Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Əliyev BMT də Qafqazın yeni güc balansını rəsmən elan etdi: Rusiya isə dərhal Ermənistanda təxribat şəbəkəsi ni hərəkətə gətirdi

Əliyev BMT də Qafqazın yeni güc balansını rəsmən elan etdi: Rusiya isə dərhal Ermənistanda təxribat şəbəkəsi ni hərəkətə gətirdi

Icma.az bildirir, Olke.az portalına istinadən.

Rəsmi Bakının Cənubi Qafqazda istənilən yeni geopolitik prosesə çoxvektorlu reaksiya imkanları mövcuddur, Azərbaycanın bütün situasiyalara tam hazır olduğu qətiyyən şübhə doğurmur... Bu baxımdan, rəsmi Bakının Cənubi Qafqazı Azərbaycanın geopolitik iradəsinin nəzarətində saxlamaq üçün yetərincə strateji təsir mexanizmlərinə sahib olduğu inkaredilməz reallıqdır...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki,Cənubi Qafqazda qüvvələr nisbəti ciddi şəkildə dəyişib. Bu region artıq vaxtilə Rusiyanın "hegemonluq kaprizləri"nin təsiri altında olan coğrafi məkan durumundan çıxıb. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında səsləndirdiyi fikirlər məhz bu baxımdan, böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan lideri bütün dünyaya xitab edərək, həm beynəlxalq auditoriyaya, həm də konkret olaraq, Cənubi Qafqazda formalaşmaqda olan yeni geopolitik reallıqlara yönəlik birmənalı mesajlar verdi.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin mesajları eyni zamanda, regionda baş verən proseslərə paralel şəkildə Ermənistan daxilində baş qaldıran gərginliklərlə də üst-üstə düşür. Azərbaycan lideri öz çıxışında bir neçə strateji tezisi önə çəkdi. Ən mühümü odur ki, Ermənistanla danışıqlar məhz ikitərəfli əsasda aparıldığına görə real nəticələr əldə olunub. Azərbaycanın dövlət başçısı bunu birbaşa “müharibədə qələbə və sülhün qazanılması” kimi xarakterizə etdi.

Prezident İlham Əliyev həmçinin, ATƏT-in Minsk Qrupu barədə sərt mövqe nümayiş etdirərək, bu qurumun missiyasının uğursuz olduğunu vurğuladı. Onun fikrincə, Minsk Qrupu beynəlxalq hüququ bərpa etmək əvəzinə status-kvonu qorumağa çalışmaqla, münaqişəni dondurmağa cəhd göstərirdi. Bu isə, Prezident İlham Əliyevin fikrincə, problemin həlli üçün Azərbaycanı öz gücünə arxalanaraq, hərbi və siyasi üstünlük qazanmaq məcburiyyətində buraxıb.

Maraqlıdır ki, ən diqqət çəkən məqamlardan biri də “Vaşinqton Sammiti”nin önəmli nəticələri sırasına daxil olan si “Tramp Marşrutu” barədə verilən mesajlar idi. Prezident İlham Əliyev vurğulayıb ki, bu layihə Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional iqtisadi əlaqələri gücləndirəcək. Və bu, Azərbaycanın artıq yalnız region daxilində deyil, həm də qlobal platformalarda öz nəqliyyat-kommunikasiya gündəmini qəbul etdirməsi kimi dəyərləndirilə bilər.

Onu da qeyd etmək lazımdır ki, məhz Azərbaycan liderinin beynəlxalq miqyasda verdiyi bu önəmli mesajlarla eyni vaxtda, Ermənistanda Rusiyaya bağlı radikal-revanşist siyasi və media dairələrinin yenidən ciddi şəkildə aktivləşdiyi müşahidə olunur. Böyük ehtimalla Kremlə bağlı bu agentura şəbəkəsinin əsas məqsədi regional sülh prosesini sabotaj etmək və Ermənistan cəmiyyətini yanlış istiqamətə yönəltməkdir.

