Icma.az
close
up
RU
Əliyev və Ərdoğanın Antalya həmləsi Bu, təkcə simvolika deyil!

Əliyev və Ərdoğanın Antalya həmləsi Bu, təkcə simvolika deyil!

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında Antalyada keçirilən görüş həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regional və beynəlxalq məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır”.

Bu sözləri Globalinfo.az-a Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.

O bildirib ki, görüşdə iki ölkə arasında “qardaşlıq və müttəfiqlik münasibətləri”nin inkişafından məmnunluq ifadə olunması 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin ruhunu əks etdirir:

“Görüş bu xəttin davam etdiyini və daha da dərinləşdirildiyini göstərir. Cənab Prezidentin Antalyadakı diplomatik foruma qatılması və bu tədbiri “dünyanın aparıcı platformalarından biri” adlandırması, Azərbaycanın beynəlxalq dialoqa və çoxtərəfli əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir. Bu, eyni zamanda, Azərbaycan diplomatiyasının regional və qlobal gündəmdə fəal rol oynamaq niyyətinin göstəricisidir.

Vüqar Zifəroğlu

Həmçinin vurğulamaq lazımdır ki, Cənubi Qafqaz və Yaxın Şərqdəki proseslərin müzakirəsi tərəflərin bu regionlarda sabitlik və təhlükəsizliklə bağlı ortaq mövqeyə malik olduğunu göstərir. Xüsusilə Cənubi Qafqazda sülh prosesinin getdiyi bir dövrdə Ankara və Bakının koordinasiyalı hərəkət etməsi proseslərin uğurla nəticələnməsi baxımından vacibdir”.

Politoloq qeyd edib ki, bu görüş təkcə simvolik deyil, həm də praktik nəticələr doğura biləcək diplomatik hadisədir:

“Türkiyə və Azərbaycanın bir-birinə qarşılıqlı dəstək göstərməsi, regional sabitlik və inkişaf üçün güclü platforma yaradır. Eyni zamanda, belə görüşlər beynəlxalq ictimaiyyətə bu ittifaqın gücünü və davamlılığını nümayiş etdirir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see285

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see279

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see262

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see258

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see256

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see253

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see251

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see241

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see232

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see230

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see222

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see212

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see207

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see207

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see201

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see184

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see179

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see175

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see170

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri