Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Əliyev elə bir sistem qurdu ki...” Xarici şərhçilər a DANIŞDILAR

“Əliyev elə bir sistem qurdu ki...” Xarici şərhçilər a DANIŞDILAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Heydər Əliyev Azərbaycanı dünya siyasətində müstəqil oyunçuya çevirdi”
10 may Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, ölkənin siyasi sabitliyinin təmin edilməsində və müasir dövlətçilik modelinin formalaşmasında müstəsna rol oynayan Heydər Əliyev bu gün də dünyanın müxtəlif ölkələrində nüfuzlu siyasi xadim və uzaqgörən lider kimi xatırlanır.

Müxtəlif ölkələri təmsil edən politoloqlar Modern.az-a açıqlamalarında Heydər Əliyevlə bağlı fikirlərini bölüşüblər. 

Pakistanlı politoloq Xalid Taymur Əkrəm: “Azərbaycan Respublikasının ilk və qurucu Prezidenti Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Ölkə hüdudlarından kənarda yaşayan insanlar onu Azərbaycanın müasir tarixinin ən nüfuzlu və hörmət edilən liderlərindən biri kimi xatırlayırlar.

Mən Heydər Əliyev haqqında düşündükdə ilk növbədə fədakar və güclü liderlik, dövlət quruculuğu məharəti və insanlarda milli birlik hissini formalaşdırmaq bacarığı yada düşür. Mənim üçün o, müasir Azərbaycanın memarı və xalqını mürəkkəb siyasi və iqtisadi dövrlərdən uğurla çıxaran liderdir. Heydər Əliyevin xidmətləri müstəqillikdən sonrakı çətin illərdə Azərbaycana sabitlik və inam qazandırdığı üçün yüksək qiymətləndirilir.

Onun siyasi təcrübəsi, strateji düşüncə qabiliyyəti və təmkinli xarakteri dövlət institutlarının möhkəmlənməsinə və ölkənin beynəlxalq mövqeyinin güclənməsinə mühüm töhfə verib. Bir çox tərəfdarları hesab edir ki, Azərbaycanın iqtisadi inkişafının və qlobal tərəfdaşlıqlarının təməli məhz onun uzaqgörən siyasəti ilə qoyulub.

Mənim ölkəmdə Heydər Əliyev daha çox "Azərbaycanın Ümummilli lideri” kimi tanınır. Bu titul Azərbaycan xalqının ona bəslədiyi dərin hörmət və ehtiramın ifadəsidir. Onun çıxışları, siyasəti və idarəçilik üslubu bu gün də siyasətçilər, tələbələr və tədqiqatçılar tərəfindən öyrənilir və xatırlanır.

Onun irsinin ən mühüm cəhətlərindən biri vətənpərvərlik və milli kimlik məsələlərinə xüsusi önəm verməsi idi. O, Azərbaycan mədəniyyəti, tarixi və müstəqilliyi ilə fəxr etməyi təşviq edirdi. Bir çox insan üçün Heydər Əliyev müdriklik, intizam və dövlətə xidmət nümunəsi hesab olunur.

Heydər Əliyevin vəfatından illər keçməsinə baxmayaraq, onun təsiri bu gün də Azərbaycanın siyasi və ictimai inkişafında hiss olunur. Bu əlamətdar gündə insanlar onun xatirəsini minnətdarlıq və böyük ehtiramla yad edir, onu yalnız siyasətçi kimideyil, həm də irsi xalqın yaddaşında yaşayan böyük dövlət xadimi kimi xatırlayırlar”.

Böyük Britaniyadan olan politoloq Neil Uatson: “Mən Heydər Əliyevi Sovet Siyasi Bürosunun ən yüksək səviyyələrindən yüksəlmiş, həyatını riskə ataraq müasir müstəqil Azərbaycanın memarına çevrilmiş uzaqgörən və praqmatik bir siyasətçi kimi dəyərləndirirəm. Onun zəkası, möhkəmliyi və iradəsi ölkəyə həqiqi müstəqilliyin qazandırılmasına və Azərbaycanın neft sərvətlərinin qorunub saxlanılmasına imkan verdi.

Bu gün Azərbaycan keçmiş sovet respublikaları arasında özünü təmin edən dövlət kimi çıxış edir, praqmatik xarici siyasət yürüdür və Cənubi Qafqazın aparıcı iqtisadiyyatına malikdir. Heydər Əliyevin formalaşdırdığı strateji baxış Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə davam etdirilmişdir və ölkəniz hazırkı mürəkkəb beynəlxalq şəraitdə onun oğlu, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf etməkdədir”.

Ukraynalı politoloq Stanislav Jelixovski: “Bəli, sizi və Azərbaycanın bütün xalqını təbrik edirəm!

Heydər Əliyev ümumilikdə müstəqil Azərbaycanın formalaşmasında və dövlət institutlarının gücləndirilməsində mühüm rol oynamış güclü və praqmatik dövlət xadimi kimi xatırlanır. Bir çox ölkələrdə, o cümlədən Ukraynada, o, siyasi sabitlik, dövlət quruculuğu və Azərbaycanın beynəlxalq arenada artan nüfuzu ilə assosiasiya olunur”.

