Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının VI turunda A Liqasının 3-cü qrupunda keçiriləcək Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq.
Qaaynarinfo xəbər verir ki, bu qarşılaşmada ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaqlar.
Qeyd edək ki, noyabrın 19-da Zenitsa şəhərindəki "Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

