“Əliyevin kölgəsində gizlənib, Rusiyanı müdafiə edirlər” Fəzail Ağamalı
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycanda "Simonyanları", onun kimi maskalanmış şəxsləri sosial şəbəkələrdə, televiziyalarda da görmüşük. Onlar Azərbaycan dövlətçiliyinin və Prezident İlham Əliyevin kölgəsində gizlənərək Rusiyanın mövqeyini müdafiə ediblər.
Onların adları da bəllidir, yeri gələndə ekranlara çıxırlar. Siyasi partiyalarda da Rusiyayönlü şəxslərin olması ehtimalını istisna etmirəm”.
Bunu Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının qurucusu, sabiq deputat Fəzail Ağamalı deyib. O bildirib ki, Rusiya uzun illər Azərbaycanda özünün şəbəkələrini yarada bilib və bu şəbəkələr müxtəlif istiqamətləri özündə ehtiva edir:
“Zaman-zaman Azərbaycanın hüquq-mühafizə orqanları bunları ifşa edir, bu cür faktlar mövcuddur. Əli Nağıyev DTX-yə rəhbər gətiriləndən sonra bu proses daha sistemli xarakter daşıyır.
Biz "5-ci kolon"un ayrı-ayrı nümayəndələrinin ifşa olunduğunun şahidi olmuşuq. Tofiq Zülfüqarov kifayət qədər məlumatlı və obyektiv şəxsdir. Ona görə də onun bu fikirlərini ciddiyə almaq lazımdır. O, heç vaxt təsadüfi söz demir. Bunun konkret nəticələrini bu yaxınlarda görəcəyik”.
Qeyd edək ki, Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov Azərbaycanda Rusiyayönlü müxalifətçilərin ola biləcəyini deyib. O, bu barədə özünün sosial şəbəkə hesabında qeyd edib.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:81
Bu xəbər 25 İyul 2025 13:12 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları