Icma.az
close
up
RU
Əliyevin mühüm səfəri: tarixi gərginlik tam başa çatdı! Xoş xəbər

Əliyevin mühüm səfəri: tarixi gərginlik tam başa çatdı! Xoş xəbər

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də bu ölkəyə işgüzar səfər edib. Səfər bir çox baxımdan diqqət çəkir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə də Türkmənistanla münasibətləri təkcə coğrafi yaxınlıq və tarixi bağlarla izah olunacaq qədər sadə deyil. Bu əlaqələr dərin strateji, iqtisadi, enerji maraqlarına hesablanır. Türkmənistanla münasibətlər isə bu çərçivədə xüsusi yer tutur. Çünki bu əlaqələr həm Azərbaycan üçün mühüm geosiyasi açılım yaradır, həm də bölgədə güc balansında mövqeyini möhkəmləndirir.

Türkmənistan digər türk ölkələri ilə müqayisədə özünəməxsus, bir qədər də qapalı və ehtiyatlı yanaşması ilə fərqlənir. Bu ölkənin BMT tərəfindən tanınan rəsmi neytrallığı, onun bütün diplomatik münasibətlərinə damğasını vurub. Elə TDT-yə müşahidəçi üzvlüyü də bununla əlaqədardır.

Bundan başqa, Azərbaycan və Türkmənistan arasında 1990-cı illərdən 2010-cu illərə qədər davam edən Xəzər dənizindəki mübahisəli neft yataqları ilə bağlı anlaşılmazlıqlar da olub. Hər iki tərəf yatağın özünə məxsus olduğunu iddia edib. Türkmənistan bəzən bu məsələ ilə bağlı sərt ritorika nümayiş etdirir, hətta məsələni beynəlxalq arbitraj səviyyəsinə çıxarmaqla hədələyirdi. Azərbaycan isə cavab olaraq prinsipial mövqe sərgiləyir, nəticədə münasibətlərdə gərgin fon yaranırdı.

Lakin bir neçə ildir ki, bu problemlər arxada qalıb. Hətta deyərdim, Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü, liderlərin bir-birinə “əziz qardaşım” deyə müraciət etməsi münasibətlərin dostcasına inkişafını nümayiş etdirir.

Liderlərin bu görüş zamanı ortaq mədəniyyət, tarix və dini dəyərlərə istinad etməsi isə gələcəyə yönəlmiş mesajdır. Bu, regionda yeni əməkdaşlıq modellərinin formalaşmasına və türk dövlətləri arasında inteqrasiyanın daha möhkəm zəmində qurulmasına yönəlmiş mühüm siyasi jestdir.

Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində əməkdaşlıq xüsusilə inkişaf edir. Türkmənistanın zəngin enerji resurslarının Qərbə çıxışı üçün Azərbaycan mühüm tranzit ölkəyə çevrilib. Azərbaycan Türkmənistan üçün etibarlı və şaxələndirilmiş marşrut təklif edə bilir. Bu, Türkmənistan üçün təkcə iqtisadi fayda deyil, həm də geosiyasi alternativ anlamına gəlir. Rusiya və Çin kimi dominant ölkələrin yaxınlığında olan Türkmənistan üçün Qərbə çıxış imkanları məhduddur. Azərbaycan bu məhdudiyyətləri qırmaqda körpü rolunu oynayır.

Bundan əlavə, iki ölkə arasında rəqəmsal kommunikasiya, nəqliyyat və logistika sahəsində yeni əməkdaşlıq layihələri inkişaf edir. Transxəzər nəqliyyat dəhlizi bu baxımdan təkcə iqtisadi deyil, həm də strateji arteriyadır. Bu dəhliz vasitəsilə Azərbaycan və Türkmənistan Avropa ilə Çin arasında kritik bir qovşaq rolunu oynayır. Bu reallıq Azərbaycanın regionda geoiqtisadi mərkəzə çevrilmək strategiyasına xidmət edir və Türkmənistan üçün də özünü izolyasiyadan çıxarmaq imkanı yaradır.

Eyni zamanda, Azərbaycan Türkmənistanla humanitar və mədəni əməkdaşlığa da xüsusi önəm verir. Dil, din, mentalitet baxımından ortaq köklər, iki xalq arasında təbii yaxınlıq yaradır. Bu, siyasi münasibətlərə də pozitiv fon qazandırır. Türkmənistanın Azərbaycanda həyata keçirmək istədiyi mədəni layihələr və Azərbaycanın bu ölkədəki təşəbbüsləri, o cümlədən təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıqlar daha uzunmüddətli və möhkəm tərəfdaşlığın əsasını qoyur. Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikilməsini isə xüsusi jest hesab etmək olar.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Avqust 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri