Icma.az
close
up
RU
Əliyevin “Turan ordusu” həmləsi: “NATO dan daha effektli olacaq”

Əliyevin “Turan ordusu” həmləsi: “NATO dan daha effektli olacaq”

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışında bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.

“Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”, – deyə Prezident qeyd edib. O təklif edib ki, TDT-yə üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin.

TDT-yə üzv ölkələrin birgə hərbi təlimlər keçirməsi Turan ordusunun, “Türk NATO-su” qurulmasına start sayıla bilərmi?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib ki, son zamanlar dünyada böyük bir xaos yaşanır:

“Şərqdə Sakit Okeanda Çin-Tayvan və ABŞ-Çin mübarizəsi, ABŞ və Venesuela arasında gərginlik, İsrail-Qəzza soyqırımı və oradakı insanlıq dramı, İsrail və İran arasında gərginlik, Şərqi Aralıq dənizində güc mübarizəsi, Ukrayna-Rusiya müharibəsinin hələ də bitməməsi, Şərqi Avropada, xüsusən Sovet Sosialist Respublikasının keçmiş üzvü olub hazırda NATO-ya daxil olan ölkələrlə Rusiya arasında gərginliklər, Rusiya-NATO müharibəsi qorxusu, Yaxın Şərqdə digər güc mübarizələri, Pakistan və Hindistan arasında gərginlik və ABŞ-ın Əfqanıstanda mövcudluğunu bərpa etmək cəhdləri kimi dünyanın bir çox yerində gərginliklər yaşanmaqdadır və artıq Üçüncü Dünya müharibəsi ehtimalı ciddi şəkildə nəzərdən keçirilir. Bundan əlavə, Pekin-London xətti üzrə yeni dünya sistemi qurulur. Çin yeni dünya sistemində Şərqə, İngiltərə isə Qərbə liderlik etməyə hazırlaşır. Bu bölgələr və bu sistem daxilində TDT özünə yer axtarışındadır. TDT-nin hansısa vahid güc mərkəzi ilə əməkdaşlıq etmək və birgə fəaliyyət göstərmək əvəzinə, hazırda üçüncü qütb və bir güc olaraq mövcudluğunu qoruyub saxlamaq, bu istiqamətdə öz mövqelərini möhkəmləndirmək üçün çalışdığını görürük. TDT artıq regional deyil, qlobal gücə çevrilmək yolunda mühüm addımlar atır”.

İsmail Cingöz

İ.Cingözün sözlərinə görə, bu səbəbdən də cənab Əliyev Türkiyə-Azərbaycan Silahlı Qüvvələri arasında hərbi təlimlərin genişləndirilərək TDT-yə üzv dövlətlər çərçivəsində hərbi təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb:

“Bununla yanaşı, iqtisadi və mədəni əməkdaşlığa da xüsusi diqqət ayrılıb. Çünki TÜRKSOY-un möhkəmləndirilməsi TDT və türk icmalar arasında tarixi-mədəni və fikir birliyinin gücləndirilməsində həlledici rol oynayacaq. TDT yeni dünya sistemində üçüncü qütb olmaq yolunda mühüm təşəbbüslər və əməkdaşlıqlar həyata keçirəcəksə, mədəni, iqtisadi, ticarət, hərbi sahədə əməkdaşlıq edəcəksə, TÜRKSOY-un da üzərinə mühüm vəzifələr düşəcək. Biz buradan bunu başa düşürük. NATO kimi hərbi strukturun, Avropa Birliyi kimi iqtisadi strukturun yaradılmasının vaxtı çatıb. TDT bu 12-ci zirvə toplantısı ilə üçüncü qütb olmaq yolunda mühüm addım atdığını bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirdi”.

Arman Şurayev

Qazaxıstanlı publisist və politoloq Arman Şurayev Qazaxıstan xalqının İlham Əliyevin TDT-yə üzv ölkələrin birgə hərbi təlimlər keçirməsi ilə bağlı təşəbbüsünü ikiəlli dəstəkləyəcəyini düşünür:

“Təəssüf ki, ölkəmiz hazırda Rusiya mərkəzli digər müdafiə alyansı KTMT-nin üzvüdür. Amma heç nə əbədi deyil. Biz görürük ki, KTMT-də artıq çatlar yaranıb. Ermənistan artıq toplantıya məhəl qoymur və təşkilatdan çıxacağını bəyan edib. Düşünürəm ki, növbəti ölkə Qazaxıstandır. Və təbii ki, Qazaxıstanın Türkiyə, Azərbaycan və digər türkdilli ölkələrlə birgə hərbi təlimlər keçirmək hüququ var. Ona görə də hesab edirəm ki, bu, uzun bir yolun başlanğıcıdır. Və əgər bu, həqiqətən də uzunmüddətli perspektivdə müdafiə ittifaqına çevrilərsə, həm Türkiyə, həm də Azərbaycan ordusunun Qarabağda, Suriyada və digər qaynar nöqtələrdə öz effektivliyini artıq nümayiş etdirdiyinə dair nümunələr var. Təbii ki, əhalisi 200 milyonu keçən belə bir müdafiə ittifaqı artıq ciddi qüvvədir. Bu, şübhəsiz ki, bütün türkdilli ölkələrin konsolidasiyasından daha çox, güclü bir çətir qazanmasına kömək edəcək. Hətta o, hazırkı NATO-dan daha təsirli ola bilər”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri