Icma.az
close
up
RU
Elm adamları ABŞ ni tərk edir Avropa bu fürsəti dəyərləndirmək istəyir

Elm adamları ABŞ ni tərk edir Avropa bu fürsəti dəyərləndirmək istəyir

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın elmi siyasətləri nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan alimləri qəbul etməyə hazır olduqlarını bildirib. Avropa İttifaqı bu beyin axınını elmi inkişaf üçün tarixi bir fürsət kimi dəyərləndirir.


Sfera.az xəbər verir ki, elmi jurnal "Nature" tərəfindən aparılan sorğuya əsasən, ABŞ-də hər dörd tədqiqatçıdan üçü ölkəni tərk etməyi düşünür. Sorğuda iştirak edənlərin əksəriyyəti Kanada, Avropa və Avstraliyaya köç etməyə maraqlı olduqlarını bildiriblər.


Bu prosesə reaksiya olaraq, Avropa ölkələri ABŞ-dən ayrılan tədqiqatçılar üçün xüsusi proqramlar hazırlamağa başlayıb. Almaniyanın nüfuzlu “Der Spiegel” nəşrində səkkiz alman alim “Almaniya üçün 100 parlaq beyin” çağırışı ilə çıxış edib. Onlar, nasist dövründə ölkədən qaçan Eynşteyn və Meytner kimi alimləri xatırladaraq, Almaniyanın bu dəfə ABŞ-dən beyin axınını qəbul edə biləcəyini bildiriblər.


Avropa Komissiyasının “Startap, Tədqiqat və İnnovasiya” üzrə məsul üzvü Ekaterina Zaxarieva bu qlobal mənzərənin Avropanın elm və tədqiqat üçün təhlükəsiz məkana çevrilməsi üçün bir fürsət olduğunu bildirib. O, ABŞ-dən gələn alimlər üçün xüsusi viza proqramları üzərində çalışdıqlarını və Avropa Tədqiqat Şurası vasitəsilə ayrılan maliyyə dəstəyinin artırılacağını qeyd edib.


Fransanın Marsel şəhərindəki "Aix-Marseille" Universitetində yaradılan “Elm üçün Təhlükəsiz Məkan” platformasına artıq 300-dən çox amerikalı tədqiqatçı maraq göstərib. Universitet rəhbəri Erik Berton, ilk alimlərin iyun ayında gələcəyini və onların ailələrinin də Avropaya yerləşməsini asanlaşdırmaq üçün tədbirlər gördüklərini deyib.


Belçika və Hollandiya da ABŞ-dən ayrılan alimləri cəlb etmək üçün xüsusi fondlar ayırdıqlarını açıqlayıblar. Berlin şəhər rəhbərliyi isə şəhəri ABŞ-dən köç edən alimlər üçün cəlbedici məkana çevirmək məqsədilə maliyyə dəstəyi ayırmağa hazırlaşır.

Bəsti Rəfizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Aprel 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri