Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əliyev və Szinpin niyə məhz o şəhəri seçdi? Tarixi nüans

Əliyev və Szinpin niyə məhz o şəhəri seçdi? Tarixi nüans

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri Bakı ilə Pekin arasında strateji tərəfdaşlığın növbəti mərhələyə keçdiyini göstərir. Səfər çərçivəsində əldə olunan razılaşmalar, verilən mesajlar və imzalanan sənədlər yalnız iki ölkə arasındakı münasibətlərin deyil, bütövlükdə Avrasiya məkanında formalaşan yeni geosiyasi və geoiqtisadi düzənin əsas komponentlərindən biri kimi dəyərləndirilir.

Diqqətçəkən digər məqam isə səfər çərçivəsində Naxçıvan şəhəri ilə Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərinin qardaşlaşmasıdır.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, səfər Azərbaycanın tranzit və nəqliyyat qovşağı kimi yüksələn rolunu bir daha təsdiqlədi:

“Prezidentin Çinə səfəri iki ölkə arasında geostrateji və geoiqtisadi münasibətlərin dərinliyini müəyyənləşdirdi. Bu məsələ Çin-Avropa-Azərbaycan oxu kontekstində nəzərdən keçirildikdə, yeni dünya düzənində meydana çıxan iqtisadi marşrutlar və enerji dəhlizləri baxımından olduqca əhəmiyyətlidir.

Çin ixracyönümlü iqtisadiyyat və rəqəmsal texnologiyalar sahəsində qlobal liderlik iddiası ilə çıxış etdiyi halda, Avropa həm istehlak bazarı, həm də texnoloji innovasiyaların mərkəzi olaraq önə çıxır. Azərbaycan isə bu iki nəhəng güc arasında etibarlı körpü funksiyasını yerinə yetirir.

Azərbaycan-Çin əlaqələrinin güclənməsi, xüsusilə Üçüncü Sənaye İnqilabı fonunda logistika, texnologiya və enerji sahəsində daha sıx əməkdaşlıq perspektivlərini gündəmə gətirir”.

Səfərin yalnız iqtisadi-siyasi deyil, həmçinin mənəvi və humanitar sahədə də mühüm nəticələr verdiyini qeyd edən Hikmət Babaoğlu bu kontekstdə Urumçi və Naxçıvan şəhərlərinin qardaşlaşmasını önəmli hadisə kimi dəyərləndirib:

“Azərbaycan və Çin arasında qədim tarixə əsaslanan mədəni və sivilizasiyaların qarşılıqlı əlaqəsi bu gün yeni mərhələyə qədəm qoyur. Səfər çərçivəsində Çinin Sincan Uyğur Muxtar Rayonunun inzibati mərkəzi olan Urumçi şəhəri ilə Azərbaycanın qədim diyarı Naxçıvanın qardaş şəhərlər elan edilməsi təkcə diplomatik jest deyil, həm də tarixi yaddaşın dirçəldilməsidir.

Hikmət Babaoğlu

Tarixi mənbələrə görə, həm Urumçi, həm də Naxçıvan orta əsrlərdə Böyük İpək Yolunun mühüm ticarət dayanacaqları olub. Çinin cənub bölgələrindən Avropaya doğru hərəkət edən karvanlar Sincan vilayətindən, xüsusilə də Urumçidən keçirdi. Eyni zamanda, Yaxın Şərqdən Şərqi Asiyaya yönələn ticarət yolları Naxçıvan üzərindən keçərək Şərqə açılırdı”.

Deputat qeyd edib ki, məşhur səyyah Marko Polo Urumçini “Çinin şimal qapısı” adlandırıb:

“Bu şəhər Şərq və Qərb arasında körpü rolunu o zaman da oynayırdı. Naxçıvan da öz növbəsində İslam sivilizasiyası və türk dünyasının ortaq tarixi yaddaşında mühüm yer tutur. Bu baxımdan iki şəhərin qardaşlaşması humanitar diplomatiya baxımından olduqca dəyərlidir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Çinə səfəri təkcə yüksək səviyyəli siyasi dialoqun nümayişi deyil, eyni zamanda qlobal çağırışlara uyğun bir vizyonun təcəssümüdür. Səfər Azərbaycanın geosiyasi çəkisinin və qlobal diplomatik çevikliyinin daha da artdığını bir daha göstərdi”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see298

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri