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see116

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see115

Tramp Baydenin tənqidlərinə cavab verib

17 Aprel 2025 00:32see113

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see113

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see113

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see112

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri