Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər Yılmaz
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əbədidir. Biz bir-birimizə sonadək inanır və güvənirik. Heç bir qüvvə bu qardaşlığın qarşısını ala bilməz. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istər Şuşada, istərsə də Antalyada bu birliyin ən gözəl nümunəsini bir daha nümayiş etdiriblər. Əminəm ki, bundan sonra da münasibətlərimizi daha da gücləndirərək gələcəyə birlikdə addımlayacağıq.
Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz ifadə edib.
“Biz Azərbaycanı və azərbaycanlıları sevirik. Azərbaycana səfərlərimiz zamanı bu sevginin qarşılıqlı olduğunu aydın şəkildə hiss edirik. Son dövrlərdə baş verən bəzi hadisələr birliyimizi daha da möhkəmləndirməyin və daim həmrəy olmağın vacibliyini bir daha göstərdi. Hər sahədə və hər sektorda birgə güclü layihələr həyata keçirərək irəliyə doğru addımlamalıyıq. Bütün məsuliyyəti dövlət başçılarımızın üzərinə qoyub kənarda dayanmamalıyıq. Hər birimiz daha çox çalışmalı, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə və davamlı olmasına öz töhfəmizi verməliyik”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 12 Noyabr 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















