Prezidentin qərarı Azərbaycana 10 milyard dollardan çox gəlir qazandırdı
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı”.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkə başçısı İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı deyib.
“Beləliklə, bu qərar bizə çoxlu pul qazandırdı. Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı”.
Xatırladaq ki, təkcə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 22 ölkədən 3,750 milyard ABŞ dolları dəyərində 38,5 kiloqram həcmində qızıl idxal edilib.
2025-ci ilin oktyabr ayının 1-i üçün ölkədə hazır qızıl ehtiyatının miqdarı 142,2 kiloqram olub. Hazırda dünya bazarlarında qızılın 1 unsiyası 4400 dollara satlır və qiymətli metalın qiyməti artmaqda davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 06 Yanvar 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















