Elm adamları insanları qızardan səbəbləri müəyyən etdilər
Icma.az, Publika.az saytına istinadən bildirir.
Amsterdam Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, ictimai yerlərdə qızarmaq idrak introspeksiyasının nəticəsi deyil, kortəbii emosional reaksiyadır.
Publika.az xəbər verir ki, “Journal of Royal Society” jurnalında dərc edilən araşdırmanın nəticələri göstərir ki, insanlar başqalarının mahnı oxumasına qulaq asanda utanmırlar. Özlərinin oxuduğu səs yazısına qulaq asarkən daha çox utanıb, qızarırlar.
Tədqiqatın aparıcı müəllifi, Amsterdam Universitetinin Uşaq İnkişafı və Təhsili İnstitutundan Milica Nikoliç bildirib ki, ilkin utanmalar kiçik yaşlardan başlayır:
“Mənə maraqlı idi ki, qızarmağa tam olaraq nə səbəb olur? Bu sual bizə qızarmanın səbəbləri haqqında iki əsas nəzəriyyə formalaşdırmağa imkan verir. Birincisinə görə, cavab introspeksiya və özünüdərk kimi mürəkkəb idrak prosesindən qaynaqlanır. İkincisi isə qızarma tez və kortəbii emosional reaksiyadır”.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 19 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















