Icma.az
close
up
RU
Əlləri kəsilmiş uşaqlar, zooparka salınan insanlar... Belçikanın Afrikada törətdiyi DƏHŞƏTLİ QIRĞINLAR

Əlləri kəsilmiş uşaqlar, zooparka salınan insanlar... Belçikanın Afrikada törətdiyi DƏHŞƏTLİ QIRĞINLAR

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərb tarix boyu bəşəriyyətə insanlıqdan, insani dəyərlərdən moizə oxuyub. Amma özü tarix boyu digər ölkələrdə soyqırımlar törədib, kütləvi qırğınlar həyata keçirib.

Bu dəfə Belçika Krallığının törətdiyi vəhşiliklərdən söhbət açacağıq.
Qətliamların başlanğıcı – II Leopoldun hakimiyyətə gəlişi
XIX əsrin sonlarında Belçika Kralı olmuş II Leopold tarixə qanlı diktator kimi düşüb. Onun krallığı dövrü Konqo tarixində ən dəhşətli 23 il oldu. Bu müddət ərzində hökmdar təkcə Afrika ərazilərini ələ keçirib öz müstəmləkəsinə çevirmədi, həm də yerli əhalinin yarısından çoxunu dəhşətli şəkildə qətlə yetirdi.
Kral II Leopold 1865-ci ildə Belçika taxtına çıxdıqdan sonra sərt müstəmləkə siyasəti yürütməyə başladı. Onun səyləri nəticəsində Belçika indiki Konqo ərazisində çox böyük torpaq sahələri əldə edə bildi. O dövrdə Avropa ölkəsinin nəzarətində olan ərazilərə indiki Burundi və Ruanda da daxil idi.
Konqo əraziləri necə ələ keçirildi?
Afrika torpaqlarının mülkiyyətini qanuniləşdirmək üçün 1876-cı ildə Brüsseldə Beynəlxalq Coğrafiyaçılar Konfransı çağırıldı. Bir il sonra, Yuxarı Konqonun Tədqiqi Komitəsinin köməyi ilə II Leopold Henri Morton Stenlinin Afrika ölkəsinə ekspedisiyasını öz hesabına maliyyələşdirdi.
Əlbəttə ki, səfər hər hansı "tədqiqat" məqsədilə planlaşdırılmamışdı. Əsas məqsəd bölgənin torpaqlarını tez bir zamanda ələ keçirmək idi. Ekspedisiya zamanı vəkillər yerli qəbilə başçıları ilə çoxsaylı müqavilələr bağladılar. Nə fransız, nə də ingilis dilini başa düşməyən insanlar özləri belə bilmədən torpaq mülkiyyətlərini Komitəyə ötürdülər. Bunun müqabilində onlar xırda hədiyyələr aldılar, lakin bu torpaqların dəyəri qarşısında qəpik-quruş səviyyəsində idi.
Bütün lazımi sənədlər nəhayət 1884-cü ilin iyun ayında toplandı və imzalandı. Daha sonra Henri Morton Stenli Avropaya qayıtdı və II Leopolda iki milyon kvadrat kilometr əraziyə sahiblik hüququ verən sənədlər təqdim etdi. Əvvəllər qəbilə başçılarına məxsus olan ərazilər olduqca tez bir zamanda "Konqo Azad Dövləti" adlanan yeni bir dövlətdə "toplandı".

1884-cü ildə Berlin Konfransı keçirildi və bu konfransda II Leopold Konqonun yeni ərazilərinin sahibi elan edildi.
Yerli əhaliyə qarşı dəhşətli cəza tədbirləri
II Leopold ələ keçirilmiş ərazilərdən yalnız mənfəət əldə etməklə məşğul idi. Konqodakı bütün qəddar hərəkətlər Kral II Leopoldun şəxsi rəhbərliyi altında həyata keçirilməsinə baxmayaraq, hökmdarın özü heç vaxt Afrika torpağına ayaq basmadı.
Bunun əvəzində, o, çox sayda tabeliyində olan şəxsi “Konqo Azad Dövləti”nə göndərdi və onlar ölkədə asayişi “qorumağa” və yeni qaydaları pozanları sərt şəkildə cəzalandırmağa başladılar.
Həmin dövrdə təbii kauçuk Konqoda çıxarılan əsas mənbəyə çevrildi. Bu ehtiyatlardan istifadə etmək üçün İngiltərə-Belçika şirkəti ABIR Congo yaradıldı. 1890-cı illərin sonlarında şirkət uğurunun zirvəsində idi - ABIR  istehsal dəyəri 1,35 franka olan məhsulu Avropada 10 franka satırdı. Qul kimi istismar edilən yerli əhali hesabına çoxlu miqdarda ucuz kauçuk əldə edilirdi.

Belçika hakimiyyəti yerli əhalinin əksəriyyətini kauçuk ağacı plantasiyalarında işləməyə göndərirdi. Ağır işlərə getməyənləri şallaqlama və ya həbs cəzası gözləyirdi. Kauçuk yığımı kvotasına əməl etməyənlər isə ölüm cəzasına məhkum edilirdi.
Bütün cəzalar xüsusi olaraq yaradılmış hərbi struktur olan “Force Publique”-İctimai Qüvvələr tərəfindən həyata keçirilirdi. Belçika hökuməti sursata insanlardan daha diqqətlə yanaşırdı. Bu məqsədlə, İctimai Qüvvələrə güllədən istifadə etməməyi tapşırdılar. Ona görə də, FP əsgərlərindən qurbanların kəsilmiş əllərini təqdim etmək tələb olunurdu.
Kəsilmiş əl üçün mükafat
Cəza qüvvələrini bu işi görməyə təşviq etmək üçün onlara hər kəsilmiş əl üçün mükafat verilirdi. Bu siyasət nəticədə kəsilmiş əllərin valyuta formasına çevrilməsinə gətirib çıxardı. Yerli sakinlər belçikalılar üçün çalışmamağın cəzasını əlləri ilə ödəyirdilər.
Üstəlik, kauçuk kvotaları çox yüksək olduğundan işçilərin müstəmləkəçilərə borclarını ödəmək üçün heç bir yolu qalmırdı. Bu, kəndlərdə vaxtaşırı iğtişaşların başlamasına səbəb olurdu. Təbii ki, etirazçılar ən ağır şəkildə cəzalandırılırdı.
Nəzəri olaraq, hər təqdim olunan əl bir nəfərin öldürülməsi demək idi. Bu da əsgərlərin fırıldaqçılığa baş vurmasına və qurbanları öldürmədən əllərini kəsmələrinə səbəb oldu.

Əlləri kəsildikdən sonra sağ qalanların çoxu qorxudan ölü kimi davranır, işğalçıların getməsini gözləyirdi. Bəzi hallarda, çox sayda kəsilmiş əl təqdim edən “Force Publique” əsgərlərinin mükafat olaraq xidmət müddəti qısaldılırdı. Əsgərlər evlərinə daha tez qayıtmalarını təmin etmək üçün yerli əhaliyə kütləvi xəsarətlər yetirirdilər.
Ümumilkdə 1885-1908-ci illərdə Konqoda 15 milyona yaxın əhali soyqırıma məruz qaldı.
Konqolular eksponat kimi sərgilərdə nümayiş olunurdu
1897-ci ildə II Leopoldun şəxsi təşəbbüsü və əmri ilə Konqodan zorla gətirilən 267 şəxs Brüsselin Tervüren bölgəsində keçirilən Dünya Sərgisində “canlı eksponat” kimi nümayiş etdirilmişdi. Onlar Avropanın soyuq havasında, yarıçılpaq vəziyyətdə, taxta hasarların arxasında heyvan kimi tamaşaçıların seyr obyektinə çevrilmiş, ləyaqətləri ayaqlar altına atılmışdı.
Bu barbar nümayiş nəticəsində ən azı yeddi konqolu – o cümlədən uşaqlar – pnevmoniya, qrip və digər xəstəlilərdən dəhşətli əzablar içində can vermiş, cəsədləri isə gizlincə basdırılmışdı.
II Leopoldun “sivilizasiya missiyası” adı altında qurduğu bu insan zooparkı Avropanın mərkəzində açıq-aşkar irqi alçaltma və soyqırımın simvoluna çevrildi. İnsan zooparkının yerləşdiyi Tervüren ərazisində sonradan daimi muzey təsis edildi. Əvvəlcə “Konqo Muzeyi”, sonralar isə “Mərkəzi Afrika üzrə Kral Muzeyi” müstəmləkəçi ideologiyanın təbliğat mərkəzi kimi fəaliyyət göstərdi.