Məsələ ondadır ki, Rusiyameylli “Armenian Military Portal” adlı media resursu Azərbaycanı “200 kv.km ərazini işğal etmək” və “istehkamlar qurmaq” kimi uydurma iddialar ilə ittiham etməyə çalışır. Digər tərəfdən, Azərbaycanın hərbi büdcəsinin 2026-cı ildə 5,1 milyard dollara çatmasının Ermənistan üçün ciddi “təhdid” olduğu iddia edir. Və bu uydurma iddialara bağlı radikal ritorika, əslində, Rusiyanın Ermənistan cəmiyyətində qorxu və revanşist əhval-ruhəyyəni aktual saxlamağa çalışmasının açıq nümunəsidir.

Eyni zamanda, Ermənistanda ölkədaxili gərginliyin artırılması prosesiində erməni kilsəsi də irbaşa iştirak edir. Bəzi erməni  analitiklərin fikrincə, kilsə Rusiya kəşfiyyat strukturları ilə sıx bağlıdır və məhz oradan gələn təlimatlar əsasında fəaliyyət göstərir. Və erməni kilsəsinin propoqanda tezislərində Bakıdakı məhkəmə prosesləri ilə əlaqədar müxtəlif uydurma mövzuların xüsusilə qabardılması, radikal-revanşist dairələrin öz auditoriyasını yenidən səfərbər etmək cəhdidir.

Təbii ki, bütün bunlara paralel olaraq, Paşinyan hakimiyyətinin Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Kremldən gələn sərt təzyiqlərə tab gətirməkdə çətinlik çəkdiyi müşahidə olunur. Ona görə də, Qərb və Rusiya arasında manevr məkanı daralan Paşinyan hakimiyyəti müəyyən mənada, "Kreml dilemması" ilə üzləşmiş kimi görünür. Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında son Moskva görüşü barədə verilən məlumatlar da Kremlin Ermənistan üzərindən Cənubi Qafqaza müdaxilə imkanı axtardığını göstərir.

Məsələ ondadır ki, indiki situasiyada baş nazir Nikol Paşinyan Qərb ilə yaxınlaşma xəttini davam etdirdiyi halda, Rusiya qarşısında da balansı saxlamağa məcburdur. Ən azından ona görə ki, Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca, Rusiyanın rəsmi İrəvana təzyiqləri artır və Kremlin “aktiv sabotaj oyunları” real təhlükəyə çevrilir. Xüsusilə də, son vaxtlar Ermənistan paytaxtında Rusiyanın agentura şəbəkəsinin kütləvi etiraz aksiyalarının intensivliyi də Kremlin artıq hərəkətə keçdiyini və həlledici planları işə saldığını göstərir.

Göründüyü kimi, Prezident İlham Əliyev BMT tribunasından bütün dünyaya mesajlar verməklə, Azerbaycanın mövqeyini beynəlxalq səviyyədə daha da gücləndirərək, Cənubi Qafqazda geopolitik üstünlüyünü ciddi şəkildə möhkəmləndirib. Buna paralel olaraq isə Ermənistan daxilində Rusiyanın agentura şəbəkəsi - erməni kilsə, oliqarxiya, radikal-revanşist siyasi düşərgə və onlara bağlı media Kremlin təlimatı ilə Cənubi Qafqazda sülhü və sabitliyi poza biləcək situasiyanın yaradılması üçün aktiv qarşıdurma mərhələsinə start veriblər.

Ancaq rəsmi Bakının Cənubi Qafqazda istənilən yeni situasiyaya çoxvektorlu reaksiya imkanlarının olduğu da inkaredilməz reallıqdır. Hətta Azərbaycanın bütün situasiyalara tam hazır olduğu da qətiyyən şübhə doğurmur. Çünki Prezident İlham Əliyevin BMT-dəki çıxışı məzmun etibarilə, Azərbaycanın qlobal məkanda mövqeyinin təsdiqi olmaqla yanaşı, həm də Cənubi Qafqazda yeni güc balansının formalaşmasının rəsmi elanıdır. Və bu baxımdan, rəsmi Bakının Cənubi Qafqazı Azərbaycanın geopolitik iradəsinin nəzarətində saxlamaq üçün yetərincə strateji təsir resurslarına sahib olduğu inkaredilməz reallıqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Sentyabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see269

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see231

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see229

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see205

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see191

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see175

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see156

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see145

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see145

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see134

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see131

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see130

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri