Icma.az
close
up
RU
Kreml erməni casus şəbəkəsi nə savaş əmri verib: Rusiya Ermənistanda təxribat bataqlığı yaradır

Kreml erməni casus şəbəkəsi nə savaş əmri verib: Rusiya Ermənistanda təxribat bataqlığı yaradır

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Paşinyan hakimiyyəti hazırda Kremlin casus şəbəkəsi ilə siyasi rəqabət və Rusiyanın birbaşa təzyiqləri arasında manevrlər etmək məcburiyyətində qalıb... Ermənistanda keçiriləcək parlament seçkilər Kreml üçün Rusiyanın bu ölkədə öz mövcudluğunu qoruya bilməsi baxımından, son real şans hesab olunur...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Rusiya Cənubi Qafqazda fəallaşıb və Kremlin hərbi-siyasi təxribatları intensivləşməyə başlayıb. Hazırda Kremlin Ermənistandakı Rusiya hərbi bazasına silah-sursat, hərbi texnika və canlı qüvvə toplamaqda olduğu müşahidə edilir. Və Rusiyanın aqressiv "propoqanda maşını"nın təhdidkar ritorikası da Kremlin Cənubi Qafqazda yenə pozucu təxribatlara hazırlaşdığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, Kremlin Ermənistanda Rusiya yönlü siyasi qüvvələri və agentura şəbəkəsini fəallaşdırmağa başladığı inkaredilməz reallıqdır. Belə ki, Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryan 2020-ci ilin 10 noyabr anlaşmasında Zəngəzur dəhlizi ilə bağlı bəndin Azərbaycanın təkidi ilə sənədə daxil edildiyini bildirib. Onun iddiasına görə, bu, guya Laçın dəhlizi ilə “simmetriya” yaratmaq məqsədi daşıyırmış. Robert Köçəryan həmçinin 44 günlük müharibədə məğlubiyyətin qaçılmaz olmadığını, baş nazir Nikol Paşinyanın isə “ordunu gücləndirmək” şüarı altında onu faktiki olaraq, dağıtdığını iddia etdi.

Digər tərəfdən, sabiq prezidentin açıqlamasında diqqət çəkən məqamlardan biri də baş nazir Nikol Paşinyanın erməni kilsəsinə qarşı siyasətinin tənqid olunması ilə bağlıdır. Robert Köçəryan bunu hakimiyyətin “qırmızı cizgiləri” keçməsi kimi qiymətləndirib. O, prokurorluğu isə hakim partiyanın “təbliğat maşını”na çevrilməkdə ittiham edib. Onun sözlərinə görə, sülh sazişi seçkiqabağı elektorata təzyiq vasitəsinə çevrilib, ən həssas sosial təbəqələr isə aldadılıb. Çünki onların həyatında heç nə dəyişməyib, əksinə, daha da pisləşib. Robert Köçəryan beynəlxalq dairələrdə Nikol Paşinyana “etibar edilmədiyini, amma ondan uğurla istifadə olunduğunu” vurğulayıb.

Maraqlıdır ki, Rusiya kəşfiyyatının agentura şəbəkəsinin fəallaşması ilə yanaşı, Ermənistan mətbuatı baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçatryanın arasında gizli anlaşmanın olduğunu iddia edir. Həmin iddiaya görə, parlament seçkilərində prezident Baaqn Xaçatryan baş nazir Nikol Paşinyanın qələbəsi üçün xüsusi fəallıq göstərəcək. Belə ki, V. Xaçatryan “xalqla əlaqələr qurmaq”, problemlərin tez həllini vəd etmək və nəticələri N.Paşinyana hesabat vermək barədə tapşırıq alıb. Və artıq fəaliyyətə başlayan erməni prezident bəzi bölgələrdə vətəndaşlarla görüşlər keçirir, bu kampaniyanın paytaxt İrəvanın inzibati rayonlarını da əhatə edəcəyi gözlənilir.

Bəzi iddialara görə, R.Köçəryanın aqressiv ritorikası və N.Paşinyana qarşı sərt ittihamları Kremlin Ermənistanda mövcud siyasi dayaqlarını yenidən aktivləşdirməyə çalışması ilə üst-üstə düşür. Rusiya üçün R.Köçəryan və Serj Sarkisyan kimi keçmiş hərbi cinayətkarlar siyasi-strateji əhəmiyyət daşıyır. Çünki onlar həm erməni separatizmi məsələsində Kreml ilə koordinasiyalı xətti dəstəkləyir, həm də Qərbə inteqrasiya cəhdlərinə qarşı çıxırlar.

R.Köçəryanın Zəngəzur dəhlizi ilə bağlı mövzunu yenidən qabartması Ermənistan cəmiyyətində Azərbaycanın regional nəqliyyat layihələrində artan roluna qarşı müqavimət dalğası yaratmaq məqsədi daşıyır. Həm də Nikol Paşinyanı seçkiqabağı “təslimçi lider” kimi təqdim etməyə cəhd göstərilir. Bu isə Rusiya mediası və yerli Rusiya yönlü informasiya kanalları tərəfindən dərhal sürətlə tirajlanır. Və nəticədə Kremlin Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə ciddi şəkildə hazırlaşdığı biruzə verilmiş olur.

Təbii ki, Kreml Ermənistanda öz təsir mexanizmlərini yalnız formal müttəfiqləri vasitəsilə deyil, həm də agentura şəbəkəsi funksiyasını yerinə yetirən qeyri-rəsmi strukturlar – sabiq təhlükəsizlik əməkdaşları, QHT-lər, erməni kilsəsi və bəzi media resursları vasitəsilə qoruyur. Bu casus şəbəkəsi Ermənistan cəmiyyətində sosial-siyasi narazılıqları qabardır, Qərbə inteqrasiyanı “milli maraqlara zidd” siyasi kimi təqdim edir. Eləcə də, erməni kilsə və ordu kimi ənənəvi terror strukturları ətrafında baş nazir Nikol Paşinyan əleyhinə konsolidasiya yaradır.

Erməni kilsəsi Kremlin bu təsir mexanizmləri zəncirində önəmli rol oynayır. Rusiya üçün erməni kilsə həm dini, həm də siyasi-psixoloji təzyiq imkanlarının qorunması baxımından, strateji təxribat resursudur. Rusiyanın adamı olan Robert Köçəryanın da “hakimiyyət kilsəyə zərbə vurur” iddiası bu təsir mexanizmi üzərindən Ermənistan cəmiyyətində emosional reaksiyaların yaradılması məqsədibə yönəlib.

Onu da qeyd etmək lazımdır ki, bütün bunlar Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Kremlin güvəndiyi əsas manipulyasiya mexanizmləri sırasına daxildir. Buna cavab olaraq, Paşinyan-Xaçatryan tandemi seçkilərdə mövqelərini gücləndirmək üçün hazırda əhalinin gündəlik problemlərinə sürətli reaksiya görüntüsü yaratmağa çalışır. Ancaq Kreml agentura şəbəkəsinə daxil olan qüvvələr bu prosesi “seçkiqabağı kosmetik tədbirlər” kimi təqdim edərək, baş nazir Nikol Paşinyanın real ictimai dəstəyini daha da zəiflətməyi hədələyirlər. Ermənistandakı Rusiya yönlü media Nikol Paşinyanı “xaricdən idarə olunan lider” kimi təsvir edir. Və onun Qərblə yaxınlaşmasının Ermənistanı “regional təhlükəsizlik vakuumu"na salacağını iddia edir.

Ermənistanda hazırda cərəyan edən bu proseslər Kremlin Cənubi Qafqaz strategiyasının yalnız bir hissəsidir. Rusiya "erməni separatizmi" layihəsindən məhrum edildikdən sonra regional nüfuzunu tamamilə itirməmək üçün indi Ermənistanda siyasi əlaltılarını və terrorizm yuvası olan erməni kilsəsini aktivləşdirir. İnformasiya müharibəsi vasitəsilə baş nazir Nikol Paşinyanı legitimlik böhranına sürükləyir.

Belə anlaşılır ki, Ermənistanda seçkilər yaxınlaşdıqca, Kremlin təxribat əməliyyatları daha açıq müstəviyə keçir. Robert Köçəryan kimi cinayətkar ictimai fiqurların yenidən fəallaşması, ernəni kilsəsi və ordunun siyasi alətə çevrilməsi, Rusiyanın agentira şəbəkəsinin sosial narazılıqları manipulyasiya etməsi Paşinyan hakimiyyəti üçün təhlükəli mərhələsinin artıq başlandığını göstərir.

Göründüyü kimi, bütün bunlar Rusiyanın Ermənistanı Qərbə inteqrasiya kursundan uzaqlaşdırmaq üçün koordinasiyalı şəkildə atdığı addımların tərkib hissəsidir. Ona görə də, Paşinyan hakimiyyəti hazırda ölkə daxilində Kremlin casus şəbəkəsi ilə siyasi rəqabət və Rusiyanın Ermənistana birbaşa təzyiqləri arasında manevr etmək məcburiyyətində qalıb. Və belə anlaşılır ki, qarşıdakı parlament seçkilər Kreml üçün Rusiyanın Ermənistanda öz mövcudluğunu qorumaq, eləcə də, Cənubi Qafqazda təsir mexanizmlərini bərpa etmək baxımından, əsas "imkan pəncərəsi" hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Avqust 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri