Icma.az
close
up
RU
Əllərdə çatlar nədən yaranır? XALQ TƏBABƏTİ

Əllərdə çatlar nədən yaranır? XALQ TƏBABƏTİ

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Soyuq fəsillərdə bir çox insanda, xüsusilə qadınlarda əllərin dərisi qurumağa və çatlamağa başlayır. Əvvəl belə çatlar yalnız estetik problem yaradır. Lakin vaxtında müalicə olunmadıqda bu çatlar dərinləşir, ağrılara, məhz fərqli dəri xəstəliklərin yaranmasına səbəb olur.

Əllərdəki çatların təbii yollarla müalicəsi:

Dərinin nəmli qalması üçün gündə orta hesabla 2 litr su içmək məsləhət görülür. 2. Yatmadan əvvəl əllərə zeytun yağı çəkib, corab və ya əlcək geyilir. Səhər ilıq su ilə yuyulur. Zeytun yağına alternativ təbii-üzvi kərə yağı istifadə etmək olar. Kərə yağının çatları yox etdiyi və əlləri yumuşutdığı ən çox ilinən reseptlərdən biridir. Çay ağacının efir yağı, badam, küncüt və kokos yağının da dəriyə faydalı olduğu, çatları yox etdiyi bilinir. Bu yağlar xüsusilə soyuqdəymə və kökəlmə nəticəsində dəridə yaranan bütün çatlarda çox təsirli nəticə verir. Gün ərzində əllərə nəmləndirici krem ​​çəkərək çatların qarşısı alınır. Nəmləndirici krem ​​çəkərkən xüsusilə dırnaq hissəsi unutulmamalıdır.

Soyuğun təsiri ilə quru və çatlamış əllər üçün ən yayğın istifadə edilən üzvi tərkib reseptlər isə belədir:

Zeytun yağı və limon suyu

1 xörək qaşığı zeytun yağı və 1 xörək qaşığı limon suyu qarışdırılır, hazırlanan məhlul əllərə çəkilir.

Badam yağı və bal

Ocaqda və ya qızdırıcıda 1 xörək qaşığı badam yağı qızdırılır 1 çay qaşığı bal əlavə edildikdən sonra əllərə və dırnaqlara çəkilir.

Avokado və Bal

Avokadonun qabığı soyulub, tumu çıxarılır və çəngəllə əzilir, üzərinə bir çay qaşığı bal əlavə edilib qarışdırıldıqdan sonra əllərə çəkilir. 30 dəqiqə gözləyib ilıq su ilə yuyulur.

Süd və çobanyastığı

Bir stekan südə az miqdarda çobanyastığı əlavə edib qaynadıldıqdan sonra süzülən məhlul, biraz moruq toxumu və zeytun yağı qarışdırılaraq əllərə çəkilir.

Bal və küncüt yağı

Bir çay qaşığı bal əridilib, üzərinə iki xörək qaşığı küncüt yağı, bir qaşıq badam yağı və bir qaşıq qliserin əlavə edilərək qarışdırılır. Hazırlanan məlhəm gecə yatmazdan əvvəl əllərə çəkilir.

Qızılgül suyu

 Gül suyuna bir neçə damçı badam yağı əlavə edildikdən sonra əllər bu suya batırılır və 15 dəqiqə gözlədikdən sonra dəsmal ilə qurudulur.

Kartof, çobanyastığı və vazelin

Bir ədəd qaynadılmış kartof əzilir, üzərinə 1 çimdik çobanyastığı, 1 çay qaşığı vazelin əlavə edilərək yaxşıca qarışdırıldıqdan sonra əllərə çəkilir. Dəsmal ilə bağlanır və 30 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur. Bu resepti həftədə bir neçə dəfə tətbiq etdikdə, çatlar sağalacaq.

Uşaq pudrası və qliserin

 Bir çay qaşığı qliserin 1 çay qaşığı uşaq pudrası ilə qarışdırılır, 1-2 damcı zeytun yağı əlavə edildikdən sonra gündə bir dəfə əllərə çəkilir.

Qatıq və yulaf

Qatıq və yulaf qarışığına 1-2 damcı limon suyu əlavə edərək əllərə çəkilir.

Qəhvə maskası

Türk qəhvəsi içildikdən sonra fincanın dibinə çökən qalıq əllərin yuxarı hissəsinə və dırnaqların kənarlarına çəkilir. 5 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur.

Çatların qarşısını almaq üçün ən çox istifadə edilən reseptlərdən biri də belədir:

3 xörək qaşığı gül suyu 3 çay qaşığı badam yağı 2 çay qaşığı limon suyu 1 çay qaşığı üzvi alma sirkəsi qarışdırılır. Hazırlanan məhlul ilə əllər masaj edilir. 30 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur.

Mənbə: TRT 

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri