Elit kateqoriyalı hakimlər fitness testini uğurla başa vurublar
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsi tərəfindən yeni futbol mövsümünə hazırlıq planına uyğun olaraq, Elit kateqoriyalı baş və köməkçi hakimlər üçün növbəti fiziki normativ üzrə fitness test təşkil edilib.
Sportal.az xəbər verir ki, iyulun 26-27-də “Neftçi”nin təlim-məşq bazasında baş tutan sınaqlar UEFA və FIFA-nın müasir tələblərinə uyğun şəkildə keçirilib.
Fitness testlərin əsas məqsədi Elit kateqoriyalı hakimlərin sürət, dözümlülük, çeviklik və yüksək intensivlikli qaçış göstəricilərini qiymətləndirmək, eləcə də onların gərgin matçlara fiziki baxımdan tam hazır olub-olmadıqlarını yoxlamaqdır.
Hakimlər FIFA standartlarına cavab verən xüsusi qısamüddətli sürətlənmə (sprint) və interval qaçış normativlərini yerinə yetiriblər. Testlərin nəticələrinə əsasən, hakimlərin hamısı müəyyən olunmuş normativləri uğurla tamamlayaraq yüksək fiziki hazırlıq nümayiş etdirib.
AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsi hakimlərin fiziki və nəzəri hazırlıq səviyyəsinin daim yüksək saxlanılması, matç idarəçiliyində keyfiyyətin artırılması istiqamətində bu cür yoxlamaları mövsüm ərzində də davam etdirəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 27 İyul 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















