Əliyev bir həmlə ilə Azərbaycana 10 milyard qazandırdı Tarixi qərar
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində qızılla bağlı dediyi fikirlər diqqət çəkib.
Sitat:
“Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı. Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı”.
Azərbaycanın qızıl strategiyasının əsasında nə dayanır? Bu prosesdə Zod qızıl yatağının nəzarətimizdə olması bizə nələr qazandırır?
Globalinfo.az-a danışan iqtisadçı və Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanovun sözlərinə görə, burada əsas məqam dövlət ehtiyatlarının idarə edilməsinə dair düzgün siyasət xəttinin formalaşdırılmasıdır:
“Məqsəd milli sərvətin qorunması, iqtisadi inkişafın maliyyə dayaqlarının gücləndirilməsi və ehtiyatların uzunmüddətli dövrdə təhlükəsiz idarə edilməsidir. Qlobal mühitdə risklərin təkcə iqtisadi deyil, eyni zamanda geosiyasi və institusional məzmun alması fonunda ehtiyat portfelinə “sadəcə gəlir” prizmasından yox, dayanıqlıq və təhlükəsizlik prizmasından da yanaşılır. Bu çərçivədə qızıl aktivləri portfeldə tarazlayıcı rol oynayaraq ümumi risk yükünü yumşaldır və ehtiyatların müxtəlif ssenarilərə uyğun daha çevik idarə edilməsinə imkan yaradır”.
İqtisadçı deyib ki, Azərbaycanın qızıl strategiyasının kökündə daha geniş bir məntiq dayanır:
“Qızıl strategiyasının kökündə milli ehtiyatların düzgün və səmərəli istifadəsi dayanır. Bu yanaşma səmərəli idarəetmə, risklərin effektiv idarə edilməsi, eləcə də makrodayanıqlılığın və dövlət prioritetlərinin maliyyə dayaqlarının gücləndirilməsi kimi bir neçə əsas prinsipə əsaslanır. Qızılın portfeldə yer alması, əslində, ehtiyatların strukturunda risklərin daha balanslı şəkildə paylanması deməkdir. Qızılın əsas üstünlüyü ondan ibarətdir ki, qeyri-müəyyənliyin artdığı dövrlərdə portfelin daha stabil qalmasına kömək edən tarazlayıcı alətlərdən biri kimi çıxış edir. Ehtiyatların idarə edilməsində məqsəd təkcə gəlirliliyi artırmaq deyil, eyni zamanda dövlətin strateji öhdəliklərinin (sosial sabitlik, investisiya layihələri və proqramları, müdafiə və digər prioritet sahələr) maliyyə dayanıqlığını qorumaqdır. Bu baxımdan qızıl strategiyası ehtiyatların qorunmasına xidmət edən və iqtisadi dayanıqlığı dəstəkləyən mühüm alət kimi qiymətləndirilir”.
Rövşən Əmircanov
Qızıl ehtiyatlarının artırılması qərarının niyə məhz bu mərhələdə aktual olduğuna gəlincə Rövşən Əmircanov qeyd edib ki, mövcud mərhələdə risklərin mahiyyəti dəyişib:
“Bazar dalğalanmaları təkcə iqtisadi səbəblərlə deyil, geosiyasi gərginliklər, sanksiya mühitləri və regional qarşıdurmalar kimi amillərlə də şərtlənir. Bununla yanaşı, qızılın qiyməti də bazar dəyişkənliyinə həssasdır. Qızılın aktuallaşması isə bu baxımdan məntiqlidir: o, portfeldə tarazlayıcı rol oynayaraq riskləri yumşalda bilir, likvid aktiv kimi idarəetmədə çeviklik yaradır və ehtiyatların uzunmüddətli qorunması baxımından portfelin dayanıqlı əsasını gücləndirir”.
Rövşən Əmircanov bildirib ki, Zod (Söyüdlü-Zod) yatağı ilə bağlı “nə qazandırır?” sualına cavab genişdir:
“Burada siyasi-iqtisadi faydaların getdikcə artdığı müşahidə olunur. Əsas qazanclar resurs üzərində suveren nəzarətin bərpası, geoloji məlumatların yenilənməsi və ehtiyatların dəqiqləşdirilməsi, eləcə də regional iqtisadi canlanma potensialının formalaşması ilə bağlıdır. Ərazidə faktiki və hüquqi nəzarətin bərpa olunması həm hüquqi-idarəetmə, həm də iqtisadi müstəvidə mühüm üstünlüklər yaradıb. Tarixi geoloji-kəşfiyyat materialları mövcud olsa da, illər ərzində aparılmış istismar, texniki standartların dəyişməsi və balans uçotundakı yeniliklər ehtiyatların yenidən qiymətləndirilməsini zəruri edir. Nəzarət bərpa olunduqdan sonra əsas iş xətti də məhz budur: geoloji göstəricilərin yenilənməsi, qalıq ehtiyatların daha dəqiq çıxarılması və hesablanması, real vəziyyətin təsdiqlənməsi. Bununla paralel olaraq texniki-iqtisadi əsaslandırma, infrastruktur ehtiyacları, təhlükəsizlik və əməliyyat riskləri planlı şəkildə müəyyənləşdirilir. İstismar müasir standartlarla və mərhələli planla aparılarsa, təsir yalnız hasilatla məhdudlaşmayacaq: xidmət sektoru, yerli təchizat zənciri, məşğulluq, yol-logistika və digər infrastruktur komponentləri üzrə əlavə iqtisadi dəyər formalaşacaq”.
Ekspert əlavə edib ki, qızıl üzrə perspektivlər qlobal risklərin dinamikası, real faiz dərəcələri, inflyasiya gözləntiləri və ABŞ dollarının mövqeyi kimi amillərdən asılı olaraq dəyişə bilər:
“Azərbaycan üçün perspektiv xətti isə daha aydındır: qızıl ehtiyatları portfeldə strateji bufer kimi saxlanılaraq ehtiyatların dayanıqlığını artıran komponent rolunu oynayır və məqsəd qısamüddətli nəticələr deyil, milli sərvətin qorunması və uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsidir. Bu baxımdan qızıl strategiyası qlobal qeyri-müəyyənlik dövrlərində ehtiyatların dayanıqlığını gücləndirən ölçülü və institusional idarəetmə aləti kimi çıxış edir”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 06 Yanvar 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