1958-ci ildə Brüsseldə təşkil olunan Expo 58 Ümumdünya Sərgisi çərçivəsində də eyni qaydada insanlar nümayiş etdirildi. Bu dəfə Konqodan gətirilən 598 nəfər – 273 kişi, 128 qadın və 197 uşaqdan ibarət 183 ailə – yenidən “canlı eksponat” statusunda Avropa ictimaiyyətinə təqdim edilmişdi.
II Leopoldun ölümü və əzabların sonu
1908-ci ildə vəfat etməzdən əvvəl Belçika Kralı II Leopold Afrika mülklərini öz ölkəsinə satdı. O vaxtdan etibarən Konqonun yerli əhalisinin həyatı tədricən normallaşdı.
Lakin Kralın vəhşilikləri nədənsə uzun müddət “unuduldu”. 1930-cu illərdə ölkədə II Leopoldun abidəsi ucaldıldı və Belçika hökuməti onun Belçika siyasətinə verdiyi müsbət töhfəni tez-tez tərifləməyə başladı.
100 ildən sonra belə gəlməyən üzr
Belçikanın törətdiklərinə görə üzr istəməsi barədə ilk müzakirələr isə yalnız 2005-ci ildə başladı. Daha sonra Britaniya İcmalar Palatasında Endryu Dismor Belçika hökumətinə əcdadlarının Konqoda törətdiyi vəhşilikləri "müstəmləkəçi soyqırımı" kimi tanımağı və tarixin bu qara ləkəsinə görə rəsmi olaraq üzr istəməyi təklif etdi.
Lakin ötən 140 il ərzində Belçika törətdiyi vəhşiliyə və soyqırımına görə üzr istəməyib. Əvəzində bu dövlətin rəsmiləri həyasızcasına digər dövlətləri soyqırımı törətməkdə ittiham edirlər. Məsələn Belçikanın sabiq  Baş naziri Şarlz Mişel 2015-ci ildə Nümayəndələr Palatasında hökuməti adından  Osmanlı İmperiyasında “törədilmiş” Erməni Soyqırımını tanındığını bəyan etdi...
II Leopoldun Konqoda qurduğu müstəmləkə sistemi sadəcə iqtisadi istismar deyil, planlı və sistemli soyqırımı idi. Milyonlarla insanın həyatı bahasına formalaşan bu “sivilizasiya layihəsi” Qərbin insan haqları və humanizm iddialarının nə qədər riyakar olduğunu açıq şəkildə ortaya qoyur. Aradan onilliklər keçməsinə baxmayaraq, Belçikanın bu cinayətlərə görə nə hüquqi, nə də mənəvi məsuliyyət daşımaması tarixi ədalətsizliyin davam etdiyini göstərir. Konqo faciəsi sübut edir ki, unudulan soyqırımlar tarixdən silinmir – sadəcə yeni ikiüzlülüklərin fonunda kölgədə qalır.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri