Anthropic bəzi ölkələrdə xidmətlərinə çıxışı məhdudlaşdırıb
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın süni intellekt şirkəti “Anthropic” xidmətlərindən istifadə ilə məhdudiyyətləri sərtləşdirib. Yeni qaydalara əsasən, Rusiya və Çin də daxil olmaqla bir sıra ölkələrdə fiziki və hüquqi şəxslərin şirkətin məhsullarından istifadəsi mümkün olmayacaq.
Banco.az xəbər verir ki, şirkətin rəsmi saytında dərc olunan məlumata görə, məhdudiyyətlər “Claude.ai”, “Claude Code”, “Cowork” tətbiqlərinə, API xidmətlərinə, proqramçılar üçün platformaya və bulud xidmətləri vasitəsilə təqdim olunan "Claude" modellərinə şamil edilir.
Xidmətlərin dəstəkləndiyi ölkə və regionların siyahısına Rusiya, Çin, Belarus, Venesuela, İran, Şimali Koreya, Kuba və Suriya daxil edilməyib.
Məhdudiyyətlər yalnız həmin ölkələrdə yaşayan fiziki şəxslərə deyil, orada fəaliyyət göstərən şirkətlərə və təşkilatlara da aiddir. Həmçinin mülkiyyətində və ya nəzarətində bu ölkələrdən olan fiziki və hüquqi şəxslərin payı üstünlük təşkil edən müəssisələr də məhdudiyyətlərlə üzləşə bilər.
Beləliklə, “Anthropic”in yeni qaydaları şirkətin süni intellekt texnologiyalarından istifadə imkanlarını coğrafi və mülkiyyət meyarları əsasında daha da məhdudlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 12 Noyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