Gürcüstanlı politoloq Giorgi Qoqua: “Heydər Əliyevi xatırladıqda ilk olaraq güclü liderlik, siyasi müdriklik, strateji düşüncə və milli birlik ideyaları ön plana çıxır. O, Azərbaycanın həm daxili, həm də xarici ciddi çağırışlarla üzləşdiyi bir dövrdə ölkəyə rəhbərlik etmiş, siyasi sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə və uzunmüddətli inkişafın əsaslarının yaradılmasına nail olmuşdur. Bir çox ekspertlər onu müasir Azərbaycanın memarı kimi dəyərləndirir və onun siyasətinin ölkəni sabit və nüfuzlu regional aktora çevirdiyini qeyd edirlər.

Onun irsinin ən mühüm cəhətlərindən biri gələcəyə strateji baxış qabiliyyəti idi. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan beynəlxalq mövqelərini gücləndirmiş, iri enerji layihələrini inkişaf etdirmiş və qlobal güc mərkəzləri ilə mühüm tərəfdaşlıqlar qurmuşdur. Siyasi təcrübəsi, diplomatik bacarığı və mürəkkəb geosiyasi mühitdə balansı qorumaq qabiliyyəti ona Azərbaycanın hüdudlarından kənarda da böyük hörmət qazandırmışdır.

Postsovet məkanının bir çox ölkələrində Heydər Əliyev güclü və xarizmatik dövlət xadimi, yüksək siyasi nüfuza malik lider kimi qəbul edilir. O, tez-tez sabitlik, intizam və dövlətçilik ənənələrinin davamlılığı ilə assosiasiya olunur. Azərbaycanda isə o, xalq tərəfindən ehtiramla “Ümummilli lider” kimi xatırlanır və bu titul onun ölkənin tarixindəki roluna verilən dərin hörməti ifadə edir.

Ümumilikdə, Heydər Əliyevin irsi dövlətə sədaqət, milli tərəqqi və siyasi dayanıqlılıq nümunəsi kimi yadda qalır. Onun adı Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və müasir Azərbaycan kimliyinin formalaşması ilə sıx bağlı olaraq qalır”.

İtaliyalı politoloq Karlo Marino: "Heydər Əliyev postsovet məkanında praqmatik liderlik və milli dövlət quruculuğunun klassik modelini təmsil edir. Onun fəaliyyəti ilə bağlı bir neçə əsas məqam xüsusilə diqqət çəkir.

Heydər Əliyev Sovet respublikasından müstəqil dövlətçiliyə nəzarətli keçidi təmin etdi. O, sürətli Qərb tipli islahatlardan daha çox sabitliyə, siyasi elitanın birləşdirilməsinə və dövlət institutlarının mərhələli şəkildə mərkəzləşdirilməsinə üstünlük verdi.

O, Azərbaycanın Rusiya, Türkiyə, İran və Qərb arasında mövqeyini qorumağa yönəlmiş çoxvektorlu xarici siyasət yürüdürdü. “Əsrin müqaviləsi”nin (1994) imzalanması və Bakı–Tbilisi–Ceyhan neft kəmərinin (2006) həyata keçirilməsi enerji resurslarının dövlət suverenliyinin möhkəmləndirilməsi üçün strateji şəkildə istifadə olunmanın nümunəsi idi.

Heydər Əliyev dövlət quruculuğuna verdiyi töhfələrə və Azərbaycanın xaosa sürüklənməsinin qarşısını aldığına görə yüksək qiymətləndirilir. Xüsusilə, ölkənin 1990-cı illərdə Gürcüstan və ya Ermənistanın yaşadığı vətəndaş qarşıdurması və ya ərazi parçalanması kimi proseslərdən uzaq qalması onun adı ilə əlaqələndirilir".
İsrailli politoloq İqor Roytapel: "Mayın 10-da adı Azərbaycan tarixinə əbədi həkk olunmuş şəxsiyyətin – Heydər Əliyevin anadan olmasının 103 ili tamam olur. Bəziləri üçün Heydər Əliyev dövlət sabitliyinin simvoluna çevrilib. Digərləri üçün isə o, müasir Azərbaycan geopolitikasının memarıdır. Lakin hətta tənqidçiləri belə etiraf edirlər ki, məhz o, xaos, dağılma və müharibə yaşamış bir ölkəni dünya siyasətinin müstəqil oyunçusuna çevirməyi bacardı.

Mən onun böyük siyasətə qayıdışının şahidlərindən olmuşam. Həmin dövrdə diplomatiya tarixinə dair dərslik kitabı üzərində işləyərkən Baş Arxiv İdarəsində fəaliyyət göstərirdim. Elə o zaman hiss olunurdu ki, Qafqazda yeni mərhələ başlayır. Əliyevin hakimiyyətə qayıdışı sadəcə hakimiyyət dəyişikliyi kimi qəbul edilmirdi. Bu, dövlətin ən ağır böhran həddində olduğu bir vaxtda siyasi iradənin, təcrübənin və strateji düşüncənin geri dönüşü idi.

1990-cı illərin əvvəllərində region dərin qeyri-sabitliyə sürüklənirdi. İqtisadi böhran, hərbi məğlubiyyətlər, elitalar arasında mübarizə və xarici təzyiqlər ölkənin mövcudluğunu belə sual altına qoymuşdu. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı dönüş nöqtəsinə çevrildi. O, yeni dövrün romantiki kimi deyil, zəif dövlətlərin geopolitikada yaşaya bilməyəcəyini anlayan praqmatik strateq kimi geri döndü.

Onun yanaşması soyuqqanlı, hesablanmış və uzaqgörən idi. Əliyev yaxşı anlayırdı ki, ölkənin əsas resursu enerjidir. Lakin dövlət həmin resursları siyasi təsir gücünə çevirə bilmirsə, neft və qaz heç nə ifadə etmir. Məhz buna görə o, çoxvektorlu diplomatiya və enerji müstəqilliyi siyasətinə üstünlük verdi.

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” yalnız iqtisadi saziş deyildi. Bu, bütün dünyaya verilmiş geosiyasi mesaj idi: Azərbaycan postsovet kölgəsindən çıxır və qlobal sistemin bir hissəsinə çevrilir. Enerji layihələri vasitəsilə Bakı Türkiyə, Avropa, ABŞ və İsraillə münasibətlər qurmağa başladı.

İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. İsrail Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə artıq 1992-ci ildə qurulub.

Heydər Əliyevin strategiyasında İsraillə münasibətlər xüsusi yer tuturdu. Mürəkkəb Yaxın Şərq reallığında müsəlman Azərbaycanla İsrail arasında əməkdaşlıq unikal hadisə kimi görünürdü. Lakin Heydər Əliyev üçün dövlət maraqları hər zaman ideoloji şüarlardan üstün idi.

1997-ci ildə Heydər Əliyev Benyamin Netanyahu ilə görüşmüşdü. Həmin təmaslar iki dövlət arasında strateji tərəfdaşlığın formalaşmasının mühüm hissəsinə çevrildi. Elə o dövrdə onilliklər sonra İsrailin müsəlman dünyasındakı ən sabit tərəfdaşlarından birinə çevriləcək münasibətlərin təməli qoyulurdu.

Heydər Əliyev İsraildə yalnız texnologiya və təhlükəsizlik sahəsində güclü müttəfiq deyil, həm də energetika, müdafiə və beynəlxalq dəstək məsələlərində strateji tərəfdaş görürdü.

Bu gün Azərbaycan–İsrail əməkdaşlığı energetika, kənd təsərrüfatı, tibb, yüksək texnologiyalar və müdafiə sənayesini əhatə edir. İsrailə ixrac olunan neftin əhəmiyyətli hissəsi Azərbaycan mənşəlidir. Öz növbəsində İsrail Bakının əsas texnoloji və hərbi tərəfdaşlarından birinə çevrilib.

Lakin Heydər Əliyevin əsas irsi yalnız müqavilələr, boru kəmərləri və diplomatik sənədlərlə məhdudlaşmır. Onun ən böyük töhfəsi dünya güc mərkəzləri arasında balans yarada bilən və öz siyasi subyektivliyini itirməyən dövlət modelini qurmasıdır.

O, Qafqazı mürəkkəb şahmat partiyası kimi görürdü; burada bir səhv dövlətin gələcəyinə başa gələ bilərdi. Rusiya, Türkiyə, İran və Qərbin regionda öz maraqları vardı. Əliyev elə bir sistem qurdu ki, Azərbaycan hansısa gücün peykinə çevrilmədi, əksinə, öz strateji oyununu aparmağa başladı.

Onilliklər sonra aydın görünür ki, 1990-cı illərdə mübahisəli görünən bir çox qərarlar bugünkü Azərbaycanın mövqeyinin təməlini təşkil edib. Azərbaycan Avrasiyanın ən mühüm enerji və nəqliyyat qovşaqlarından birinə çevrilib, Cənubi Qafqazdakı təsiri isə əhəmiyyətli dərəcədə artıb.

Tarix siyasətçilərə nadir hallarda bir dövrün memarı adlandırılmaq haqqı verir. Heydər Əliyev bu haqqı qazandı. Onun siyasi irsi bu gün də yalnız Azərbaycanın kursunu deyil, bütövlükdə regionun siyasi arxitekturasını müəyyənləşdirir.

Onun doğumunun 103-cü ildönümü sadəcə xatirə tarixi deyil. Bu, bir insanın dövlətin taleyini necə dəyişdirdiyini və Azərbaycanı Qafqazdan çox uzaqlarda belə hesablaşılan bir ölkəyə necə çevirdiyini yenidən anlamaq üçün fürsətdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri