Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Tramp Harvarda 30 gün vaxt verdi

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir

Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində xarici siyasət suallarını cavablandırarkən toxunduğu məqamlar Azərbaycanın yerləşdiyimiz regiondan kənardakı proseslərin də aktiv iştirakçısı olduğunu göstərir. Suriya problemi və ya dəyişən dünya nizamı mövzuları Bakının xarici siyasət gündəminin yeni elementlərindəndir. Dövlət başçısının Rusiya səmasında vurulan təyyarə, yaxud İrandakı səfirliyimizə terror hücumu ilə bağlı Moskva və Tehranın reaksiyasızlığına qarşı qətiyyətli mövqeyi Azərbaycanın “Orta güc” statusuna yiyələnməsinin təzahürüdür.

Bakının Postəsəd Suriyasındakı yeri

Suriya Azərbaycan diplomatiyası və “yumşaq güc”ü üçün nisbətən fərqli istiqamət olsa da, mövzu kimi yeni deyil. Söhbət heç də hər iki dövlətin müsəlman aləminə məxsusluğu, yaxud Bakı ilə Dəməşqin bəzi regional, konfessional platformalardakı birgə təmsilçiliyindən getmir. 2009-cu ildə Bakıda səfərdə olan keçmiş prezident Bəşər Əsədin ermənipərəstliyi və ya Ermənistan sevdası, bu ölkədə erməni mühacir siyasi təfəkkür təmsilçilərinin, habelə terrorçu şəbəkələrin güclü özəklərinin olması, onların keçmiş rejim tərəfindən himayə edilməsi Suriyanın rəsmi Bakının xarici siyasət obyektivinə düşməsini şərtləndirən mühüm faktor idi. Əsəd erməni ekspansionizminə rəsmi surətdə dəstək verən azsaylı liderlərdən biri olmuşdu. Özünü Qərbin liberal dəyərlərinin daşıyıcısı kimi təqdim edən Nikol Paşinyanın ən sıx ünsiyyətdə olduğu dövlətlərdən biri Əsədin dikatura rejimi idi. Suiyadakı hakimiyyət dəyişikliyi Azərbaycanın xarici siyasət çağırışları baxımından Bakının maraqlarına cavab verən hadisədir. Bu məqama Prezident də müsahibəsi zamanı toxundu - həm ayrıca, həm də Ermənistandakı revanşizm kontekstində: “Suriyadakı dəyişikliklər bizi həddindən çox sevindirir. Birinci Türkiyəyə görə, ikinci özümüzə görə. Çünki 12 il ərzində bizim Suriya ilə heç bir əlaqəmiz olmayıb. Bizim səfirliyimiz oradan çıxarılıb və Əsəd dönəmində Suriya hər zaman Ermənistanın yanında idi. Bizə qarşı Ermənistanla faktiki olaraq birləşmişdi, sadəcə olaraq, Paşinyanın Əsədə göndərdiyi məktublara, göndərdiyi rəsmi heyətlərə baxmaq kifayətdir - xarici işlər naziri, parlament spikeri və müavini. Onlar Suriyanı yaxın müttəfiq sayırdılar və artıq buna da son qoyuldu”. Yaxud: “Ermənistan rəhbərliyi bunu da nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək”.

Suriyadakı pozitiv dəyişikliklər qardaş Türkiyənin regional gücünün təsbiti olduğundan Azərbaycanın da maraqlarına cavab verir. Köhnə rejimin devrilməsi strateji tərəfdaşımız olan İsrailin gözləntiləri, yaxud Əsədin baş sponsoru kimi İranın mövqelərinin sarsılması nöqteyi-nəzərdən Bakı üçün çox vacibdir. Bundan əvvəl İsrailin pressinqi ilə İranın regiondakı hərbi-siyasi proksilərinin sıradan çıxarılması, ardınca Əsədin neytrallaşdırılması diqqətin şimala – Zəngəzura yönəlməsi, dəhliz mövzusunun yenidən aktuallaşması üçün pəncərə açır. Azərbaycan artıq Türkiyənin texniki dəstəyi ilə Suriyaya ilk 200 tonluq humanitar yardımını göndərib. Bu, Bakının bu ölkənin infrastruktur bərpasında mümkün iştirakı baxımından mühüm ismarışdır. Azərbaycanın yeni Suriyanın iqtisadi həyatında iştirakı Yaxın Şərq bölgəsində təsir imkanlarının və nüfuzunun artmasına yol aça bilər.

Azərbaycanın əvəzolunmazlığı

Prezident İlham Əliyevin Avropa liderləri və strukturlarını sərt tənqid etməsi, yaxud ABŞ-da hakimiyyətə gəlmiş Donald Tramdan pozitiv gözləntiləri fonunda yeni dünya düzəninə toxunması əksər dövlətlərin liderləri üçün əlçatmaz mövzulardır. Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan formalaşmaqda olan yeni konfiqurasiyanın yaradacağı hansısa güzəştləri gözləməli deyil, prosesin içində olmalıdır: “Biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük”.

“Azərbaycanın gündəliyi” deyərkən dövlət başçısı nələri nəzərdə tutur? Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək. Dövlət başçısı hesab edir ki, Azərbaycan uzun illər bu siyasəti aparır, heç kimin işinə qarışmır, öz siyasətilə, sərmayə qoyuluşuyla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaradıb. “Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni, bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq. Yəni, biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk” – deyən Prezidentin fikrincə, Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir. Çünki yaxın və orta keçmişə nəzər salsaq, dünya tarixində ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb.

Neokolonializmə qarşı mübarizədə öncüllük

Azərbaycan postsovet məkanının yeganə təmsilçisidir ki, güc mərkəzlərinin, yaxud tərəfkeş beynəlxalq platformaların təsir cəhdlərindən müdafiə siyasətilə məşğul olan deyil, bu basqılara qarşı fəal şəkildə gündəm formalaşdıran dövlətdir. Prezident İlham Əliyevin Avropa Komissiyası ilə bağlı sərt təpkiləri, bu çərçivədə Parisin aqressiv münasibətinə eyniölçülü cavab verməsi bu siyasi xəttin göstəricisidir. Sirr deyil ki, rəsmi Bakının neokolonializmə qarşı hərəkatın önündə olması, fransız müstəmləkəçiliyindən əziyyət çəkən kiçik adalar və Afrika dövlətlərinə mənəvi dəstəyi nüvə dövləti olan Makron Fransasını dünya qarşısında gülünc vəziyyətə salır. Hətta o səviyyədə ki, BMT TŞ-nin 5 daimi üzvündən birinin prezidenti hər küncdə-bucaqda Azərbaycandan şikayətlənir: “Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb”.

Qitənin 10, Avropa Birliyinin isə 8 ölkəsini mavi yanacaqla təmin edən Azərbaycan dünya bazarındakı iqtisadi rıçaqlarına siyasi təsir imkanlarını da əlavə edir. Trampın hakimiyyətə gəlişi ilə Vaşinqtonun siyasətində baş verəcək dəyişikliklər, Türkiyənin regional gücünün artması və dünya tərəfindən qəbul edilməsi fonunda Azərbaycanın yerləşdiyi regionun hüdudlarından uzaqdakı hədəflərə təsir imkanları daha da yüksəldəcək. 2025-ci ilin bu tendensiyalar baxımından zəngin zaman kəsiyi olacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Yanvar 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see118

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see114

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see113

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see112

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see111

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri